10 Dekabr 2025 14:21
176
CƏMİYYƏT
A- A+
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib  

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib  


Dekabrın 9-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda açılış nitqi ilə çıxış edən Şuranın sədri, Baş prokuror Kamran Əliyev bildirib ki, Konstitusiya dövlətimizin suverenliyini, idarəçilik sisteminin sabitliyini və cəmiyyətin hüquqi inkişaf prinsiplərini müəyyən edən əsas sənəddir.

Vurğulanıb ki, müasir Azərbaycan dövlətinin möhkəm təməli dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi üzərində qurulub. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik xəttini bu gün yüksək səviyyədə və böyük siyasi iradə ilə davam etdirən Prezident İlham Əliyevdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət suverenliyimizin möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.

Çıxışda, həmçinin qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətin hüquqi maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və sosial rifahın yüksəldilməsi baxımından xüsusilə əhəmiyyət kəsb edir.

İclasda Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov “Azərbaycan Konstitusiyasında dövlət suverenliyi prinsipinin hüquqi əsasları”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası və insan hüquqları”, Milli Məclisin deputatı Kamal Cəfərov “Korrupsiyanın qarşısının alınmasında Azərbaycan modeli”, Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri, prokurorluğun veteranı Tahir Kazımov “Cinayət Məcəlləsinin 178-ci maddəsinə dəyişikliklərin edilməsinin zərurəti”, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova “Dövlət hesabına müdafiənin həyata keçirilməsi zamanı mövcud problemlər”, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev isə “Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri” mövzusunda çıxış ediblər. Hər bir çıxış ətrafında Şura üzvlərinin təklifləri dinlənilib və müzakirələr aparılıb.

Tədbir zamanı prokurorluğun elmi-tədqiqat və metodiki fəaliyyətinə dair yeni nəşrlər və elektron resurslar da təqdim olunub.

Belə ki, Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev “Prokurorluq orqanlarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində ölkədaxili əməkdaşlıq təcrübəsi” adlı vəsaiti, mərkəzin şöbə rəisi Nigar Qələndərli “Prokuror nəzarəti və prosessual rəhbərlik təcrübəsi” jurnalını, mərkəzin şöbə prokuroru Fərizə Mirzəyeva “Qlobal ədalətə doğru: Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Prokurorluğu” kitabını, Baş Prokurorluğun idarə prokuroru Mahmud Mehdiyev “Kriptovalyutanın aşkarlanması, izlənməsi və müsadirəsi”, Mərkəzin şöbə prokuroru Rəşad Qasımov isə mənimsəmə və qulluq mənafeyi əleyhinə cinayətlər üzrə metodiki vəsaiti təqdim edib, eləcə də Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova Elektron Prokurorluq İnformasiya Sistemində yaradılmış (EPİS) “Hüquqi müzakirələr və təkliflər forumu” modulunun funksionallığı barədə məlumat verib.

İclas çərçivəsində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” münasibətilə ali təhsil müəssisələri arasında keçirilən “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinasında “Nominasiyalar” üzrə fərqlənmiş tələbələrin mükafatlandırılması mərasimi təşkil edilib və qaliblərə mükafatlar Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Tədbirin sonunda Şuranın sədri, Baş prokuror Kamran Əliyev Konstitusiyanın dövlət suverenliyinin təmin edilməsində rolu, hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatların əhəmiyyəti və hüquq-mühafizə orqanlarının fəaliyyətində əsas istiqamətlərin daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə növbəti "Yüksəliş"müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:34
11 Dekabr

R.R.İsmayılovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında

03:33
11 Dekabr

Ş.M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında

03:33
11 Dekabr

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında

03:31
11 Dekabr

“Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:29
11 Dekabr

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 242 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:28
11 Dekabr

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 

03:27
11 Dekabr

“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

03:25
11 Dekabr

Çempionlar Liqası: Bakıda “Qarabağ” “Ayaks”a məğlub olub

23:50
10 Dekabr

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

22:45
10 Dekabr

İsveçrənin yeni prezidenti seçilib  

22:18
10 Dekabr

Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib  

21:58
10 Dekabr

Kənan Quluzadə: İstanbul nümayəndəliyimizin əsas məqsədi Azərbaycanın turizmini Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaqdır  

21:30
10 Dekabr

UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlanıb  

20:43
10 Dekabr

Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun nümayəndələri görüşüblər  

20:15
10 Dekabr

Çin civə termometrlərinin istehsalını qadağan edəcək  

20:07
10 Dekabr

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

19:53
10 Dekabr

Doğma yurda qayıdacaq keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

19:41
10 Dekabr

Milli Məclisin sədri Britaniya ticarət elçisi ilə parlamentlərarası əlaqələri müzakirə edib  

19:32
10 Dekabr

Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  

19:29
10 Dekabr

ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib  

19:23
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!