05 Sentyabr 2025 18:29
1333
PARLAMENT
A- A+
Bəhreyn Krallığının nümayəndə heyəti Milli Məclisdə olub  

Bəhreyn Krallığının nümayəndə heyəti Milli Məclisdə olub  


Sentyabrın 5-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Fərid Hacıyev qonaqların səfərinin parlament aparatları səviyyəsində münasibətlərin inkişafına töhfə verəcəyinə inamını bildirib. O, bu gün ölkələrimizin qanunvericilik orqanları arasındakı səmərəli əlaqələrdən söz açıb, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Parlamentlər səviyyəsində əlaqələrin inkişaf etdiyini deyən Fərid Hacıyev bu istiqamətdə iki ölkənin parlament sədrlərinin davamlı səylərini xüsusi qeyd edib, parlamentlərimizin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından, parlament diplomatiyası institutunun möhkəmləndirilməsində, qlobal parlament dialoqunun təşviqində fəal iştirakından danışıb.

Milli Məclisin fəaliyyəti, Aparatının strukturu və qanunvericilik prosesi barədə məlumat verən Fərid Hacıyev hər iki ölkənin parlament aparatları arasında əməkdaşlığın inkişaf perspektivləri, bu çərçivədə əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi proqramlarının reallaşdırılması ilə bağlı fikirlərini bölüşüb.

Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın vacibliyindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd edib.

Söhbətdə parlament aparatları səviyyəsində müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.


X  X  X


Həmin gün Milli Məclisdə Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

İşçi qrupun rəhbəri Sabir Hacıyev bildirib ki, ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin təməlində dövlət başçılarının qarşılıqlı dostluq əlaqələri dayanır. O, hər iki dövlətin parlament rəhbərlərinin qarşılıqlı səfərlərinin, həmçinin Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar çərçivəsində həyata keçirilən birgə fəaliyyətin münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.

Öz növbəsində, Nümayəndələr Şurasının Baş katibi gələn il Azərbaycan ilə Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bu yubileyin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Məşhur Məmmədov və Ülviyyə Ağayeva çıxış edərək dövlətlərimiz arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə münasibətlərin dinamik inkişaf etdiyini bildiriblər. Onlar yaxın gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduqlarını bildirərək, xüsusilə ticarət, investisiya və turizm istiqamətlərində böyük potensialın mövcudluğunu vurğulayıblar.


X  X  X


Sonra Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və parlamentin bir sıra şöbələrinin rəhbərləri ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Aparat rəhbərinin müavini Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisdə görülən işlərdən danışıb, bu cür görüşlərin qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Sonra Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov, Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova rəhbərlik etdikləri şöbələrin fəaliyyət istiqamətləri, gördükləri işlər, tətbiq olunan yeniliklər barədə qonaqlara məlumat veriblər, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Görüşdə parlamentdə informasiya texnologiyaları sahəsində tətbiq olunan yeniliklər, müvafiq şöbənin hazırladığı proqramlar barədə məlumat verilib, bununla bağlı slaydlar nümayiş etdirilib.

Sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bəhreyn Krallığının nümayəndə heyətinin üzvləri Milli Məclisdə olarkən parlamentin inzibati binası ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!