08 May 2025 01:55
1132
İDMAN
A- A+
"Baku Open-2025" Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib

"Baku Open-2025" Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib


Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən "Baku Open-2025" Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, FIDE-nin VI prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq mərasimdə Azərbaycan şahmatının unudulmaz anlarına həsr olunan videoçarx nümayiş etdirilib. Sonra Mahir Məmmədov çıxış edərək, Azərbaycanın dünyada həm də şahmat ölkəsi kimi tanındığını bildirib. AŞF rəhbəri göstərilən diqqət və qayğıya görə şahmatçılar adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Ardınca "Baku Open-2025"ə həsr olunan qısa icmal videosu nümayiş etdirilib. 

FIDE-nin VI prezidenti Kirsan İlyumjinov Azərbaycan şahmatçılarının daim mötəbər yarışlarda uğur qazandığını söyləyib. O, dünyada ilk dəfə məhz Azərbaycanda şahmatın inkişafına dair dövlət proqramının imzalandığını xatırladıb və şahmatçıların uğurunun Prezident İlham Əliyevin göstərdiyi qayğının nəticəsi olduğunu deyib. FIDE-nin VI prezidenti 2016-cı ildə Bakıda təşkil edilən Ümumdünya Şahmat Olimpiadasının şahmat tarixinin ən yaxşı olimpiadası olduğunu bildirib.

Sonra yarışın yekun nəticələri açıqlanıb. 8 yaşadək qızların yarışında Nazlı Rüstəmli, oğlanlarda isə Daniel Konovalov birinci yeri tutub. 10 yaşlılar arasında turnirdə Yang Youpinq (Çin) və Yusif Əhədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 12 yaşadək iştirakçılar arasında Əsnad Baxşızadə və Əkbər Mirzəyev birincilik qazanıb. 

B qrupunda qadınlarda Dinara Hüseynova, oğlanlarda isə Nikolaz Çikalidze (Gürcüstan) hamıdan çox xal toplayaraq qalib olub. U-16 nominasiyasında Roman Şoqdziyev (FIDE) mükafata layiq görülüb. "Baku Open" yarışının A qrupunda Ayan Allahverdiyeva və Aleksandr İndciç (Serbiya) yarışın qalibi adını qazanıb. 

"Baku Open-2025" çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da keçirilib. Vüqar Bayramov ölkə çempionu olub. Asəf Abdullayevlə Mehman Abbasov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb. 

90 yaşlı Şərail Avazova ən yaşlı iştirakçı kimi xüsusi mükafat təqdim olunub. 

Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı mübarizə aparıb. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

14:29
07 Mart

“Sabah” qəzeti: “Bayraktar” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlığına töhfə verir

14:26
07 Mart

Təxliyə davam edir: Çin, ABŞ və Pakistan vətəndaşlarının təhlükəsiz keçidi təmin edilib

14:24
07 Mart

Şahbuz rayonunun Kükü kəndində qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb

14:22
07 Mart

Ölkə ərazisində dumanlı, əsasən yağmursuz hava şəraiti gözlənilir

14:20
07 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi ayrılmış avtobuslarla davam etdirilir

14:19
07 Mart

Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi

14:18
07 Mart

Azərbaycan cüdoçusu Qran-Pridə qızıl medal qazanıb

14:00
07 Mart

İranın Naxçıvana dronlarla hücumu Azərbaycanın suverenliyinə qarşı yönəlmiş terror aktıdır

13:37
07 Mart

İrandan təxliyə davam edir: 16 Çin vətəndaşı Azərbaycana keçdi

13:28
07 Mart

Zelenski: Ukraynaya 29 raket və 480 dron atılıb

13:26
07 Mart

Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçular üçün müasir xidmət şəraiti yaradılıb

13:24
07 Mart

“Fitch Ratings” Fransanın kredit reytinqini A+ səviyyəsində saxlayıb, lakin xəbərdarlıq edib

12:21
07 Mart

Türkmənistan Naxçıvana dron hücumu ilə bağlı narahatlığını bildirib

11:23
07 Mart

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

11:19
07 Mart

Prezident İlham Əliyev dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkür edib

11:01
07 Mart

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

10:38
07 Mart

Prezident İlham Əliyev prinsipial mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidentinə minnətdarlığını bildirib

10:27
07 Mart

BƏƏ Federal Milli Şurasının sədri Azərbaycan ərazisinə qarşı əsassız hücumları pisləyib

10:19
07 Mart

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

09:57
07 Mart

Bilmək istəyirəm

09:30
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!