13 Aprel 2026 17:12
125
CƏMİYYƏT
A- A+
Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub  

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub  


Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Strateji baxışa əsaslanan nəqliyyat planlaşdırılması: siyasətçilər üçün bələdçi” adlı beynəlxalq hesabatında Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi islahatlar müsbət təcrübə kimi qeyd olunub. Hesabatda müasir nəqliyyat planlaşdırılması yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, uzunmüddətli strateji baxışa əsaslanmalıdır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu yanaşma çərçivəsində ölkələrə nəqliyyat sistemlərini daha dayanıqlı, əlçatan və effektiv etmək üçün institusional koordinasiyanın gücləndirilməsi, maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və məlumat əsaslı qərarvermənin tətbiqi tövsiyə olunur.

Hesabatın “Planlaşdırma alətləri” bölməsində 2023-cü ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurası xüsusi qeyd olunub. Bildirilib ki, Şura müxtəlif dövlət qurumları arasında koordinasiyalı fəaliyyəti təmin edir.

Eyni zamanda “Resursların səfərbər edilməsi və koordinasiya üzrə praktiki nümunələr” bölməsində Azərbaycanın daha bir təşəbbüsü – “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu uğurlu maliyyələşdirmə modeli kimi təqdim olunur. 2025-ci ildə yaradılan bu fond ictimai nəqliyyat xidmətlərinin davamlılığını, keyfiyyətini və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Qeyd olunan yanaşmalar Azərbaycanın nəqliyyat sektorunda idarəetmənin təkmilləşdirilməsi, maliyyə dayanıqlılığının gücləndirilməsi və sistemli planlaşdırma prinsiplərinin tətbiqi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə tanındığını göstərir. Bu uğur, eyni zamanda ölkənin daha dayanıqlı, inteqrasiya olunan və gələcəyə yönələn nəqliyyat sisteminin qurulması istiqamətində atdığı addımların əhəmiyyətini növbəti dəfə təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniya Aİ qaydalarını qəbul edə bilər

18:46
13 Aprel

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib  

18:45
13 Aprel

Ursula Fon der Lyayen: Aİ-nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb  

18:43
13 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

18:42
13 Aprel

Anar Əliyev: Nazirliklə bp arasında uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb  

18:41
13 Aprel

Kanada ordusu Arktikada ən böyük missiyasını başa vurdu

18:38
13 Aprel

Qarabağ və Şərqi Zəngəzurda 2 mindən çox binada günəş panelləri quraşdırılıb  

18:29
13 Aprel

Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar artıb

18:24
13 Aprel

Dövlət İdarəçilik Akademiyasında qazaxıstanlı nümayəndələrə “ASAN xidmət” modeli təqdim olunub

18:19
13 Aprel

 Almatıda BVF tərəfindən vergi inzibatçılığı üzrə beynəlxalq seminar keçirilib

18:13
13 Aprel

Çinin süni intellekti 10 il ərzində həll edilməyən riyazi məsələnin öhdəsindən gəlib  

18:12
13 Aprel

Əhalinin borc yükü açıqlanıb

18:11
13 Aprel

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,5 milyon barel olacaq

18:01
13 Aprel

“Azerconnect Group”un baş direktoru “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

17:51
13 Aprel

Ağdam Sənaye Parkının rezidenti ötən il ən çox vergi ödəyən özəl şirkət elan edilib  

17:42
13 Aprel

Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

17:37
13 Aprel

Macarıstanda yeni siyasi mərhələ

17:36
13 Aprel

Türk politoloq: Azərbaycan-Türkiyə əməkdaşlığı yeni geosiyasi nizamın mühüm istiqamətlərindəndir  

17:35
13 Aprel

Kreml Macarıstanın yeni rəhbərliyini təbrik etməyəcək

17:25
13 Aprel

Birinci rübdə ölkədə 29,7 milyard manatlıq ÜDM istehsal olunub

17:21
13 Aprel

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub  

17:12
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!