17 Yanvar 2026 02:02
1416
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyələrin statusu haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yaşayış minimumu haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyələrin statusu haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yaşayış minimumu haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq,"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyələrin statusu haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yaşayış minimumu haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1.  Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin birinci hissəsinin "ö" bəndində, 36-cı maddəsinin 1-ci hissəsinin "a" bəndində və 2-ci hissəsində, 41-1-ci maddəsində, 50-ci maddəsinin 4-cü hissəsində, 74-cü maddəsinin "Qeyd" hissəsinin beşinci cümləsində, 122-ci maddəsinin 4-cü hissəsində, 179-cu maddəsinin 2-ci hissəsinin "g" bəndində və 186-cı maddəsinin 4-cü hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 14-cü maddəsinin 3-cü hissəsinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

1.3. həmin Məcəllənin 9-cu maddəsinin birinci hissəsinin "ö" bəndində, 36-cı maddəsinin 1-ci hissəsinin "a" bəndində və 41-1-ci maddəsində"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 36-cı maddəsinin 2-ci hissəsində "orqan (qurum)" dedikdə baş kollektiv sazişə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, sahə kollektiv sazişinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, ərazi kollektiv sazişinə münasibətdə yerli icra hakimiyyətləri nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 50-ci maddəsinin 4-cü hissəsində və 74-cü maddəsinin "Qeyd" hissəsinin beşinci cümləsində"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 122-ci maddəsinin 4-cü hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 179-cu maddəsinin 2-ci hissəsinin "g" bəndində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;

1.8. həmin Məcəllənin 186-cı maddəsinin 4-cü hissəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyələrin statusu haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yaşayış minimumu haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231(CildI); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 943; 2025, № 2, maddə 124, № 7, maddə 641) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasa "2-1-ci hissəsində," sözlərindən sonra "9-cu maddəsinin birinci hissəsinin "ö" bəndində, 36-cı maddəsinin 1 hissəsinin "a" bəndində və 2-ci hissəsində, 41-1-ci maddəsində," sözləri, "2-ci hissəsində," (birinci halda) sözlərindən sonra "50-ci maddəsinin 4-cü hissəsində," sözləri, "2-ci hissəsində" (ikinci halda) sözlərindən sonra "122-ci maddəsinin 4-cü hissəsində," sözləri,"6-cı hissəsində," sözlərindən sonra "179-cu maddəsinin 2-ci hissəsinin "g" bəndində, 186-cı maddəsinin 4-cü hissəsinin birinci cümləsində," sözləri əlavə edilsin;

3.2. dördüncü abzasdan "36-cı maddəsinin birinci hissəsinin "a" bəndində," və "50-ci maddəsinin dördüncü hissəsində," sözləri çıxarılsın;

3.3. beşinci abzasa "Məcəllənin" sözündən sonra "9-cu maddəsinin birinci hissəsinin "ö" bəndində, 36-cı maddəsinin 1-ci hissəsinin "a" bəndində, 41-1-ci maddəsində və" sözləri əlavə edilsin;

3.4. altıncı abzasda "üçüncü hissəsində" sözləri "3-cü hissəsinin birinci abzasının birinci və ikinci cümlələrində" sözləri ilə əvəz edilsin;

3.5. on ikinci abzasdan "186-cı maddəsinin dördüncü hissəsində,"sözləri çıxarılsın;

3.6. on altıncı abzasda "Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri" sözləri "mərkəzi icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin;

3.7. iyirmi beşinci abzasa "8-1-ci hissəsində," sözlərindən sonra "50-ci maddəsinin 4-cü hissəsində," sözləri əlavə edilsin; 

3.8. iyirmi altıncı abzasdan "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində" sözləri çıxarılsın;

3.9. iyirmi yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda iyirmi səkkizinci - otuz birinci abzaslar əlavə edilsin:

"həmin Məcəllənin 36-cı maddəsinin 2-ci hissəsində "orqan (qurum)" dedikdə baş kollektiv sazişə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, sahə kollektiv sazişinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, ərazi kollektiv sazişinə münasibətdə yerli icra hakimiyyətləri nəzərdə tutulur;

həmin Məcəllənin 122-ci maddəsinin 4-cü hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;

həmin Məcəllənin 179-cu maddəsinin 2-ci hissəsinin "g" bəndində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;

həmin Məcəllənin 186-cı maddəsinin 4-cü hissəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər nəzərdə tutulur.".

4. "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 sentyabr tarixli 461 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 739 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. adında, preambulada və 1-ci hissənin birinci abzasında "müəssisə, idarə və təşkilatlarda" sözləri "iş yerlərində" sözləri ilə əvəz edilsin;

4.2. 2-ci hissədən"müəssisə, idarə və" sözləri çıxarılsın və həmin hissədə "başqa müəssisə, idarə və təşkilatlarda" sözləri "digər iş yerlərində" sözləri ilə, "onların öz" sözləri "müəssisələrin və ya fiziki şəxs olan işəgötürənlərin" sözləri ilə əvəz edilsin.

5. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90 (Cild I); 2024, № 3, maddə 254, № 5 (I kitab), maddə 529, № 8, maddə 943, № 12 (II kitab), maddə 1369) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin 3-cü hissəsi üzrə:

5.1.1.  3.1.4-cü yarımbənddə "müəssisələrdə" sözü "iş yerlərində" sözləri ilə, "işin və ya istehsal vasitələrinin istismarının" sözləri "fiziki şəxs olan işəgötürənlərin, müəssisələrin və (və ya) onların struktur bölmələrinin, avadanlıq və qurğuların işinin" sözləri ilə əvəz edilsin;

5.1.2. 3.1.17-ci yarımbənddə "mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların işçiləri" sözləri "iş yerlərində işçilər" sözləri ilə əvəz edilsin;

 5.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə" üzrə:

5.2.1. 3-cü hissə üzrə:

5.2.1.1. 3.1.9-cu yarımbənddə "müəssisələrdə" sözü "iş yerlərində" sözləri ilə,  "işi və ya istehsal vasitələrinin istismarını" sözləri "fiziki şəxs olan işəgötürənlərin, müəssisələrin və (və ya) onların struktur bölmələrinin, avadanlıq və qurğuların işini" sözləri ilə əvəz edilsin;

5.2.1.2. 3.1.11-ci yarımbənddə "müəssisə və təşkilatlarda" sözləri "iş yerlərində" sözləri ilə əvəz edilsin;

5.2.2. 4-cü hissə üzrə:

5.2.2.1. 4.1.7-ci yarımbənddə "müəssisə və təşkilatlarda" sözləri "iş yerlərində" sözləri ilə əvəz edilsin;

5.2.2.2. 4.1.8-ci yarımbənddə "müəssisələrdə" sözü "iş yerlərində" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529; 2025, № 5, maddə 459, № 8, maddə 763, № 11, maddə 1037; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.8.1-ci yarımbəndində "müəssisələrdə" sözü "iş yerlərində" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 8, maddə 943, № 9, maddə 1000, № 12 (II kitab), maddə 1383; 2025, № 3, maddə 226, № 11, maddə 1022) ilə təsdiq edilmiş "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı"nın 1.3-cü bəndində "müəssisə və təşkilatlarda" sözləri "iş yerlərində" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 yanvar 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!