23 Aprel 2025 15:42
685
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq: strateji tərəfdaşlığa doğru addım

Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq: strateji tərəfdaşlığa doğru addım


Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlərlə istifadə üzrə imzalanmış Anlaşma Memorandumu ölkəmizin kosmik sənayesinə strateji təsir göstərə biləcək mühüm addım kimi qiymətləndirilir. Çin bu sahədə Ay və Mars missiyaları həyata keçirmiş, “BeiDou” naviqasiya sistemi və “Tiangong” kosmik stansiyası ilə texnoloji müstəqilliyini təsdiqləmiş güclü tərəfdaşdır. Bu əməkdaşlıq Azərbaycan üçün yalnız texnoloji transfer deyil, həm də kosmik layihələrdə birbaşa tərəfdaşlıq imkanları yaradır.

Məsələ ilə bağlı AZƏRTAC-a açıqlama verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, sənədin praktik nəticələrindən biri “Azərkosmos”un peyk imkanlarının genişləndirilməsi və daha dəqiq müşahidə-kommunikasiya texnologiyalarına çıxış ola bilər.

Çinlə birgə peyklərin orbitə buraxılması, məlumatların emalı və istifadəsi üzrə birgə laboratoriyaların qurulması da gündəmdədir. Bu əməkdaşlıq iqtisadiyyatla yanaşı, fövqəladə hallar, ətraf mühitin monitorinqi və milli təhlükəsizlik sahəsində də ciddi üstünlüklər yarada bilər.

Ekspertin fikrincə, uzunmüddətli perspektivdə bu tərəfdaşlıq Azərbaycanın regional kosmik texnologiyalar mərkəzinə çevrilməsinə və beynəlxalq arenada tanınmasına təkan verə bilər. Eyni zamanda, Azərbaycanın COPUOS və digər beynəlxalq qurumlarda daha fəal iştirakı üçün zəmin yaradacaq.

Əməkdaşlıq süni peyk texnologiyaları üzrə milli kadr potensialının formalaşmasına, gənc alimlərin bu sahəyə cəlb olunmasına da xidmət edəcək.

“Nəticə etibarilə, bu razılaşma Azərbaycanın kosmos sahəsində yalnız istifadəçi deyil, həm də tədqiqatçı və texnologiya istehsalçısı ölkəyə çevrilməsi yolunda ciddi mərhələdir”, – deyə Elvin Abbasov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:12
17 Mart

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə

02:12
17 Mart

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında

02:11
17 Mart

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında

02:10
17 Mart

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:10
17 Mart

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:09
17 Mart

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında

02:06
17 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-497370-CS-QCBS Müqavilə barədə bildiriş

02:03
17 Mart

Ministry of Labor and Social Protection of Population / Employment Support Project AZ-MLSPP-497370-CS-QCBS AWARD NOTICE

02:01
17 Mart

BİLDİRİŞ

02:00
17 Mart

Donald Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

23:27
16 Mart

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

22:01
16 Mart

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib  

20:45
16 Mart

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!