26 İyun 2026 03:28
295
Fərmanlar
A- A+
Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında

Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra - Agentlik) yaradılsın.

2. Aşağıdakı büdcə təşkilatları yaradılsın:

2.1.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinintabeliyində Kino Agentliyi;

2.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi;

2.3."Azərbaycan Elm Fondu" publik hüquqi şəxsin əsasında Azərbaycan Elm Fondu;

2.4. "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi;

2.5."Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)" publik hüquqi şəxsin əsasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC);

2.6. "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin əsasında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi;

2.7."Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin tabeliyində "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsin əsasında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində Hüquq və İnsan Haqları İnstitutu.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakı publik hüquqi şəxslərin məhdud məsuliyyətli cəmiyyətlərə çevrilmə yolu ilə yenidən təşkilini iki ay müddətində təmin etsin:

3.1. "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs;

3.2. "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs;

3.3. "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs;

3.4. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs;

3.5. "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs.

4. Bu Fərmanın 3-cü hissəsi ilə yaradılması nəzərdə tutulan məhdud məsuliyyətli cəmiyyətlərin (bundan sonra - Cəmiyyətlər) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Cəmiyyətlərin Müşahidə Şurasının yaradılması;

4.1.2. Cəmiyyətlərin Müşahidə Şurasının sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.2.  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

4.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Cəmiyyətlərin yenidən təşkili və ləğvi;

4.3. Müşahidə Şurasına:

4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətlərin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Müəyyən edilsin ki:

5.1. Agentlik dövlət ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısa müddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən mərkəzi icra hakimiyyəti orqanıdır;

5.2. Cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

5.3. Cəmiyyətlərin nizamnamə kapitalı aidiyyəti üzrə bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;

5.4. Cəmiyyətlərin strukturu, ştat vahidləri və əməkhaqqı sistemləri, bu Fərmanın 6.3-cü və 9.2-ci bəndləri nəzərə alınmaqla, Cəmiyyətlərin Müşahidə Şurası tərəfindən müəyyən edilir;

5.5.bu Fərmanın 1 - 3-cü hissələrində, habelə 6.1.2-ci yarımbəndində nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan yeni qurumlarakeçir;

5.6. bu Fərmanın 1-ci və 2-ci hissələrinə, habelə 6.1.2-ci yarımbəndinə əsasən yaradılan yeni qurumların əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edilənədək həmin hissələrdə və yarımbənddə nəzərdə tutulan qurumlar fəaliyyətini davam etdirirlər;

5.7. Cəmiyyətlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirirlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. üç ay müddətində:

6.1.1. aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

6.1.1.1. bu Fərmanın 1 - 3-cü hissələri, habelə 6.1.2-ci yarımbəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;

6.1.1.2. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, Agentliyin əsasnaməsinin layihəsi, habelə strukturu və işçilərinin say həddi;

6.1.2. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" publik hüquqi şəxsin strukturuna daxil olan "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi"nin və Marionet Teatrının əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin və Marionet Teatrının yaradılmasını təmin etsin;

6.1.3. bu Fərmanın 1-ci və 2-ci hissələrində, habelə 6.1.2-ci yarımbəndində nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi və onların maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;

6.1.4. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsinəvə 6.1.2-ci yarımbəndinə əsasən yaradılan yeni qurumların əsasnamələrinin (nizamnamələrinin) təsdiq edilməsi, strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı tədbirlər görsün;

6.2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Agentliyin işçilərinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görsün;

6.3. işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunu və ştat vahidlərini (xidmət olunan inzibati ərazi vahidlərinin sayı əsasında komplektləşdirməklə) bir ay müddətində təsdiq etsin;

6.4.bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7.  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 

7.1. Cəmiyyətlərin dövlət qeydiyyatına alınması üçün onların nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

7.2. Cəmiyyətlər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərinəmlakının aidiyyəti üzrə Cəmiyyətlərin balansına verilməsi üçün müvafiq tədbirlər görsün;

7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

8. "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs:

8.1. iki ay müddətində tabeliyində məhdud məsuliyyətli cəmiyyətin yaradılmasını və Şuşa şəhəri, eləcə də Şuşa rayonu ərazisində tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, habelə həmin ərazidə abadlaşdırma, yaşıllaşdırma, işıqlandırma və mənzil-kommunal təsərrüfatı sahələrində funksiyalarının həmin cəmiyyət vasitəsilə həyata keçirilməsini təmin etsin;

8.2. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, mövcud strukturunun optimallaşdırılması, habelə bu Fərmanın 8.1-ci bəndində nəzərdə tutulan cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin müəyyən edilməsi ilə bağlı nizamnaməsinə uyğun olaraq tədbirlər görsün;

8.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

9.1. bu Fərmana əsasən yaradılan yeni qurumlarınfəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etsin;

9.2. "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmana əsasən yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 iyun 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!