Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar
Aprelin 5-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə Çexiya Respublikası Parlamenti Senatının sədri Milan Ştex və xanımı İvana Ştexova tərəfindən nahar verilmişdir.
Çexiya Parlamenti Senatının sədri Milan Ştex və xanımı İvana Ştexova Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Əvvəlcə xatirə şəkli çəkdirildi.
Sonra Senatın üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim olundu.
Daha sonra Azərbaycan Prezidentinin və xanımının şərəfinə nahar verildi.
Senatın sədri Milan Ştex çıxış edərək Azərbaycan ilə Çexiya arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının əhəmiyyətini vurğuladı. O, parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunaraq bildirdi ki, Azərbaycan ilə Çexiya arasında iqtisadi sahədə də əlaqələr uğurla inkişaf edir. Senatın sədri dedi ki, ölkəsi Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Çexiya regionda Azərbaycanın rolunu yüksək qiymətləndirir.
Prezident İlham Əliyev naharda çıxış etdi. Dövlətimizin başçısı iki il əvvəl "Şərq tərəfdaşlığı" Sammitində iştirak etmək üçün Praqada səfərdə olduğunu, bu dəfə isə bu ölkəyə dövlət səfərinə gəldiyini bildirdi.
Bu səfərin faktiki olaraq ikitərəfli münasibətlərimizin səviyyəsini təcəssüm etdirdiyini vurğulayan Azərbaycan Prezidenti dedi:
- Cənab sədr, Siz tamamilə doğru qeyd etdiniz ki, münasibətlərimiz son bir neçə ildə çox fəal və dinamik müstəviyə keçmişdir. Prezident Klausun keçən il Azərbaycana dövlət səfəri, mənim isə Çexiya Respublikasına dövlət səfərim bu əlaqələrin hər iki ölkə üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Biz bu günlər bu əlaqələrin necə dinamik inkişaf etdiyinin şahidiyik. Bizim, həmçinin cənab Sobotkanın Bakıya səfəri ilə bağlı xoş xatirələrimiz vardır.
Fürsətdən istifadə edərək mən Sizi, cənab sədr, Bakıya dəvət etmək istərdim. Biz çox fəal siyasi dialoq aparırıq və demək istərdim ki, ölkələrimiz arasındakı siyasi əlaqələr ən yüksək səviyyədədir.
Siz, həmçinin ölkələrimizin iqtisadi potensialını qeyd etdiniz. Bizim olduqca sürətli iqtisadi inkişafımızın və iqtisadi dövriyyəmizin artımına baxmayaraq, hər iki ölkənin mövcud potensialı hələ xarici ticarət dövriyyəmizdən daha artıqdır. Biz Çexiya şirkətlərini Azərbaycanda işləməyə çağırırıq. Onları tərəfdaşlarımız, sərmayədarlarımız və podratçılarımız olmağa dəvət edirik. Bu gün biz artıq əməkdaşlığımızın iqtisadi tərəfini müzakirə etdik. Əminəm ki, bu səfər qarşılıqlı faydalı iqtisadi əlaqələrin daha da inkişafına böyük təkan verəcəkdir.
Biz çox şadıq ki, Azərbaycan Çexiya Respublikası üçün Cənubi Qafqazda bir nömrəli iqtisadi tərəfdaşdır. Biz inanırıq ki, Çexiya Respublikası da Azərbaycan üçün iqtisadi və siyasi planlarımızı nəzərə alaraq mühüm əhəmiyyət kəsb edən ölkələrdən biridir. Mən, həmçinin şadam ki, enerji sahəsində də əməkdaşlıq olduqca uğurla inkişaf edir və bu sahəni daha da inkişaf etdirmək üçün potensial böyükdür.
Bu gün biz mədəniyyət, turizm və humanitar sahələri əhatə edən sənədlər imzaladıq. Bu, onu göstərir ki, həmin sahələr də diqqətdən kənarda qalmır. Buna görə də münasibətlərimiz, əlaqələrimiz olduqca geniş və ümidvericidir.
Bu gün burada - Senatda olmaqla mən hər iki ölkənin parlamentləri arasında təmasların nə dərəcə də əhəmiyyətli olduğunu qeyd edirəm. Azərbaycan parlamentinin keçmiş üzvü kimi deyə bilərəm ki, ölkələrimizin parlamentariləri arasındakı əlaqələr çox uğurludur və xatırlayıram ki, 10 il bundan əvvəl Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü seçildi və Çexiya Respublikası Parlamentinin üzvləri bizim ən böyük dəstəkçilərimiz olmuşdur.
Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakıda keçirilən Avronest Parlament Assambleyasının sessiyasının əhəmiyyətindən danışdı.
Nahardan sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Senatın Fəxri qonaqlar kitabını imzaladılar.
Dövlətimizin başçısına və xanımına Çexiya Senatının fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Senat şəhərin tarixi binalarından birində yerləşir. Bu bina memarlıq quruluşu ilə Praqaya xüsusi gözəllik verir.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!