08 Mart 2026 12:59
1034
SİYASƏT
A- A+
Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var



Böyük şair Hüseyn Cavidin

Qadın gülərsə şu işsiz mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

misraları duyanların, duyumluların düşüncələrinin ruhuna dönmüşdü. Bu ruh Azərbaycanda da öz bəşəri fəlsəfəsi ilə yaşadılırdı. Neçə yüz illərin o üzündə qalanları xatırlayaq, yaşanılmışların mahiyyətini yada salaq. O çağlarda – dövlətlər, dövlətlər arasında sərhədlər yaranmağa başlayanda sözü qılınc deyirdi, qılınc qurşayıb torpaqları müdafiə edənlərin sırasında qadınlar da olurdu. Tomrisi xatırlayaq. Dara kimi qana susamış qəddar bir sərkərdəni “zəbun” edən Tomris qüdrətin qadınlara da aid olduğunu tarixləşdirdi. Uzun Həsənin anası Sara xatun Şərqdə ilk diplomat qadın oldu. Onun apardığı siyasət oğlunun hakimiyyətinin ömrünü uzadırdı. Bərdə hökmdarı Nüşabə İsgəndər kimi bir fatehi dərrakəsi ilə heyrətləndirmişdi. Tuti Bikə Quba xanlığının yaşamında, siyasi həyatında, dövlətlərarası münasibətlərində düşüncəsiylə, hadisələrə ayıq və gərəkli münasibə-tiylə şöhrətlənmişdi. İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud”u – tarixin 1300 il əvvəl¬lərini xatırlayaq. Bu tarixi əsərdə qadınların hünərindən də söz açılır.

1910-cu ildə Kopenhagendə İşçi Qadınların II Beynəlxalq Konfransı keçirilib. Almaniya Sosial Demokrat Partiyasının qadın qrupunun lideri Klara Setkin Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi ideyasını irəli sürüb... 

Azərbaycanda 8 mart ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart Bey¬nəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edib. İki il sonra isə qurumun ümumi qurultayında 8 mart - Qadın Hüquqları və Beynəlxalq Sülh Günü kimi rəsmiləşib...

Tarixi gerçəklik budur ki, Şərqdə qadınların bəşərilikdən ilk dəfə bəhrələnməsi – seçib-seçilmək hüququna malik olması Azərbaycan Xalq Cümhuriyyəti dövründə olub. Bu, qadınların həyatın fəal müstəvisində fəaliyyəti demək idi. O dövrlərdə qadınların da təhsil almasına ciddi qayğı göstərilirdi, qadınlar da mərhələlərlə təhsil alırdı. Bu təhsil onların ictimai həyatda daha fəal iştirakını təmin edirdi. Zaman keçdikcə qadınlar nəinki təhsil alırdılar, həm də elmdə, incəsənətdə, ədəbiyyatda, siyasətdə, dövlət idarəçiliyində, təmsil olunurdular. 

Bu gün Azərbaycanda qadınların cəmiyyət həyatında iştirakı genişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidə-sindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Bu proseslər də ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edib. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan edib. 

Bir tarixi məqamı da xatırlayaq: qadınların ictimai-siyasi fəaliyyətini təşkilatlandırmaq məqsədi ilə 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının ilk qurultayı keçirildi. Qurultay qadın siyasəti baxımından tarixi hadisə oldu. Azərbaycanda milli-azadlıq hərəkatında da olduqca fəal iştirak edən Azərbaycan qadınları Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra da siyasi hadisələrin seyrçisi deyildi, respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin də iştirakçısıydı, bu iştirak Azərbaycan dövlətçiliyinin müdafiəsi ilə şərtlənirdi. Azərbaycan qadınlarının mövqeyi həmişə milli dövlətçiliyin müdafiəsi olub. Bu qurultayda da məhz bu kimi mühüm məsələlər müzakirə olunmuşdu. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı  ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılması, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibət-də ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn  öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərman imzalanması, 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etməsi, Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması dövlət qadın siyasətinin hər zaman diqqət mərkəzində olduğunu göstərir. 

2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə  “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. 

Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan verib, onlar arasında işsizliyin səviyyəsinin azaldılmasına səbəb olub. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iş-tirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəldir. Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib. Bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Birinci vitse-prezidentin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. 

Azərbaycanda dövlət qadın siyasəti təkcə siyasi amillərlə, dövlətçilik prinsipləri ilə deyil, həm də milli-mənəvi dəyərlər əsasında formalaşıb. Respublikamızın uğurlarında isə qadınlarımızın da böyük rolu var

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!