15 Mart 2025 08:45
649
İQTİSADİYYAT
A- A+
Azərbaycan öz enerji sərvətlərinə məsuliyyətlə yanaşır

Azərbaycan öz enerji sərvətlərinə məsuliyyətlə yanaşır


Ölkəmizin enerji siyasəti XII Qlobal Bakı Forumunda da təqdir edilir


"Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumunun gedişində toxunulan məsələlərdən biri də enerji sahəsinə aid idi. Belə ki, ölkəmizin neft-qaz istehsalı və ixracında, "yaşıl enerji"yə keçiddə qazandığı nailiyyətlər, bu istiqamətdə müəyyən etdiyi hədəflər bir daha vurğulandı.

Məlum olduğu kimi, bu forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Dövlətimizin başçısı forumdakı çıxışında həmin mərkəzin üzvlərinin keçən il Azərbaycanda keçirilən COP29-da fəal iştirakından məmnun qaldığını və bunun sözügedən qlobal tədbirə böyük töhfə olduğunu diqqətə çatdırdı. Təxminən 200 ölkənin yekdil qərarı ilə ev sahibi seçildiyimizdən fərəhləndiyimizi bildirdi. Belə ki, bu bizə olan hörmətin, etimadın təzahürü, eləcə də "yaşıl keçid" üzrə fəaliyyətimizə verilən qiymət idi.

Azərbaycan faydalı qazıntılarla zəngin ölkə olsa da, gündəliyində bərpaolunan enerji də diqqət mərkəzindədir: "Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 qiqavatdır. 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6,5 qiqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, biz bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq. Bunun sayəsində biz nəinki neft və qazı, o cümlədən "yaşıl enerji"ni də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Onlar artıq imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır".

Hazırda həmin layihələr öz icrasının müxtəlif mərhələlərindədir. 2023-cü ilin oktyabrında "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verildi. "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası, Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyası tikilməkdədir. Prezident İlham Əliyevin "yaşıl enerji" zonası elan etdiyi işğaldan azad olunmuş ərazilərimizdə qısa zamanda onlarla su-elektrik stansiyası və yarımstansiyası inşa edilib, "yaşıl enerji" layihələri digər bölgələrimizə də addımlamaqdadır.

Azərbaycan öz enerji sərvətlərinə məsuliyyətlə yanaşan ölkədir. Odur ki, enerji təchizatı baxımından qıtlıqla üzləşmirik. Əksinə, bu gün Azərbaycan neçə-neçə ölkənın enerji təhlükəsizliyinə töhfə verir. 12 ölkə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya Azərbaycandan təbii qaz alır. Göründüyü kimi, onlardan 10-u Avropa ölkəsidir.

Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı adlandırıb. "Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna "yaşıl enerji" mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir", - deyə Prezidentimiz öz çıxışında bildirib. 

 Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol da çıxışında enerji təhlükəsizliyi və iqlim dəyişmələri məsələlərinə diqqət çəkib və Azərbaycanı Avropanın, eləcə də digər ölkələrin enerji böhranının həllində etibarlı tərəfdaş adlandıraraq deyib: "Bir çox ölkələr enerji böhranı zamanı bir daha anladılar ki, Azərbaycan etibarlı və etimadı doğuran tərəfdaşdır. Bu, bir daha sübuta yetirildi. Mən ümid edirəm ki, Azərbaycandan Avropaya qaz ixracı gələcəkdə artacaq. Mən, həmçinin ümid edirəm ki, Azərbaycanın "yaşıl dəhliz" gündəliyi - Qara dənizin dibi ilə Avropaya gedən elektrik enerji kabeli layihəsi uğurlu olacaqdır".

Beləliklə, "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"lə bağlı məsələlər daim diqqət mərkəzindədir. Xatırladaq ki, imzalandığı tarixdən - 2022-ci il dekabrın 17-dən bəri sazişin icrası məqsədilə Nazirlər/Rəhbər Komitənin 10 iclası keçirilib.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda enerji məsələləri barədə dediklərində bir mühüm məqam da diqqəti çəkir. "Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz", - deyə Prezidentimiz qlobal forumda, əslində, daha bir qlobal məsələyə toxunub. 

Azərbaycan həmişə yaxşı qonşu olub. Bundan isə həm özümüz bəhrələnmişik, həm də yaxşı qonşuluq etməyi bacaranlar. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!