Azərbaycanın BMT yanında daimi nümayəndəsi qurumun baş katibinə Xocalı soyqırımı ilə bağlı məktub göndərmişdir
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Muna məktub göndərmişdir.
Daimi nümayəndəlikdən AzərTAc-a bildirmişlər ki, məktubda Xocalı faciəsi və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər cinayətlər barədə ətraflı məlumat verilmişdir.
Faciə ilə bağlı faktları diqqətə çatdıran Aqşin Mehdiyev məktubunda qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri Xocalı sakinlərinə qarşı soyqırımı aktı həyata keçirmişlər. Bu hərbi təcavüz nəticəsində Xocalı şəhəri darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Girovların 150 nəfərinin taleyi bu günədək məlum deyildir.
Səfir Aqşin Mehdiyev BMT baş katibinə məktubunda faciənin Xocalı əhalisinin başına yalnız azərbaycanlı olduqları üçün gətirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, Xocalı şəhəri təcavüz, işğal və etnik təmizləmə üçün meydan kimi seçilmiş, ağlasığmaz vəhşiliklər törədilmiş, hamilə qadınların dərisi soyulmuş, başları kəsilərək süngüdən keçirilmiş, cəsədlər tanınmaz hala salınmışdır.
Məktubda bildirilmişdir ki, Azərbaycanın hüquq-mühafizə orqanları çoxsaylı müstəqil mənbələrə, bu faciənin şahidlərinə və sənədlərə əsaslanaraq Xocalıda törədilmiş cinayətlərdə Ermənistanın məsuliyyətini təsdiqləyir. Bu məsuliyyət beynəlxalq hüququn ümumi normalarından və insan hüquqları haqqında Avropa Konvensiyasından irəli gəlir.
Diplomat məktubunda yazır ki, bir çox cinayətlərlə bağlı beynəlxalq səviyyədə görülmüş ardıcıl tədbirlər, həmçinin beynəlxalq cinayətkarların mövcud hüquqi çərçivədə mühakimə olunması və cəzalandırılması Azərbaycan hökumətində belə bir əminlik yaradır ki, Xocalı qətliamı və Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilən digər ağır cinayətlər də cəzasız qalmayacaqdır.
Səfir Aqşin Mehdiyev baş katibə ünvanladığı bu məktubun Baş Məclisin gündəlikdə duran 35, 39, 65, 67, 69, 83 və 84 nömrəli maddələrinə uyğun olaraq, eləcə də Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş etmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!