19 Aprel 2024 12:58
227
İQTİSADİYYAT
A- A+

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

 

Rusiya 2023/24 maliyyə ilində Hindistan üçün əsas neft ixracatçısı olaraq OPEK və Yaxın Şərq neft ixracatçılarını geridə qoyub.

AZƏRTAC Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra Rusiyaya qarşı Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar və neft idxalından imtinası Hindistana ucuz neft idxal etmək imkanı yaradıb. Sanksiyaların yaratdığı bəzi çətinliklərə baxmayaraq Hindistan Rusiya neftini almağa davam edir.

Hindistanın 31 marta qədər idxal etdiyi 4,7 milyon barel neftin 35 faizi Rusiyanın payına düşüb. Halbuki bu göstərici bir il əvvəl 22 faiz olub. Hindistan ötən bir il ərzində Rusiyadan sutkada 1,64 milyon barel neft alıb ki, bu da ötən maliyyə ilindən 57 faiz çoxdur.

Bu vəziyyət MDB üzvü olan Rusiya, Azərbaycan və Qazaxıstanın Hindistanın idxalındakı paylarını 26 faizdən 39 faizə yüksəldib. Hindistanın Yaxın Şərqdən neft idxalı isə 55 faizdən 46 faizə düşüb.

ABŞ-ın sanksiyaları gücləndirməsi nəticəsində Rusiya neftini Asiya bazarlarında satmaq üçün yeni neft treyderləri meydana çıxıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video