17 İyul 2025 13:24
645
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Vyetnam əməkdaşlığının prioritet istiqamətləri üzrə Fəaliyyət Planı qəbul edilib  

Azərbaycan-Vyetnam əməkdaşlığının prioritet istiqamətləri üzrə Fəaliyyət Planı qəbul edilib  


Hanoy şəhərində Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

AZƏRTAC xəbəri verir ki, iclasdan əvvəl Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Dien ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında görüş olub.

Görüşdə iki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirələr aparılıb. Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında komissiyanın Azərbaycan tərəfdən həmsədri, energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Dien çıxış ediblər.

Azərbaycan və Vyetnam arasında 1959-cu ildə Prezident Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri ilə təməli qoyulmuş münasibətlərin bu ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri ilə yeni mərhələyə yüksəldiyi vurğulanıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, bu səfər çərçivəsində qəbul olunan Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanat və imzalanan sənədlər iki ölkə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yol xəritəsi rolunu oynayır.

“Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bu səfəri böyük siyasi əhəmiyyətə malik hadisə, Birgə Bəyanatı isə olduqca ciddi siyasi sənəd kimi dəyərləndirib. Hökumətlərarası Komissiyaya bu Bəyanatın müddəalarını praktiki layihələrə çevirmək, ticarət-iqtisadi əməkdaşlığı fəallaşdırmaq və genişləndirmək, əmtəə dövriyyəsini və qarşılıqlı sərmayələri artırmaq tapşırılıb. Bu məqsədlə, 2025 - 2027-ci illəri əhatə edən, 17 prioritet istiqamət üzrə 58 tədbirin icrasını nəzərdə tutan “Əməkdaşlıq sahələri” sənədi hazırlanıb. Azərbaycan və Vyetnam strateji tərəfdaş olaraq qarşıdakı illərdə bütün bu sahələr üzrə əhəmiyyətli nailiyyətlər əldə etmək əzmindədir”, - deyə nazir əlavə edib.

Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Dien deyib: “Siyasi və diplomatik əlaqələrimiz sabitdir, enerji sahəsində əməkdaşlığımız isə strateji xarakter daşıyır. Bu əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm siyasi iradə və liderlər səviyyəsində qətiyyətli dəstək vardır. Cənub-Şərqi Asiyada üçüncü ən böyük iqtisadiyyata malik Vyetnam 115 milyonluq əhalisi və azad ticarət sazişləri çərçivəsində çıxış əldə etdiyi 600 milyon nəfərlik bazarı ilə əməkdaşlıq üçün böyük imkanlar təqdim edir”.

İclasda siyasi, ticarət, investisiya, enerji, nəqliyyat, kiçik və orta sahibkarlıq, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi, mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib. Bildirilib ki, ticarət dövriyyəsi bu ilin ilk beş ayında 5,4 faiz artaraq 58,4 milyon dollara çatıb ki, bu da əməkdaşlıqda müsbət dinamikanın göstəricisidir.

Qeyd olunub ki, birgə səylər bu rəqəmin və qarşılıqlı sərmayələrin daha da artırılmasına töhfə verəcək. Enerji sahəsində əməkdaşlığa toxunularaq bildirilib ki, “SOCAR Trading”in Vyetnam bazarında aparıcı spot tədarükçülərdən biri kimi fəaliyyəti, xam neftin tədarükü və Vyetnam neftinin beynəlxalq satışlarında iştirakı bu sahənin əsas istiqamətlərindəndir. Energetika Nazirliyi, SOCAR və müvafiq Vyetnam tərəfdaşları arasında imzalanmış anlaşma memorandumları, eləcə də “ROX Group” ilə bərpaolunan enerji üzrə tərəfdaşlıq sənədi enerji əməkdaşlığını daha da gücləndirəcək.

Sənaye artımı və ixrac potensialını dəstəkləmək məqsədilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Orta Dəhliz, Şimal - Cənub və Şərq - Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq hər iki ölkənin tranzit imkanlarının səmərəli istifadəsini təmin edəcək. Ötən il “Silk Way Airlines” Vyetnamda nümayəndəlik ofisi açıb və yaxın zamanda yükdaşımalar üzrə birbaşa reyslərin başlaması gözlənilir. Bakı-Hanoy marşrutu üzrə sərnişin reysləri “Azərbaycan Hava Yolları”nın inkişaf planlarına daxil edilib.

Qeyd edilib ki, müdafiə sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensial mövcuddur. Mədəni və humanitar sahələrdə isə əməkdaşlıqda artan dinamika müşahidə olunur. Bu ilin aprel ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində keçirilmiş mədəni və xeyriyyə tədbirləri bu istiqamətdə qarşılıqlı marağın bariz nümunəsidir. Gələn həftə Azərbaycanda təşkil olunacaq “Vyetnam Günləri” mədəni əlaqələrin genişlənməsinə xidmət edəcək.

Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb və 2025-2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!