21 Aprel 2026 18:26
186
Mədəniyyət
A- A+
Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur  

Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur  


Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyanın Milan şəhərində keçirilən 5VIE Dizayn Həftəsi çərçivəsində nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, aprelin 26-dək davam edəcək sərginin mərkəzini “Elysium” silsiləsindən (2024-2025-ci illər) xalça nümunələri təşkil edir. Bu silsilə Bakının Nardaran qəsəbəsində, həmçinin Şəmkir və Quba bölgələrində çalışan qadın sənətkarlar ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gəlmiş, əllə toxunmuş 3 xalçadan (hər biri 150 x 200 sm) ibarətdir. Ekspozisiyanı “Funksionallıqdan kənar” (2024-2026-cı illər) adlı keramik qablar silsiləsi tamamlayır.

Azərbaycanın xalçaçılıq sənəti əsrlərin dərinliyindən süzülüb gələn zəngin ənənəyə söykənir və incə sənətkarlıq, özünəməxsus estetik dili ilə dünya miqyasında tanınır. Bu xalçalar yastı, təsviri kompozisiya quruluşu ilə fərqlənir, ornamentlərin ölçülü ritmi, mərkəzi sahə ilə haşiyə arasındakı ahəng və həndəsi motivlərin möhtəşəm aydınlığı bütöv vizual tarazlıq yaradır. Öz texniki mürəkkəbliyinə baxmayaraq, bu əsərlər səth və naxışa üstünlük verərək, dərinlik illüziyasından uzaqlaşan müstəvilik prinsipinə sadiq qalır.

Aida Mahmudovanın materiallarla uzun illər apardığı cəsarətli eksperimentləri bu köklü ənənələrə canlı heykəltaraşlıq nəfəsi gətirir. Laybalay işləmə texnikaları, tekstura variasiyaları və məkanla qarşılıqlı təsiri araşdırmaqla, o, tekstil sənətinin həm formal, həm də konseptual sərhədlərini genişləndirir. Rəssamın yaradıcılığında xalça sadəcə döşəmə və ya divar üçün funksional əşya deyil, taktil, məkan ilə əlaqə quran və dərin konseptual məna daşıyan heykəltaraşlıq obyektinə çevrilir.

“Funksionallıqdan kənar” silsiləsinə daxil olan keramika nümunələri rəssamın dulusçuluq və şüşə dekorativ-tətbiqi sənət növlərində apardığı eksperimental axtarışların məntiqi yekunu kimi təqdim olunur. Bu keramik qablar, ənənəvi sənətkarlıq köklərinə əsaslanaraq, məişətdə istifadə olunan gündəlik əşyalar kimi formalaşır və rəssam tərəfindən unikal, zərif dizayn obyektlərinə çevrilir. Həmin əsərlər doğma Azərbaycan torpağının bəxş etdiyi neft, kül, qum, gil və daşlardan hazırlanmış əl işi şirələrlə örtülmüşdür. Belə material yanaşması əsərləri həm fiziki mühitlə üzvi şəkildə bağlayır, həm də onların səthində bənzərsiz, dəyişkən və gözlənilməz, canlı vizual effektlər yaradır. Eyni zamanda materiya və yaddaş poeziyasına müraciət edən bu silsilə, qədim ənənələr və rəssamın müasir ifadəsi arasında incə, poetik dialoq qurur. Aida Mahmudova Azərbaycan mənzərələrinə həsr etdiyi geniş fotoarxivinə istinad edərək, şəxsən çəkdiyi görüntüləri dekal texnikası vasitəsilə keramika səthlərinə köçürür və beləliklə, şəxsi xatirələri ilə səmimi hekayələrini əsərlərə həkk edir. Nəticədə, bu qabların ritual xarakterli formaları, ən həssas xatirələri özündə daşıyan dəruni sığınacaqları kimi yenidən doğulur. Bu sadə, lakin fərqli formalar insan qəlbinin şəxsi, məhrəm və refleksiv xəritəsində rəmzi dönüş nöqtələri səssiz şahidləri kimi zamanın axarlığını təcəssüm etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib

20:24
21 Aprel

Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  

20:01
21 Aprel

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

19:49
21 Aprel

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olunub  

19:28
21 Aprel

Roma Papası: Bəşəriyyətin gələcəyi təhlükə altındadır

19:18
21 Aprel

İrlandiya parlamentariləri Azərbaycanın demokratik inkişafı barədə məlumatlandırılıb  

19:12
21 Aprel

Yaponiyada 7.4 bal gücündə zəlzələ baş verib

18:58
21 Aprel

Yaponiya silah ixracı qaydalarını yumşaldıb  

18:42
21 Aprel

Gürcüstanın yeni daxili işlər naziri təyin edilib

18:41
21 Aprel

Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb

18:31
21 Aprel

Asiya İnkişaf Bankı Azərbaycanda ticarət və “Yaşıl inkişaf “ layihəsini nəzərdən keçirir

18:31
21 Aprel

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib  

18:30
21 Aprel

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb

18:29
21 Aprel

Bahar Muradova: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür  

18:28
21 Aprel

Qazaxıstanlı ekspert: Azərbaycan Orta Dəhlizdə ən məsuliyyətli mövqedə yerləşir  

18:27
21 Aprel

Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur  

18:26
21 Aprel

Böyük Britaniyada elektrik qiymətlərini sabitləşdirmək üçün yeni plan hazırlanıb

18:24
21 Aprel

Türkiyə atom energetikasının astanasında

18:23
21 Aprel

İspaniya ilə iqtisadi tərəfdaşlıq genişləndirilir

18:21
21 Aprel

Naxçıvanda gənclərin “Hədəf-2026” təlimi reallaşıb 

18:20
21 Aprel

Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib

18:18
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!