10 May 2024 10:20
167
SİYASƏT
A- A+

"Bakı Prosesi" nüfuzlu qlobal platformaya çevrilib

 

"Səlib yürüşlərinin, dini toqquşmaların və təriqət savaşlarının az qala sərhədlərimizə çatdığı bir vaxtda Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bəşər sivilizasiyasına ən real töhfə, dünyaya isə ən zəruri mesajdır. 2008-ci ildə İlham Əliyevin müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüsü - "Bakı Prosesi" formatında reallaşan bu forumda 110 ölkənin təmsil olunması göstərdi ki, Azərbaycan Prezidenti bu istiqamətdə hədəfinə çatıb və cari platformaya qlobal miqyas qazandırıb".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat söyləyib ki, xüsusən COVID və post-COVID dövrü ilə əlaqədar olaraq, dünya birliyinin 60 faizinin 5 il keçəndən sonra yenidən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ümid kimi baxması, habelə platformanın gündəliyinin əvvəlki illərə münasibətdə xeyli genişlənərək iqlim dəyişikliyi və süni zəka kimi əlavə amilləri də əhatələməsi, sözün əsl mənasında, siyasi qələbədir: "Əslində, bu situasiya bizi təəccübləndirmədi, çünki bizə də, bu platformaya maraq göstərənlərə də bəlli idi ki, İlham Əliyevin özünün də ifadə etdiyi kimi, "gündəlikdə olan məsələlərin müzakirəsi və həllində Azərbaycanın öz təcrübəsi var". Digər tərəfdən, təkzibolunmaz bir fakt da var ki, proseslər Azərbaycan Prezidentinin personası ətrafında cərəyan edir və bu platformaya kütləvi maraq həm də Prezident İlham Əliyevin şəxsiyyətinə olan inamın göstəricisidir. Daha dəqiq desək, dünya məhz Azərbaycan Prezidentinin özünün də tədbirdə ifadə etdiyi kimi, "ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirməklə - mədəniyyətlərarası dialoq daha təhlükəsiz bir ekosistem yaratmağın mümkünlüyünə inanır. Bu inamın təməlində isə Azərbaycan təcrübəsi dayanır".
Bəhruz Məhərrəmov söyləyib ki, əvvəla, Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsi, mövcud siyasi kursun isə bu coğrafi mövqeyi əlahiddə üstünlüyə çevirməsi Bakıya bir neçə addım öndən başlamaq imkanı verir: "İkincisi, bu gün insan haqları və demokratiyadan danışan bir çox Qərb ölkələri, o cümlədən özünü "mədəniyyətin beşiyi" adlandıran Fransa etnik müxtəlifliyə açıq təhdid kimi baxır və məcburi assimilyasiya tədbirlərini aşkar formada həyata keçirməkdən çəkinmir. Məsələn, dənizaşırı ərazilərdə həyata keçirilən cinayətlər, habelə Korsikada milli dilin qadağan olunması kimi çoxsaylı nümunələr mövcuddur. Azərbaycan isə tam əksinə, çoxmədəniyyətliliyə, çoxkonfessiyalı və mürəkkəb etnik müxtəlifliyə malik olmağa dövlətimiz və cəmiyyətimiz üçün təhdid və ya problem kimi yox, özünün ən mühüm sərvəti kimi yanaşır. Tolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi dəyərlər milli ideologiyanın tərkib hissəsi kimi bütün səviyyələrdə qətiyyətlə qorunur. Dövlət başçısının Qlobal Bakı Forumundan dünyaya bəyan etdiyi kimi, "Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar". Bu isə Azərbaycanın Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi etməsinə həm mənəvi, həm də hüquqi cəhətdən haqq qazandırır".
Deputatın sözlərinə görə, müxtəlifliklərin təhdidə çevrildiyi və bir çox cinayətlərin, o cümlədən məkrli siyasi addımların çoxunun dinlə əlaqələndirilməsi ilə müşahidə olunan mürəkkəb bir şəraitdə tolerantlıq və qarşılıqlı hörməti İlham Əliyevin rəhbərlik etdiyi ölkənin uğurlarını şərtləndirən amillərdən birinə çevirdiyi sirr deyil. Bu, əslində, qlobal zəmində ən çox ehtiyac duyulan situasiyadır. Çünki ötən dövr ərzində qlobal miqyasda proseslər nəinki müsbət məcrada inkişaf etməyib, əksinə, yeni münaqişə ocaqları və qeyri-sabitlik məkanları yaranıb, tamamilə fərqli xarakterli təhdidlər meydana çıxıb.
"Azərbaycan getdikcə ağırlaşan bu proseslərdən qalib çıxan yeganə beynəlxalq subyektdir. Məlumdur ki, Azərbaycan ilk növbədə özünün ərazilərini işğaldan qurtarmaqla və Cənubi Qafqazda ən uzunmüddətli və təhlükəli sayılan təcavüzə son qoymaqla, beynəlxalq hüququn aliliyini təmin edərək yeni reallıq yarada bilib. Həmçinin dünyanın ikinci nüfuzlu təsisatına - Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Bakı qlobal miqyasda imperializm və müstəmləkəçilik siyasətinə qarşı sərt mövqe tutaraq, o zamana qədər göz yumulan cinayətlərə, o cümlədən fransız neokolonializminə ciddi zərbə vurub", - deyə müsahibimiz əlavə edib. 
Bəhruz Məhərrəmov həmçinin qeyd edib ki, ötən dövrdə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, təsisatın özünün fəaliyyətində dönüş yaratmaqla dünya nizamında yeni dövr başladıb. Qoşulmama Hərəkatını ətalətdən qurtarıb işlək mexanizmə çevirməklə, hərəkatın təsisatlanması seqmentini gücləndirməklə, təsisat daxilində şəbəkə yaradılması, qadınların və gənclərin təşkilatlarının təsis edilməsi kimi tarixi gedişlər həm də çoxtərəfliyin təntənəsi hesab olunmalıdır. 
Deputat onu da bildirib ki, məhz uğurlu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan yekdil qərarla COP29-a ev sahibi seçilib: "Bu, real nəticələrə əsaslanan həqiqi dünya ictimaiyyətinin Azərbaycana və ələlxüsus Prezidentimizə böyük inam və ehtiramının göstəricisidir. Bu nüfuzlu prosesə rəhbərlik edəcək ölkə kimi Azərbaycanın hədəfləri aydındır. 
Müsahibimiz sonda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Prezidentinin "Biz indi öz rolumuzu körpülərin salınmasında görürük" ifadəsinə diqqət çəkib. Vurğulayıb ki, tədbirin auditoriyası deməyə əsas verir ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları qarşıya qoyulan məqsədlərlə bağlı öz töhfəsini verəcək və qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılması üçün ciddi addımlar atılacaq.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video