23 Aprel 2024 15:35
116
CƏMİYYƏT
A- A+

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

 

Azərbaycan və Ukrayna dəstələrinin inşa etdiyi Ulkan qəsəbəsi həm abadlıq, həm də bütün şəraiti baxımından bu trasda (BAM-red.) ən yaxşı yaşayış məntəqəsi idi. Biz orada BAM-ın ilk Spartakiadasını keçirmişik. Həmçinin digər kütləvi mədəni tədbirlər təşkil edirdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının (BAM) 50 illiyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündən sonra jurnalistlərə müsahibəsində 1974-1983-cü illərdə BAM-ın tikintisində ÜLKGİ MK-nın keçmiş qərargah rəisi Yuri Verbitski söyləyib.

Yuri Verbitski vurğulayıb: “Heydər Əliyev işlərin gedişini öyrənmək üçün bizim yanımıza gəldi, tikdiyimiz qəsəbələrə baxdı. Bir rəhbər kimi, biz ona minnətdarıq. Əgər Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində qalsaydı, düşünürəm ki, SSRİ indiyədək tərəqqi edirdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video