19 Aprel 2024 15:21
256
İQTİSADİYYAT
A- A+

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

 

Rusiya 2024-cü ilin yanvar-mart aylarında 4,27 milyon kubmetr taxta-şalban ixrac edib ki, bu da keçənilki göstəricidən 3,5 faiz azdır. Azərbaycan Rusiyadan taxta-şalban idxal edən ölkələrin ilk onluğuna daxildir.

AZƏRTAC “Roslesxoz” tabeliyində olan “Roslesinforq” federal meşə uçotu qurumunun mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyə ilk dəfə olaraq tədarükünü 3,2 dəfə artıraraq Rusiya taxta-şalbanının əsas idxalçı ölkələrinin üçlüyünə daxil olub. Eyni zamanda, başlıca ənənəvi istiqamətlərə - Çin və Özbəkistana ixracın həcmi azalıb ki, bu da ticarət axınlarının yenidən bölüşdürülməsindən xəbər verir. “Roslesinforq” qeyd edir ki, ağac tədarükü həcminin azalması üzrə qlobal tendensiya da bu məsələdə rol oynayıb.

Rusiyadan taxta-şalban alıcıları reytinqində üçüncü yerə yüksələn Türkiyə ikinci il dalbadal tədarük indeksində böyük artım nümayiş etdirib: 2024-cü ilin yanvar-mart aylarında bu ölkəyə 292,2 min kubmetr material daşınıb ki, bu da tədarükün 5 dəfə artdığı 2023-cü ilin birinci rübü ilə müqayisədə 3,2 dəfə çoxdur. Rusiya departamentinin bəyanatında deyilir: “Ötən ilin fevral zəlzələlərindən sonra və irimiqyaslı infrastruktur layihələrinin icrası fonunda Türkiyəyə tədarük artır. Rusiyadan Türkiyəyə taxta-şalban yüklərinin çatdırılmasını sürətləndirmək üçün indi yeni logistik marşrutlar hazırlanır”.

İdxalçılar arasında dördüncü yerdə olan İrana tədarük 1,7 dəfə artıb. Honkonq Rusiyadan taxta-şalban idxal edən ilk beş bazarın sonunda gəlir.

Rusiyanın taxta-şalban idxalçılarının ilk onluğuna Azərbaycan, Qazaxıstan, Tacikistan, Yaponiya və Qırğızıstan da daxildir. Yaponiya istisna olmaqla, qalanların hamısı idxal həcmini azaldıb. Yaponiyaya tədarükün həcmi 4,2 faiz artıb.

Hesabat dövründə, həmçinin BƏƏ, Livan, Sinqapur, Əfqanıstan, İordaniya, Tayvan, Hindistan, Gürcüstan, Belarus, Serbiya və sairə ölkələrə Rusiyanın taxta-şalban ixracının həcmi çoxalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video