31 May 2025 02:21
12065
ELANLAR
A- A+
Azercell abunəçilərinin nəzərinə

Azercell abunəçilərinin nəzərinə


“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

·         19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrənin balansında mövcud tarif paketinin aylıq abunə haqqını ödəmək üçün kifayət qədər vəsait olarsa, nömrənin istifadə müddətindən asılı olmayaraq həmin vəsait balansdan tutulacaq və nömrənin xətti tarif paketinin istifadə müddətinə uyğun olaraq ikitərəfli açıq saxlanılacaq. Bu hal növbəti ayda da balans kifayət etdikdə avtomatik tətbiq olunacaq. Əgər nömrənin balansında kifayət qədər vəsait olmazsa, nömrənin xətti birtərəfli bağlanacaq, danışıq kartının nominalına və yüklənmə müddətinə uyğun olaraq istifadə müddəti ilə bağlı şərtlər tətbiq etməklə xidmətlərdən istifadə imkanı yaradılacaq. Bu dəyişiklik abunəçilərə ödəmə kartının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti + 90 gün ilə bağlı tələb nəzərə alınmadan nömrənin balasında kifayət qədər vəsait olduqda aylıq abunə haqqı ödəməklə nömrədən istifadə imkanı verir.

·        01 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə

tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:


Kartın nominalı (AZN ilə)

İstifadə müddəti (təqvim günü)

1

1

2

2

3

3

5

5

10

10

25

25

50

50

100

50


 

 

 

 

 

 

 

 

 

 

Bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə (danışıq) kartlarında yeni ödəmə kartının yükləmə müddəti ödəmə kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti +90 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.

Göstərilənlər ilə yanaşı, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balasına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:

Ödəniş məbləğinin aralığı

İstifadə müddəti (təqvim günü)

1 AZN-dən - 1,99AZN-dək

1

2AZN-dən – 2,99 AZN-dək

2

3 AZN-dən – 4,99 AZN-dək

3

5 AZN-dən – 9,99 AZN-dək

5

10 AZN-dən – 24,99 AZN-dək

10

25 AZN-dən – 49,99 AZN-dək

25

50 AZN-dən - 99,99 AZN-dək

50

100 AZN +

50

 

Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.

·         01 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixə kimi qoşulan abunəçilər cari abunəlik ləğv edilənə qədər müvafiq tarif paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər.

 

·         “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 01 iyul 2025-ci il tarixindən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:


Aylıq İnternet Paketlərin adı və həcmi

Qiyməti (ƏDV daxil, AZN)

İstifadə müddəti

6 GB

12

28 gün

12 GB

19

28 gün

30 GB

29

28 gün

 

 

 

Saatlıq İnternet Paketlərin sürəti və qiyməti

(ƏDV daxil, AZN)

 

1 saatlıq (limitsiz sürət)

0,99

1 saat

3 saatlıq (limitsiz sürət)

1,99

3 saat

  

Aylıq İnternet Paketinin əvvəlki adı və həcmi

Aylıq İnternet Paketinin yeni adı və həcmi

Qiyməti (ƏDV daxil, AZN)

İstifadə müddəti

55 GB

56 GB

39

28 gün

Günlük İnternet Paketlərin əvvəlki adı və həcmi

 

Günlük İnternet Paketlərin yeni adı və həcmi

 

Qiyməti (ƏDV daxil, AZN)

İstifadə müddəti

      250 MB (yenilənən)

      350 MB (yenilənən)

0,99

1 gün

     1000 MB (yenilənən)

     1.5 GB (yenilənən)

1,99

1 gün

 















Qeyd olunan tarixdən “1.5 GB aylıq” , “6 saatlıq” və “Həftəsonu” internet paketlərinə yeni qoşulmalar dayandırılır. Həmçinin aylıq internet paketlərində “Pulsuz WhatsApp” kampaniyası çərçivəsində 1.5 GB, 6 GB, 12 GB, 30 GB və 55 GB paketlərində WhatsApp ilə mətnli yazışma üçün təqdim edilən 1GB həcmində əlavə ödənişsiz trafik ləğv edilir. Qeyd olunan tarixə kimi qoşulan abunəçilər cari abunəlik ləğv edilənə qədər müvafiq internet paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər. Göstərilən tarixədək aktiv edilən aylıq internet paketlərində istifadə müddəti ilə bağlı dəyişikliklər paketlərin növbəti yenilənməsindən tətbiq ediləcək.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!