08 Mart 2026 13:23
1040
SİYASƏT
A- A+
Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dayağı, dövlətçilik ənənələrinin qoruyucusu və cəmiyyətimizin inkişafına töhfə verən aparıcı qüvvələrdən biri olmuşdur. Tarixin müxtəlif mərhələlərində Azərbaycan qadınları həm Vətənimizin müdafiəsində, həm də dövlət quruculuğu və ictimai-siyasi həyatda böyük fədakarlıq və vətənpərvərlik nümunələri nümayiş etdirmişlər. Qədim xalq dastanımız olan “Kitabi-Dədə Qorqud”dan başlayaraq Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris kimi qəhrəman qadın obrazları Azərbaycan qadınının cəsarətinin və müdrikliyinin rəmzi kimi tariximizdə xüsusi yer tutur.

Azərbaycan qadınlarının hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlardan biri də Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınların bu hüququ qazanması onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının əsasını qoymuşdur.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət qadın siyasətinin möhkəm təməli qoyulmuşdur. Ulu Öndər qadınların cəmiyyət həyatında rolunun artırılmasına xüsusi diqqət yetirərək onların idarəetmədə və ictimai fəaliyyətin müxtəlif sahələrində geniş təmsil olunması üçün mühüm qərarlar qəbul etmişdir. Bu siyasət bu gün möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Dövlət başçısının rəhbərliyi ilə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində mühüm qanunlar və proqramlar qəbul edilmişdir.

 

Qadınların cəmiyyətdə rolunun gücləndirilməsi baxımından Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun rəhbərlik etdiyi humanitar və mədəni layihələr Azərbaycan qadınının nüfuzunun beynəlxalq miqyasda daha da artmasına mühüm töhfə verir.

 

Bu gün Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatında fəal iştirak edir, dövlət quruculuğu prosesində mühüm rol oynayırlar. Onlar parlamentdə, dövlət idarəetməsində, biznesdə, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə böyük uğurlar qazanaraq cəmiyyətimizin inkişafına töhfə verməyə davam edirlər. Statistik göstəricilər də bunu təsdiq edir. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən qadınlarımız əmək bazarında, sahibkarlıqda və yerli özünüidarəetmə orqanlarında getdikcə daha geniş təmsil olunurlar.

 Azərbaycan qadını tarixən ailə dəyərlərinin qoruyucusu, milli-mənəvi irsimizin daşıyıcısı olmaqla yanaşı, eyni zamanda fəal vətəndaş mövqeyi ilə dövlətimizin inkişafına xidmət edən güclü ictimai qüvvədir.

Əminliklə demək olar ki, Azərbaycan qadınları bundan sonra da dövlətimizin inkişafında, cəmiyyətimizin tərəqqisində və milli dəyərlərimizin qorunmasında fəal rol oynamağa davam edəcəklər.

 Bu əlamətdar gün münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində uğurlar arzulayıram.

 

Fatma YILDIRIM,

 Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!