19 Fevral 2025 16:30
739
CƏMİYYƏT
A- A+
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib.

"Azərbaycan" qəzeti xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, etnik və dini icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, film Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin həyat və fəaliyyətinə, onun Azərbaycanın ictimai və dini həyatında oynadığı mühüm rola həsr olunub. İcraçı direktor diqqətə çatdırıb ki, bu gün Azərbaycanda 50-dən çox müxtəlif xalqın və etnik qrupun nümayəndəsi yaşayır: “Onlar say tərkibinə görə fərqlənirlər, lakin onların hər biri öz mədəni kodunun daşıyıcısıdır ki, bu da onlara mədəni xüsusiyyətləri müəyyən etməyə imkan verir. Yəhudilər də bütün etnik və dini azlıqlar kimi Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar, yəhudi icmasına qarşı heç bir ayrı-seçkilik yoxdur. Azərbaycanda mövcud olan zəngin yəhudi mədəni irsi belə dinc yanaşı yaşamanın nəticəsidir. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan “Vətənə bağlı” sənədli filmində də Azərbaycandakı multikultural mühit, yəhudilər və onların Azərbaycandakı yaşayışı lentə alınıb”, - deyə o qeyd edib.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupunun rəhbəri Faiq Hüsiyev, filmin ssenari müəllifi Afaq Vasifqızı və rejissoru Elnurə Kazımova çıxışlarında film haqqında ətraflı məlumat veriblər. Vurğulayıblar ki, “Vətənə bağlı” sənədli filmi Milix Yevdayevin Vətənə olan dərin sevgisini, onun cəmiyyətə və milli-mənəvi dəyərlərə xidmətini tamaşaçılara çatdırmağı hədəfləyir. Filmdə onun şəxsi keyfiyyətləri, Vətənə sədaqəti, dini və milli icmalar arasında qurduğu səmimi münasibətlər, eləcə də Azərbaycanın tolerantlıq ənənələrinin möhkəmlənməsində oynadığı rol xüsusi vurğulanır.

Sonra “Vətənə bağlı” filmi nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış edənlər – Milli Məclisin deputatları Arzu Nağıyev, Ceyhun Məmmədov, Azərbaycan Televiziyasının “Telefilm” studiyasının direktoru rejissor Elçin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti Əkbər Qoşalı, Xalq rəssamları Arif Hüseynov, Ağaəli İbrahimov, Sirus Mirzəzadə, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, Azərbaycanda Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov və Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili vurğulayıblar ki, “Vətənə bağlı” sənədli filmi Milix Yevdayevin zəngin həyat yolunu və onun Azərbaycan cəmiyyətində oynadığı mühüm rolu əks etdirən dəyərli ekran əsəridir. Bu film vasitəsilə tamaşaçılar təkcə bir insanın ömür yolunu deyil, Azərbaycanın tolerantlıq ənənələrini izləmək imkanı qazanırlar.

Tədbirin sonunda Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına və filmin yaradıcı heyətinə dərin təşəkkürünü bildirib.

Təqdimat mərasimi çərçivəsində rəssam Ülkər Əliyevanın rəsm əsərləri sərgilənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

К сведению акционеров ОАО “BANK OF BAKU”

01:46
05 Mart

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib  

23:07
04 Mart

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

22:58
04 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə edilib 

22:55
04 Mart

Azərbaycan XİN: Qətərdə olan 200 nəfər vətəndaşımızın təxliyəsi istiqamətində iş aparılır  

22:54
04 Mart

İrandan təxliyə davam edir - 8 ölkənin vətəndaşları “Astara” buraxılış məntəqəsindən keçib

22:13
04 Mart

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub 

21:46
04 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:36
04 Mart

Azərbaycan Kuboku: “Şamaxı”nı üstələyən “Qarabağ” yarımfinala yüksəlib

21:18
04 Mart

Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib  

21:07
04 Mart

“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”

20:46
04 Mart

Azərbaycanın turizm potensialı “ITB Berlin 2026” sərgisində təbliğ olunur

20:32
04 Mart

Qətərin dörd sənaye şirkəti istehsalı dayandırıb

19:53
04 Mart

Türkmənistanın əfsanəvi milli atüstü oyunlar qrupundan Bakıda möhtəşəm şou Y

19:39
04 Mart

Pentaqon rəhbəri: ABŞ İranda müasir döyüş sursatlarından daha az istifadə edəcək  

19:36
04 Mart

İran hərbi gəmisinin batması nəticəsində azı 80 nəfər ölüb

19:31
04 Mart

Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinə Fəxri fərmanlar təqdim olunub

19:28
04 Mart

Böyük Britaniyada Çinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

19:24
04 Mart

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

19:02
04 Mart

İsrail Hərbi Hava Qüvvələri Tehranın hava limanına zərbə endirib

19:01
04 Mart

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilir  

18:51
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!