26 Fevral 2026 09:10
403
İQTİSADİYYAT
A- A+
Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi

Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi


Azərbaycan bərpaolunan enerji mənbələrinə xüsusi önəm verir və bu istiqamətdə genişmiqyaslı işlər aparır. Bu isə deməyə əsas verir ki, ölkəmizin  gələcək inkişaf modelində bərpaolunan enerji mənbələrinin rolu böyük olacaq. Ona görə də indi əsas məqsəd həmin təbii imkanlarımızdan maksimum istifadə etməkdir.

Təbiət günəş işığından yurdumuza bolluca pay verib və insan zəkası indi bunu  elektrik enerjisinə çevirir. Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür. Dağlıq bölgələrimizin küləyi də elektrik enerjisi mənbəyidir. Artıq   beynəlxalq təşkilatlar bu potensialı dərindən təhlil edib və təsdiqləyib. Ölkəmiz  həmin imkanları dünya energetika aləminə təqdim edəndə  qarşı tərəfin  böyük marağını  gördü. Beləliklə, geniş əməkdaşlığa doğru ilk addımlar atıldı və indi artıq həmin əməkdaşlığın bəhrələri göz qabağındadır.

Azərbaycanda "yaşıl enerji" mənbələrinin texniki potensialı quruda 135, dənizdə isə 157 qiqavat təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan olunub. Bunun da əsası var. Çünki bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 qiqavat, Naxçıvanda isə 5 qiqavat həcmində qiymətləndirilir. 

İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən qeyd edək ki, Prezident İlham Əliyev cari il yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü" Su-Elektrik Stansiyasının açılışını etdi və beləliklə, Qarabağ və Şərqi Zəngəzurda bu cür enerji obyektlərinin sayı ümumilikdə 40-a çatdı. 

Bərpaolunan enerji sahəsində əsas investorumuz Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətidir. Ölkələrimizin birgə reallaşdırdığı "yaşıl enerji" layihələri xüsusi əhəmiyyət kəsb edir. Təkcə o faktı qeyd etmək kifayətdir ki, "Masdar" Bakıda Xəzər regionunun və MDB məkanının ən böyük günəş-elektrik stansiyasını tikib.

230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-da işə salınıb. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş  elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

"Masdar"la sıx əməkdaşlıq əlaqələri yaranıb və bir sıra yeni layihələr də gerçəkləşməkdədir. Məsələn, 2024-cü il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd əl-Cabir Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və "Abşeron-Qaradağ" Külək-Elektrik Stansiyasının təməlini qoymuşlar. İndi bu layihələr öz icrasının müxtəlif mərhələlərindədir.

Bu il yanvarın 8-də isə Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi.

Bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon  dollar xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin "Power China Group"un törəmə şirkəti olan "Power China Huadong Engineering Co., Ltd."dir.

Artıq Çin şirkətləri də Azərbaycanın  bərpaolunan enerji layihələrinə qoşulublar. Prezident İlham Əliyevin keçən  ilin aprel ayında Çin Xalq Respublikasına  dövlət səfəri çərçivəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən çoxsaylı sənədlər imzalanıb. Təkcə "yaşıl enerji"yə aid  imzalanan sənədlərin sayı 6 idi. O cümlədən Energetika Nazirliyi, "Power China Resources Limited" və "SOCAR Green" arasında 160 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış İcra müqaviləsi mübadilə edilib. Stansiyanın 2028-ci ildə istismara verilməsi planlaşdırılır və  obyektdə illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir.  

Ölkəmizdə ən böyük günəş-elektrik stansiyasını isə  30 idən çoxdur qlobal neft, qaz və ixrac layihələrinin  əməliyyatçısı olan BP şirkəti tikir.  Bu, 240 meqavat gücündə olan "Şəfəq" Günəş- Elektrik Stansiyasıdır. Şəfəq" layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək. "Şəfəq"in bir özəlliyi də ondadır ki, o, işğaldan azad edilmiş Cəbrayıl rayonunda tikilir.

Bu il yanvarın 5-də yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bütün bunların, sadəcə, başlanğıc olduğunu demişdir. Çin və Türkiyə şirkətlərinin də bu sahəyə maraq göstərdiyini, həmçınin yerli şirkətlərin qoşulduğunu bildirmişdir: "Günəş və külək-elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda. Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna "Energy Grid" deyirlər. Bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

01:59
28 Fevral

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

01:57
28 Fevral

Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında

01:55
28 Fevral

C.R.Hüseynovun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

01:54
28 Fevral

C.R.Hüseynovun Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:52
28 Fevral

K.V.Məmmədzadənin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

01:51
28 Fevral

E.E.Məmmədovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

01:49
28 Fevral

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!