26 İyun 2026 08:30
401
CƏMİYYƏT
A- A+
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Səhiyyə Nazirliyinın birgə tərəfdaşlığı ilə "Sağlam gələcək" sosial layihəsinə start verilib.

Qadınların reproduktiv sağlamlığının qorunmasına dəstək verilməsini, profilaktik müayinələrin əhəmiyyəti barədə məlumatlılığın artırılmasını və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutan layihə çərçivəsində AHİK-in və üzv təşkilatın - Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə "Qadın sağlamlığı və reproduktiv rifah" mövzusunda ilk tədbir təşkil olunub. Dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, səhiyyə sahəsi üzrə ekspertlər, AHİK-in və üzv təşkilatlarının əməkdaşlarının iştirak etdikləri tədbiri giriş sözü ilə açan AHİK sədrinin müavini Musa Mirzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin həyat keyfiyyətinin yüksəldilməsi və sağlam ailə modelinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan sosial-humanitar layihələrin ana və uşaq sağlamlığının qorunmasına, insan kapitalının inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Qeyd olunub ki, sağlam həyat tərzinin təşviqi AHİK-in fəaliyyətinin prioritet istiqamətlərindən biridir. "Sağlam gələcək" layihəsi də məhz bu fəaliyyətin tərkib hissəsi olmaqla qadınların sağlamlığına təsir göstərən risk amilləri barədə məlumatlılığın artırılmasına, profilaktik tibbi müayinələrin təşviqinə və xəstəliklərin erkən aşkarlanmasına xidmət edir.

Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Səbinə Babazadə çıxış edərək qadın sağlamlığının qorunmasının cəmiyyətin davamlı inkişafı, sağlam ailə institutunun möhkəmləndirilməsi və demoqrafik sabitliyin təmin olunması baxımından əhəmiyyətini diqqətə çatdırıblar.

Sonra tibbi ekspertlər və mütəxəssislər tərəfindən "Süd vəzi sağlamlığı: hər bir qadının bilməli olduğu vacib məqamlar", "Qadın sağlamlığının qorunması: reproduktiv orqanlarda olan patologiyaların profilaktikası və erkən diaqnostikası", "Stresin reproduktiv sağlamlığa təsiri", "Reproduktiv sağlamlıq: seçim, həyat və demoqrafik davamlılıq" mövzularında maarifləndirici təqdimatlar keçirilib.

Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


N.ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!