20 İyun 2025 20:09
689
İQTİSADİYYAT
A- A+
Bakıda III Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib  

Bakıda III Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib  

Bakıda Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə III Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki tərəfdən hökumət nümayəndələri, sənaye, energetika, kənd təsərrüfatı, logistika, əczaçılıq, qida, turizm və konsaltinq sahələrini təmsil edən şirkət nümayəndələri iştirak ediblər.

Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, ötən il dövlət başçılarımız tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrimizi daha da stimullaşdırır.

Özbəkistanla birgə keçirilən regionlararası forumların münasibətlərin inkişafı baxımından səmərəli platforma olduğu qeyd olunub. Ötən il Özbəkistanda dövlət başçılarının iş adamları ilə görüşü çərçivəsində icrasına start verilən birgə layihələrin çoxu məhz ölkələrimizin bölgələrində reallaşdırılır. Bu layihələr bölgələrin tarazlı inkişafına töhfə verməklə yanaşı, iqtisadi tərəfdaşlığın intensivləşdirilməsinə xidmət edir.

Diqqətə çatdırılıb ki, bu ilin yanvar-may aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 200 milyon dollardan çox olub. Bununla belə, ixracın təşviqi, investisiya üzrə birgə fəaliyyətin, birbaşa işgüzar əlaqələrin genişləndirilməsi məqsədi ilə işlər görülür. Azərbaycanın Özbəkistanda ticarət nümayəndəliyinin yaradılması nəzərdə tutulur.

Ölkələrimiz arasında ticarət, investisiya, sənaye, enerji, nəqliyyat-tranzit, Ələt Azad İqtisadi Zonası, azad edilmiş ərazilərimizdə biznes fəaliyyəti və digər istiqamətlərdə işbirliyinin inkişafı üçün geniş potensial olduğu bildirilib. Forumda özbəkistanlı iş adamları Azərbaycandakı biznes fürsətlərindən fəal şəkildə yararlanmağa dəvət olunub.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov yüksəksəviyyəli Azərbaycan-Özbəkistan münasibətlərinin, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini vurğulayıb, birgə investisiya layihələrinin reallaşdırılması, işgüzar dairələr arasında tərəfdaşlığın gücləndirilməsinə dair fikirlərini bölüşüb.

Tədbir çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın "Uzkimyosanoat" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Yevgeni Korjikov ölkələrimizin sərmayə iqlimi və ortaq biznes perspektivləri, Fərqanə vilayətinin rəhbəri Nuriddin Mamajonov isə rəhbəri olduğu vilayətin iqtisadi imkanları və ölkəmizlə mümkün əməkdaşlıq istiqamətləri barədə çıxış ediblər.

Forumda ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi, birgə təşəbbüslərin gerçəkləşdirilməsi haqqında müzakirələr aparılıb.

Tədbir B2B və B2G formatlarında görüşlərlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir

09:20
20 Yanvar

Peşə hazırlığı - gələcəyə hesablanmış dövlət siyasəti

09:15
20 Yanvar

Yazarlarımızın qələmində əbədiləşən 20 Yanvar

09:10
20 Yanvar

Azadlığın qanla yazılmış manifesti

09:05
20 Yanvar

Qanla yazılan tarix heç vaxt unudulmur

09:00
20 Yanvar

20 Yanvarın şahidi və şəhidi - qanla suvarılan qərənfil

08:55
20 Yanvar

Şəhid ailələrinə və əlillərə dövlət qayğısı daimidir

08:50
20 Yanvar

Arzusu həkim olmaq idi

08:45
20 Yanvar

Şəhidlər xiyabanından Zəfər meydanına

08:40
20 Yanvar

Azərbaycan xalqının milli yaddaşı və qəhrəmanlıq salnaməsi

08:35
20 Yanvar

Müstəqil yaşamaq istəyinin təcəssümü

08:30
20 Yanvar

Yarımçıq qalan arzular...

08:25
20 Yanvar

Qanla yazılmış şərəfli səhifə

08:20
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!