03 Fevral 2026 08:50
416
İQTİSADİYYAT
A- A+
Bir fərmanın tarixi

Bir fərmanın tarixi


Heydər Əliyevin yoxsulluğun azaldılması ilə bağlı dövlət proqramını təsdiq etməsindən 23 il keçir


Ümummilli Lider Heydər Əliyevin "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərmanının imzalanmasından 23 il keçir. Prezident İlham Əliyev  bu sahədə də  ardıcıl siyasət apararaq həmin proqramın icrasını təmin etmişdir. 

Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1996-2002-ci illər ərzində Azərbaycanda ümumi daxili məhsul 1,7, iqtisadiyyata kapital qoyuluşu 7,8, əhalinin nominal pul gəlirləri 3, orta aylıq əməkhaqqı və pensiya 5 dəfə artmışdı. Lakin ondan əvvəlki dövrdə yaranmış gerilik belə tez bir zamanda ölkədə iqtisadiyyatın yüksək inkişaf səviyyəsini və əhalinin beynəlxalq standartlara uyğun həyat tərzini tam təmin etməyə imkan verməmişdi. Odur ki, Ümummilli Lider 2003-cü il fevralın 20-də sözügedən fərmanı imzalamışdır.

Proqramın həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə düşmüşdür. Görülən tədbirlər sayəsində 2007-ci ilin axırına yoxsulluq səviyyəsi artıq 15,8 faizə enmişdir.

Bu istiqamətdə aparılan siyasətin ardıcıl xarakter daşıdığını 2008-ci ilin sentyabrında Prezident İlham Əliyevin imzaladığı "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam da sübut etdi. Bu sənəd əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsini təmin etmək məqsədi daşıyırdı.

2004-cü ilin fevralında isə dövlət başçısının fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq olundu. 2004-2008-ci illəri əhatə edən bu birinci proqram və sonrakı  illərdə  həmin istiqamətə yönəldilən növbəti proqramlar yoxsulluğun azalmasında misilsiz rol oynadı. Bölgələrin tarazlı inkişafı təmin edildi, təkcə iri şəhərlərdə deyil, rayonlarda da çoxsaylı sənaye, emal, xidmət müəssisələri açıldı. Unudulmuş, tənəzzülə uğramış kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə minlərlə insanın məşğulluq problemi həll olundu. 

2004-cü ildən bəri regionlarda on minlərlə yeni müəssisənin açılması və burada milyonlarla iş yerinin yaradılması şərhə ehtiyacı olmayan faktdır. Təkcə 2025-ci ilin 9 ayında ölkədə 77,7 min yeni iş yeri açılıb. Həmin ilin 11 ayında 530 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib, o cümlədən 16,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri yaradılıb. Ümumilikdə ötən dövrdə 111 min şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bu proqramın dəstəyi ilə onlar üçün kiçik ailə təsərrüfatlarının qurulması təmin olunub. Hazırda dövlət məşğulluq siyasətinin başlıca istiqamətlərindən biri "Böyük qayıdış" proqramına uyğun olaraq doğma yurdlarına köçürülən vətəndaşların məşğulluğunun təmin edilməsidir. 

Son 22-23 il ərzində Azərbaycanın ümumi daxili məhsulu bir neçə dəfə artıb. Ölkəmizin həyata keçirdiyi qlobal neft-qaz və ixrac layihələri Avropanın enerji xəritəsini dəyişdirib. Ölkə iqtisadiyyatınin bel sütununu təşkil edən "Azəri-Çıraq-Günəşli" yataqları milyardlarla dollar gəlir gətirib. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, üç böyük boru xəttinin birləşməsindən yaranan "Cənub qaz dəhlizi" bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayaraq Azərbaycanın iqtisadi qüdrətini getdikcə daha da artırır. Bu layihələr ölkəmizə rifah gətirir və dövlətimiz eyni zamanda uğurlu sosial siyasət yeridərək neft kapitalını insan kapitalına çevirib.

Yoxsulluğun minimuma endirilməsi yenə də prioritet olaraq qalır. Təsadüfi deyil ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də bu məsələ özünə geniş yer alıb. Burada dövlətin vətəndaşın rifahını nə qədər yüksək tutması bir daha aydın görünür. Qeyd olunur ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi yenə də diqqət mərkəzindədir. Dövlət yüksək inkişaf üçün yalnız iqtisadi artımı deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahını mühüm amil sayır: "İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır... İqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır".

"Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" bir daha təsdiqləyir ki, ölkə əhalisinin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.

Deyilənlərə bir neçə fakt və rəqəmi də əlavə etmək istərdik. Belə ki, 2018-2025-ci illərdə icra olunan, 4 milyondan çox vətəndaşı əhatə edən, illik əlavə olaraq 7,6 milyard manat vəsaitin ayrıldığı 5 sosial islahat paketi nəticəsində minimum pensiya 3 dəfəyə yaxın artırılaraq 110 manatdan 320, minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 130 manatdan 400 manata yüksəlib. Bu dövrdə orta aylıq pensiya 208 manatdan 540 manata (o cümlədən yaşa görə orta aylıq pensiya 234 manatdan 576 manata), orta aylıq əməkhaqqı 545 manatdan 2025-ci il noyabrın 1-nə olan tarixə 1086,3 manata çatıb. 

Bütün bunlar bir daha göstərir ki, dövlətimizin siyasətinin mərkəzində vətəndaşın maraqları, sosial rifahı dayanır. Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi islahatların uğurunu insanların yaşayışına aid bütün sahələrdə - məşğulluq probleminin həllində, maaşların və pensiyaların artırılmasında, səhiyyə və təhsildə, sosial infrastrukturda,  digər istiqamətlərdə reallaşdırılan çoxsaylı  layihələrdə aydın görmək mümkündür. Bu işlərə vaxtilə Ulu Öndər Heydər Əliyev başlamış və onlar Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla, böyük müvəffəqiyyətlə davam etdirilməkdədir. Azərbaycanda, əslində, qısa zaman kəsiyində yoxsulluğun səviyyəsinin 50 faizdən təxminən 5 faizə enməsi bax, belə çoxşaxəli tədbirlər sayəsində mümkün olub. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!