12 İyul 2025 03:10
1377
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:


1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Qeyd" hissəsinin birinci cümləsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 70-ci maddəsinin "Qeyd" hissəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərə münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.3. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin üçüncü hissəsində, 49-1-ci maddəsinin üçüncü, dördüncü hissələrində, beşinci hissəsinin birinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində və doqquzuncu hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 49-1-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində və altıncı hissəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.5. həmin Qanunun 46-cı maddəsinin üçüncü hissəsində, 49-1-ci maddəsinin üçüncü, dördüncü və doqquzuncu hissələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin beşinci hissəsinin birinci cümləsinə, altıncı hissəsinin ikinci cümləsinə və on üçüncü hissəsinə uyğun olaraq, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydasını, o cümlədən sınaq imtahanında iştirak haqqının məbləğini və davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, davamlı peşəkar inkişaf üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydasını və davamlı peşəkar inkişaf fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədləri və hesablanmasına dair tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 

4. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498 (Cild I); 2024, № 1, maddə 28, № 6 (I kitab), maddə 646) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 

4.1. ikinci abzasa "46-cı maddəsinin" sözlərindən sonra "üçüncü hissəsində və" sözləri, "56-cı" sözlərindən əvvəl "49-1-ci maddəsinin üçüncü, dördüncü hissələrində, beşinci hissəsinin birinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində və doqquzuncu hissəsində," sözləri əlavə edilsin;

4.2. üçüncü abzasa "hissələrində" sözündən sonra ", 49-1-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində və altıncı hissəsinin ikinci cümləsində" sözləri əlavə edilsin;

4.3. dördüncü abzasda "beşinci və doqquzuncu hissələrində" sözləri "on üçüncü hissəsində" sözləri ilə əvəz edilsin;

4.4. beşinci abzasdan "49-1-ci maddəsinin ikinci hissəsində," sözləri çıxarılsın;

4.5. onuncu abzasda birinci halda "və" sözü vergül işarəsi ilə əvəz olunsun və həmin abzasa "hissələrində" sözündən sonra ", 46-cı maddəsinin üçüncü hissəsində, 49-1-ci maddəsinin üçüncü, dördüncü və doqquzuncu hissələrində" sözləri əlavə edilsin.

5. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 943; 2025, № 2, maddə 124) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. ikinci abzasa "74-cü" sözlərindən əvvəl "70-ci maddəsinin "Qeyd" hissəsinin birinci cümləsində," sözləri əlavə edilsin;

5.2. on dördüncü abzasda "nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini" sözləri "orqan (qurum)" dedikdə" sözləri ilə, "həyata keçirir" sözləri "nəzərdə tutulur" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 647, № 12 (II kitab), maddə 1369; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 may tarixli 396 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.13-2-ci yarımbəndində "həkimlərin, əczaçıların və orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin)" sözləri "praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin" sözləri ilə əvəz edilsin.


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 iyul 2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!