12 Noyabr 2025 09:31
328
SİYASƏT
A- A+
Azərbaycanın hərtərəfli inkişafına möhkəm hüquqi təminatlar yaradan Əsas Qanun  

Azərbaycanın hərtərəfli inkişafına möhkəm hüquqi təminatlar yaradan Əsas Qanun  


Konstitusiyamız dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası qismində çıxış edir. Konstitusiyanın müddəalarına istinadən həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanı zirvələrə yüksəldib, ölkəmiz son 200 ildə ən böyük zəfərlərini qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu il tarixi qələbəmizin 5, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin isə 30 ili tamam olur.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat vurğulayıb ki, xalqımız müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman böyük ehtiramla yad edir.

Milli Məclisin üzvünün sözlərinə görə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla hazırlanan Azərbaycan Konstitusiyası  ölkəmizin hərtərəfli inkişafı üçün geniş hüquqi əsaslar yaradıb. Böyük şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xüsusi yer tutan bu qanunun əhəmiyyətini belə dəyərləndirib: “Hesab edirəm ki, qanun demokratik prinsiplərə cavab verən, demokratik parlament yaratmaq üçün əsas olan və ümumiyyətlə, respublikamızda dövlət quruculuğu sahəsində apardığımız işlər sırasında çox görkəmli yer tutan sənəddir. Mən hesab edirəm ki, bu qanunun qəbul olunması respublikamızda dövlət quruculuğu sahəsində görülən işlərin bir mərhələsidir, addımıdır, bir irəliləyişdir”.

Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə  rəhbərliyi ilə hazırlanan Konstitusiyada insan və  vətəndaş hüquq və azadlıqlarının qorunmasına əsaslar yaradan çoxsaylı müddəalar yer alıb. Təsadüfi deyil ki, Konstitusiyanın üçdə iki hissəsi məhz insan hüquq və azadlıqlarına həsr olunub. Əsas Qanunun insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yolverilən həddi təsbit edilib.

Samir Vəliyev deyib ki, eyni zamanda, Konstitusiyamızda demokratik cəmiyyət quruculuğu əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Belə ki, Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, fikir plüralizminin, siyasi fəaliyyət azadlığının təmin olunmasını özündə ehtiva edən çoxsaylı müddəalar yer alıb. Əsas Qanunumuza uyğun olaraq bu gün respublikamızda siyasi baxışlarından asılı olmayaraq bütün partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Həmçinin ölkəmizdə söz, mətbuat azadlığı yüksək səviyyədə təmin olunub.

Deputat həmçinin dövlətimizin davamlı olaraq Konstitusiyamıza,  eyni zamanda, cəmiyyətin idarə olunmasında xüsusi rola malik olan qanunlarımıza dövrün, zamanın tələblərinə uyğun təkmilləşməni həyata keçirdiyinə diqqət çəkib. “Bu baxımdan illər keçdikcə ölkəmizin iqtisadi, siyasi, sosial və digər sahələrdə qazandığı  uğurlar, təcrübə Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirdiyi üçün  bu məqsədlə ümumxalq səsverməsi ilə Əsas Qanunumuza yeniliklər də edilib. Bu əlavə və dəyişikliklərin böyük bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində yeniləşməyə xidmət edir”, - deyə Samir Vəliyev vurğulayıb.

Deputat bildirib ki, 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də keçirilən referendumlar buna sübutdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla isə Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Bu dəfə  Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik olunub.

Milli Məclisin üzvü bəhs olunan bu referendumu xüsusilə ölkəmizdə idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Yeni Konstitusiya islahatlarına uyğun olaraq Azərbaycanda vitse-prezidentlik institutu formalaşdırılıb.  2017-ci il referendum yolu ilə təsdiqlənən Konstitusiya islahatlarının reallaşdırılması istiqamətində mühüm il oldu. Belə ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Hazırda respublikamızda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Birinci vitse-prezidentlik institutu səmərəli fəaliyyət göstərir. Birinci vitse-prezidentin uğurlu fəaliyyəti ölkəmizdə dövlət idarəçiliyinə yeni keyfiyyət dəyişikliyi gətirib, xüsusilə də vətəndaş məmnunluğunun yüksəlməsinə güclü təsir göstərib.

Deputat deyib ki, biz Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ili Konstitusiya və Suverenlik İli kimi qeyd edirik. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın ərazi bütövlüyü və suverenliyi milli Konstitusiyamızda ən başlıca yer tutur. 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ildə bir günlük antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələr sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bu əməliyyatların keçirilməsinin hüquqi əsaslarını da məhz Konstitusiyamız təşkil etmişdir. Bu gün biz qürurla qeyd edirik ki, ölkəmizin bütün ərazisində konstitusiya quruluşu tətbiq olunur! “Biz inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan bundan sonra da hər sahədə böyük uğurlar  qazanacaq. Bu il 30 illik yubileyini qeyd etdiyimiz milli Konstitusiyamız isə bu uğurların hüquqi əsasını təşkil edəcək”, - deyə Samir Vəliyev vurğulayıb.


Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!