02 Aprel 2026 21:13
229
CƏMİYYƏT
A- A+
Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

Gürcüstan Vəkillər Kollegiyasının (GVK) sədri İrakli Kandaşvili Azərbaycanda rəsmi səfərdə olub.

Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd peşəkar təcrübə, metodiki tövsiyələr, vəkillik sahəsində məlumat mübadiləsi, tərəflər arasında birgə konfransların, seminarların, praktiki məşğələlərin, işçi görüşlərin təşkili və keçirilməsi, həmçinin digər mümkün diskussiya meydançalarında vəkillik məsələlərinin müzakirəsini nəzərdə tutur.

Səfərin ilk günündə Baş prokuror Kamran Əliyev İrakli Kandaşvilini qəbul edib. Görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilən islahatlar və tətbiq edilən yeni hüquq institutları barədə fikir mübadiləsi aparılıb.

Sonra GVK-nın sədri Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. Qonağı salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan və Gürcüstan arasında bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirib. Görüş zamanı iki ölkə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri, vəkillik institutunun rolu, məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov və İrakli Kandaşvili ilə baş tutan görüş zamanı Azərbaycan və Gürcüstan xalqları arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyəti vurğulanıb. Sədr çıxışı zamanı son illər kollegiya tərəfindən həyata keçirilən fəaliyyət, vəkillik institutunun inkişafı istiqamətində görülən işlər, ardıcıl və sistemli islahatlar barədə ətraflı məlumat verib.


VK-nın beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edən sədr xarici hüquq təşkilatları ilə qurulan səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib. Eyni zamanda, Anar Bağırov kollegiya ilə yerli hüquq-mühafizə orqanları və məhkəmə sistemi arasında səmərəli əməkdaşlığın mövcud vəziyyətindən, vəkilliyə qəbul prosedurlarından, elektron xidmətlərin tətbiqindən, eləcə də gənc hüquqşünaslara göstərilən dəstək mexanizmlərindən danışıb.

Görüşdə kollegiyanın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə qurumun son illərdəki fəaliyyəti, görülən işlərin vəkillərin sayının artımına və cəmiyyətdə peşənin nüfuzunun yüksəlməsinə birbaşa müsbət təsiri haqqında ətraflı hesabat təqdim edib. Həmçinin VK Aparatının Maliyyə və təchizat şöbəsinin müdiri Fərhad Fərəcov kollegiyada tətbiq olunan order markası sistemi barədə təqdimatla çıxış edib. Təqdimat zamanı sistemin mahiyyəti, tətbiq mexanizmi və hüquqi yardım prosesində şəffaflığın, hesabatlılığın və nəzarət imkanlarının artırılmasında rolu ətraflı şəkildə izah olunub.

İrakli Kandaşvili GVK ilə VK arasında formalaşmış əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib, Kollegiyanın son illərdə əldə etdiyi nailiyyətləri xüsusi vurğulayıb. GVK-nın sədri qismində ilk rəsmi xarici səfərini Azərbaycana etdiyini bildirən İrakli Kandaşvili ölkəmizin hüquq sistemi ilə yaxından tanış olduğunu qeyd edib. Qonaq vəkillik institutu, hüquq-mühafizə orqanları və məhkəmə sistemi arasında əlaqələrin yüksək səviyyədə qurulduğunu dilə gətirərək, bu təcrübənin qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. Görüşün davamında tərəflər arasında fikir mübadiləsi aparılıb, bir sıra maraq doğuran məsələlər, o cümlədən gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

İrakli Kandaşvili bildirib ki, bu cür əməkdaşlıq hüquqi yardım, təlim, intizam və ixtisas sahələrində təcrübə mübadiləsinin genişlənməsinə, vəkillərin peşəkar inkişafına və beynəlxalq hüquqi əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Həmçinin İrakli Kandaşvili səfər zamanı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun inzibati binası ilə tanış olub. Nəzərə çatdırıb ki, hazırda büroda 100-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, VK-nın dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb.

Bundan əlavə, qonaq Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib, burada xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumat diqqətə çatdırılıb.

Eyni zamanda, İrakli Kandaşvili ADA Universitetində qonaq olub. Universitetdə sədr Azərbaycanın hüquq tələbələri üçün “Effektiv və keyfiyyətli məhkəmə sistemində vəkilin rolu” mövzusunda mühazirə ilə çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!