12 İyul 2025 08:25
608
CƏMİYYƏT
A- A+
Azərbaycan xalqının qəlbində daim yaşayacaq qəhrəman

Azərbaycan xalqının qəlbində daim yaşayacaq qəhrəman


Vətən onlara əmanətdir. Çünki Vətəni qorumaq, gecə-gündüz  keşiyində ayıq durmaq onlar üçün yalnız mənəvi borc deyil, eyni zamanda vəzifə borcudur. Belə müqəddəs peşə seçdi özünə Polad Həşimov. Hərbçi oldu… 

O, 1975-ci il yanvarın 2-də dünyaya gəldi. Adını ata babası Mikayıl Polad qoydu ki, nəvəsi polad kimi möhkəm olsun. Polad Həşimovun tərbiyəsində ağır təbiətli, təmkinli, sözükeçərli, imanlı bir insan olan Mikayıl kişi mühüm rol oynadı. Müharibə haqqında da ilk dəfə babasından eşitdi. Mikayıl kişi İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərini görmüşdü. O, nəvəsinə iştirak etdiyi ağır döyüşlərdən danışırdı. Polad Həşimovun könlündə hərbçi peşəsinə ilk sevgi qığılcımını da babası yaratdı.

Boya-başa çatdığı Sumqayıt şəhərində əvvəlcə 28 saylı, sonra isə 34 saylı orta məktəbdə təhsil alan Polad Həşimov arzusunu reallaşdırdı. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxudu.

Gənc hərbçi 1992-ci ilin noyabrında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndləri uğrunda döyüşlərdə iştirak etdi. 1994-cü ilin fevralında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda döyüşdü.

1994-cü il mayın 12-də atəşkəs sazişi imzalansa da, Ermənistan silahlı qüvvələri intensiv olaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutur, təxribatlar törədirdi. Polad Həşimov qışın şaxtasında, boranında, yayın istisində zabit yoldaşları və əsgərləri ilə birlikdə düşmənlə üz-üzə postlarda böyük mətanətlə, ayıq-sayıq dayanırdı.

O, əsgərləri ilə hər gün təhlükəli yollardan keçirdi, yuxarı postlara ərzaq, odun daşıyırdı. Evinə yuxusuz, üstü-başı toz, palçıq içində dönəndə yorğunluğunu məğrur-məğrur yenməyə cəhd edir, həyat yoldaşına, övladlarına qürurla baxıb gülümsəyirdi. 

2008-ci ilin dekabrından xidmətini Daşkəsəndə yerləşən "N" saylı hərbi hissədə davam etdirdi. Polad Həşimov hər zaman xidmətində dayandığı vətənin torpaqları kimi, əsgərləri də əmanət bilirdi. "Anaları bizə etibar edib göndəriblər, biz onları qorumalıyıq" deyirdi. Səliqə-sahmanlı evində, övladlarının əhatəsində həyat yoldaşının bişirdiyi yeməkləri yeyəndə də əsgərləri yadından çıxmırdı. Onların hərbi hissələrdə ac olmadıqlarını, dövlətin əsgərlərinə yaxşı baxdığını bilirdi. Ancaq onu da bilirdi ki, ana yeməyinin dadı başqadır. Odur ki, öz evindən əsgərlərə pay aparırdı. Onların qayğısına qalır, dərd-sərləri ilə maraqlanırdı. 

Onun xarakterindəki ən qabarıq cizgi, həyat yoldaşı Ofelya Salmanovanın fikrincə, həddindən artıq təmkinli olması idi: "O, təmkini, səbri, dik duruşu - həm fiziki, həm də mənəvi duruşunu nəzərdə tuturam, susmağı ilə qarşısındakı insanı ömürlük məğlub edə bilərdi. Özünə böyük hörmət qoyardı. İçində elə böyük mənlik, elə uca şəxsiyyət vardı ki, ona baxanda istər-istəməz özünü yığışdırmalı, davranışlarına diqqət etməliydin. Onun bu xarakteri səni yanında sayğılı davranmağa vadar edirdi. Bir də azdanışan adam idi. Peşəsindən irəli gəlirdi. Hərbçilər çox danışmağı sevməzlər. Məncə, belə də lazımdı. Son illərindən, işindən, ətrafındakılardan isə heç danışmazdı".

2016-cı ilin aprelində döyüşlər başlayanda da evdə heç nə demədi. Gedəndə cibindən evinin açarını, maaş kartını və bir az nağd pul çıxarıb masanın üstünə qoydu. Bəlkə bir də geri dönməyəcəyini, şəhid ola biləcəyini düşünürdü…

Polad Həşimov kimi mərd, qəhrəman Azərbaycan oğulları həmin döyüşlərdə Ermənistan silahlı qüvvələrinə ağır zərbələr endirdilər. Dörd gün davam edən Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, qüdrətinin ilk nümayişi, böyük Zəfərimizin ilk müjdəçisi oldu.

Aprel döyüşlərindən sonra, 2016-cı il aprelin 20-də Prezident İlham Əliyevin sərəncamına əsasən, Polad Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olundu. Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə ona mənzil hədiyyə edildi. Kirayə mənzildə yaşamasına baxmayaraq, həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışladı.

Polad Həşimova 2019-cu il iyunun 25-də general-mayor ali hərbi rütbəsi verildi. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin edildi.

Təxribatlara ara verməyən Ermənistan silahlı qüvvələri 2020-ci ilin yayında daha da fəallaşdı. Tovuz rayonu istiqamətindən həyəcanlı xəbərlər gəlməyə başladı. Düşmən iyulun 12-dən etibarən irimiqyaslı təxribatlara əl atdı, Tovuzda yerləşən mövqelərimizi artilleriya qurğularından atəşə tutmaqla yanaşı, dinc sakinləri, mülki vətəndaşları da hədəfə aldı.

Azərbaycan Ordusunun bölmələri namərd düşmənin qəfil hücumunun qarşısını rəşadətlə, qətiyyətlə aldı. Döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və gizir Yaşar Babayev şəhid oldular.

Doğrudur, hərbçilərimiz Tovuz hadisələri zamanı düşmənə layiq olduğu cavabı verdilər. Ermənistan silahlı qüvvələrinin bir sıra dayaq məntəqəsi dağıdıldı, döyüş texnikası sıradan çıxarıldı, onlarca hərbçisi məhv edildi. Düşmənin işğalçılıq niyyətini Azərbaycanın zabit və əsgərlərinin döyüş hazırlığı, vətənpərvərliyi puc etdi. Ancaq generalın şəhid olması Azərbaycan xalqını dərindən sarsıtmaqla yanaşı, qəzəbləndirdi, döyüş əzmini yüksəltdi. Prezident İlham Əliyevin bildirdiyi kimi: "Deyə bilərəm ki, onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı azad etməliyik.

Polad Həşimovun qəhrəmancasına və onunla bərabər digər qəhrəmanlarımızın həlak olması bir daha bütün xalqı da eyni zamanda sarsıtdı və hərəkətə gətirdi. Polad Həşimov öz şəhadəti ilə xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu olmasaydı, müharibəni belə aparmaq çətin olardı.

Tovuzda düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun başlanğıcı oldu. 

İyulun 14-də general Polad Həşimov şəhid olduqdan sonra ölkənin bütün bölgələrində hərbi komissarlıqlara müraciət edən minlərlə Azərbaycan vətəndaşı orduya könüllü yazıldı. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda nəinki həmin insanlar, hətta xaricdə yaşayan həmvətənlərimiz da ölkəyə qayıdaraq, döyüşlərə könüllü getdilər.

44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu general Polad Həşimovun, eləcə də qürur yerimiz olan digər qəhrəmanlarımızın qisasını qəsbkar düşməndən aldı. Dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: "Onun qanı yerdə qalmamalı idi və qalmadı. Biz onun qisasını aldıq və döyüş meydanında aldıq. Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun bir hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər yeni nəslin nümayəndələri yetişir!"


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!