26 İyun 2025 03:32
1427
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "İcra haqqında" və"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 3 iyun tarixli 209-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

"Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "İcra haqqında" və"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 3 iyun tarixli 209-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "İcra haqqında" və"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasınınqanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci  il 3 iyun tarixli 209-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 177 (Cild I) 2-ci hissəsinin üçüncü abzasından "37-ci maddəsinin birinci hissəsində," sözləri çıxarılsın.

2. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, 

№ 9, maddə 847 (Cild I); 2024, № 8, maddə 938; 2025, № 3, maddə 223) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bənddən "102.7-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 103.2-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda)," sözləri çıxarılsın;

2.2. 4.7-1-ci bəndin birinci abzasından ",102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda)" sözləri çıxarılsın;

2.3. 4.7-2-ci bənddən ",102.7-ci maddəsinin birinci cümləsində (ikinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (ikinci halda)" sözləri çıxarılsın;

2.4. 4.7-3-cü bənddən ", 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda)" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389 (Cild I) ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 2.20-ci bəndinin ikinci cümləsindən ", habelə tikintisinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin icazə verdiyi tikinti obyektlərinə" sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 

(I kitab), maddə 2617 (Cild I); 2024, № 6 (I kitab), maddə 654; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 2 iyun tarixli 402 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənddən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin və" sözləri çıxarılsın;

4.2. 3-cü hissə üzrə:

4.2.1. 3.4-cü bəndin beşinci cümləsinə ikinci halda "hakimiyyəti" sözündən sonra "orqanları" sözü əlavə edilsin;

4.2.2. 3.10-cu bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin: 

"Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanları verdikdə icazənin verildiyi andan dərhal tikintiyə icazədə nəzərdə tutulmuş məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir.";

4.3. 6.7-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"İstismara icazəni yerli icra hakimiyyəti orqanları verdikdə icazənin verildiyi andan dərhal bu məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir.".


İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 25 iyun 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır

08:05
02 May

Azərbaycan idman sahəsində də qalib ölkədir

08:00
02 May

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!