21 Aprel 2026 20:01
200
CƏMİYYƏT
A- A+
Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  

Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  


Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin sədrliyi ilə 2026-cı ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə Naxçıvan Muxtar Respublikasının Baş naziri 2026-cı ilin birinci rübündə muxtar respublikada həyata keçirilən islahatların ümumilikdə müsbət nəticələr verdiyini bildirib.

Qeyd olunub ki, hesabat dövründə ümumi daxili məhsul 383,6 milyon manat təşkil edib, real artım 4 faiz olub. Həmçinin əsas kapitala yönəldilən investisiyalar 29,2 faiz, sənaye məhsulu istehsalı 13,4 faiz, ixrac isə 38,5 faiz artıb. Diqqətə çatdırılıb ki, 2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 104,5 milyon manat olmaqla, proqnoza 93,6 faiz əməl olunub. Büdcə xərcləri üzrə isə 110,9 milyon manatlıq ilkin plana qarşı 98,9 milyon manat icra olunub və icra səviyyəsi 89,2 faiz təşkil edib.

Büdcə daxilolmalarında artımın müşahidə olunduğunu qeyd edən Cabbar Musayev cari ilin birinci rübündə muxtar respublikada iqtisadi aktivliyin, fiskal intizamın və sosial sabitliyin qorunub saxlanıldığını bildirib.

Əmək bazarında müşahidə olunan çağırışların qarşıdakı mərhələdə daha çevik, düşünülmüş və nəticəyönümlü qərarların qəbulunu zəruri etdiyini deyən Baş nazir ikinci rübdə və ümumilikdə növbəti dövrdə hökumətin fəaliyyətinin əsas istiqamətlər üzrə ardıcıl, sistemli və məqsədyönlü şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra müşavirənin gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovun, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevin və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadənin məruzələri dinlənilib.

Təqdim olunan məruzələr ətrafında müzakirələr aparılıb, aidiyyəti qurumlara qarşıdakı dövr üçün müvafiq tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada neft qiymətlərində azalma müşahidə olunub

21:14
21 Aprel

Avstraliyada qaz vergisi ilə bağlı müzakirələr genişlənir

21:01
21 Aprel

“PlayStation”da yaş məhdudiyyəti

20:52
21 Aprel

Xarici işlər nazirləri ABŞ və İran arasındakı danışıqları müzakirə ediblər

20:43
21 Aprel

“Titanik”in yadigarı xilasedici jilet rekord qiymətə satılıb

20:31
21 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib

20:24
21 Aprel

Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  

20:01
21 Aprel

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

19:49
21 Aprel

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olunub  

19:28
21 Aprel

Roma Papası: Bəşəriyyətin gələcəyi təhlükə altındadır

19:18
21 Aprel

İrlandiya parlamentariləri Azərbaycanın demokratik inkişafı barədə məlumatlandırılıb  

19:12
21 Aprel

Yaponiyada 7.4 bal gücündə zəlzələ baş verib

18:58
21 Aprel

Yaponiya silah ixracı qaydalarını yumşaldıb  

18:42
21 Aprel

Gürcüstanın yeni daxili işlər naziri təyin edilib

18:41
21 Aprel

Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb

18:31
21 Aprel

Asiya İnkişaf Bankı Azərbaycanda ticarət və “Yaşıl inkişaf “ layihəsini nəzərdən keçirir

18:31
21 Aprel

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib  

18:30
21 Aprel

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb

18:29
21 Aprel

Bahar Muradova: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür  

18:28
21 Aprel

Qazaxıstanlı ekspert: Azərbaycan Orta Dəhlizdə ən məsuliyyətli mövqedə yerləşir  

18:27
21 Aprel

Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur  

18:26
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!