Azərbaycan Fransanın neoimperial siyasətini iflasa uğradır
"Fransanın ölkəmizdəki səfirini geri çağırması regionda yeni gərginlik yaratmaq və Azərbaycanı qeyri-sabit ölkə kimi təqdim etmək niyyəti güdür. Azərbaycanın 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror tədbirlərində qazandığı parlaq qələbələri həzm edə bilməyən Fransanın ölkəmizə qarşı qərəzli və ədalətsiz münasibəti ortadadır. Əslində, Yeni Kaledoniya adasını və digər bir sıra regionu öz müstəmləkəsinə çevirərək yerli xalqlara qarşı imperialist siyasət yürüdən Fransanın işğalçı Ermənistanı dəstəkləməsi təəccüblü deyil".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat bildirib ki, Fransa öz maraqlarını təmin etmək üçün Ermənistandan sui-istifadə edir: "Bu ölkə bir çox çirkin niyyətini həyata keçirməkdən ötrü Azərbaycanla bağlı təxribatçı addımlar atır və absurd davranış sərgiləyir. Azərbaycanın Fransanın hədələri ilə geri çəkiləcəyini düşünərək, belə demək mümkündürsə, sadəlövhlük nümayiş etdirir. Bir daha aydın olur ki, bu ölkə Azərbaycanla bağlı siyasətində İran fundamentalistləri ilə birlikdə çıxış edir. Bu iki ölkə zehniyyətcə eyni davranışı sərgiləyirlər. Azərbaycanın hədəflərinə doğru qətiyyətlə addımladığını görüb bunu həzm edə bilməyən Fransa və İran Ermənistanın əsas dəstəkçiləridirlər".
Fazil Mustafa söyləyib ki, tarix boyu beynəlxalq hüququn norma və prinsiplərini pozmaqdan çəkinməyən Fransa bu gün də öz "ənənə"sinə sadiqdir: "İstər Yeni Kaledoniya xalqının müqəddəratının təyin edilməsi, istərsə də Azərbaycan-Ermənistan münasibətləri məsələlərində hüquq normalarını gözləmir. Bu ölkə Yeni Kaledoniya xalqının müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilədən çəkinmir. Azərbaycana qarşı münasibətdə isə yalan və iftira danışır, işğalçını silahlandırmaqla və revanşistləri qızışdırmaqla sülh prosesinə əngəl törədir".
Deputat vurğulayıb ki, məhz bu səbəblərə görə Azərbaycan tərəddüd etmədən ölkəmizə qarşı hazırlanan çirkin planların qarşısını almaq üçün daim sistemli və düşünülmüş addımlarını atacaq: "Heç bir təzyiq Azərbaycanı öz yolundan geri çəkilməyə sövq edə bilməz. Müxtəlif diplomatik-siyasi pərdələrlə imperialist mahiyyətini ört-basdır etməyə çalışan Fransanın casus xisləti davamlı olaraq ifşa ediləcək. Rəsmi Parisə digər regionlarda həyata keçirdiyi müstəmləkə siyasətini Cənubi Qafqazda reallaşdırmasına imkan verilməyəcək".
Fazil Mustafa yekunda dövlətimizin zəfərə hesablanan təşəbbüslərinin parlaq nəticə verəcəyini qeyd edib. Müsahibimiz həmçinin Azərbaycanın neoimperial siyasətə qarşı nümayiş etdirdiyi əzmkarlığın Fransa və Ermənistana gec, ya tez mütləq dərs olacağını vurğulayıb.
N.QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib
03 May
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
03 May
MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq
03 May
Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb
03 May
Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
03 May
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
03 May
Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə...
03 May
Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda ...
03 May
MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət...
03 May
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!