Azərbaycan Ağsaqqallar Şurası Anım Günü ilə əlaqədar müraciət yayıb
Azərbaycan Ağsaqqallar Şurası 27 sentyabr - Anım Günü ilə əlaqədar müraciət yayıb.
AZƏRTAC müraciəti təqdim edir.
Bu gün Azərbaycanın Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı xalqımızın səbir kasasını daşdırdı. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan, işğal altında olan torpaqlarımızın danışıqlar yolu ilə qaytarılması prinsipinə sadiq olan Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev təcavüzə son qoymaq üçün əks-hücuma başlamaq barədə Orduya çoxdan gözlənilən əmri verdi. 44 gün davam edən bu müharibədə şanlı Ordumuz özünə “məğlubedilməz” imici yaratmağa cəhd göstərən, yeni ərazilər işğal etməkdə iddialı olan Ermənistan ordusuna sarsıdıcı, onilliklər boyu özünə gələ bilməyəcəyi ağır zərbələr vurdu, onun 6 mindən artıq canlı qüvvəsini, milyardlarla dollar dəyəri olan hərbi texnikasını məhv etdi. Ən başlıcası isə 30 ilə yaxın müddətdə erməni tapdağı altında olan ərazilərimizin çox böyük bir hissəsini işğaldan azad etdi, düşmən ölkə Ermənistanı təslim aktını imzalamağa məcbur etdi. Bu müharibənin gedişində dövlətimizin başçısı İlham Əliyev yalnız müdrik siyasi xadim, uzaqgörən dövlət rəhbəri deyil, həm də hərb işini gözəl bilən müzəffər Sərkərdə olduğunu göstərdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar dünya hərb tarixində çox böyük yeniliklər kimi yadda qaldı və hazırda bir çox dünya ölkələri bu təcrübədən örnək kimi istifadə etməyə cəhd göstərirlər.
Qırx dörd günlük Vətən müharibəsi bütün Azərbaycan xalqının ölkəmizin müdrik rəhbəri İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməsi, eləcə də qardaş Türkiyənin əvəzsiz mənəvi dəstəyi sayəsində misli olmayan Zəfərlə başa çatdı.
Təəssüf ki, heç bir müharibə qurbansız başa gəlmir. Bu müharibədə Azərbaycanın 3 minə yaxın igid oğlu Qələbə naminə canını qurban verərək şəhidlik zirvəsinə yüksəldi, minlərlə hərbçimiz yaralandı. Dövlətimiz və xalqımız hərbçilərimizin bu şücaətini heç vaxt unutmur, şəhid ailələrinin və qazilərimizin problemlərinin həlli daim diqqət mərkəzindədir.
Azərbaycan Ağsaqqallar Şurası olaraq bu müqəddəs Anım Günündə şəhidlərimizə bir daha Allahdan rəhmət, yaxınlarına səbir diləyir, qazilərimizin tezliklə şəfa tapmasını arzulayırıq.
Xalqımız 44 gündən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti sayəsində düşmən üzərində əzmkar Qələbə qazanılaraq torpaqlarımızın işğaldan azad olunduğu Zəfər Gününü təntənə ilə qeyd edəcəkdir. Həmin gün ölkəmizin ərazi bütövlüyünün bərpası günü kimi xalqımızın yaddaşında daim ən əziz bayramlardan biri kimi qalacaqdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!