13 Yanvar 2025 19:38
489
DÜNYA
A- A+
Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır  

Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır  

Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin “Türk axını” qaz kəmərinin kompressor stansiyasına hücumu ilə bağlı xəbərlərdən narahatdır.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen bunu Brüsseldə keçirilən mətbuat konfransında deyib.

“Enerji infrastrukturuna hər hansı hücum narahatlıq doğurur. Bu barədə Ukrayna tərəfdən heç bir məlumat almamışıq. Biz enerji təhlükəsizliyi ilə bağlı vəziyyəti nəzarətdə saxlayırıq”, - deyə Anna-Kaysa İtkonen vurğulayıb.

Bir müddət öncə Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Avropaya qaz tədarükünü dayandırmaq üçün “Türk axını” boru kəmərinin Krasnodarda yerləşən “Russkaya” kompressor stansiyasına doqquz PUA ilə hücum etdiyini bildirib. Nazirliyin məlumatına görə, hücuma baxmayaraq, kompressor stansiyası normal fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Qara dənizdən keçən və Rusiyadan Türkiyəyə qaz tədarük edən “Türk axını” kəmərinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir. Kəmər Türkiyə ilə yanaşı, Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin edir. Boru kəməri hazırda Rusiya qazının Avropaya tədarükü üçün son aktiv marşrutdur.


Londonun ICE birjasının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin “Türk axını” kəmərinin kompressor stansiyasına hücumu ilə bağlı xəbərlər fonunda Avropada qazın qiyməti bir faiz bahalaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı  

12:57
20 Yanvar

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

12:56
20 Yanvar

Donald Tramp Emmanuel Makronu Fransa şərablarına 200 faizlik rüsumla hədələyib  

12:55
20 Yanvar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib  

12:51
20 Yanvar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib  

12:50
20 Yanvar

“TRT Haber”: Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini gücləndirdi  

12:46
20 Yanvar

Qazaxıstan Prezidenti: Aral dənizinin xilası bəşəriyyət üçün aktual məsələdir  

12:31
20 Yanvar

Müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib  

12:28
20 Yanvar

20 Yanvar şəhidlərinin əziz xatirəsi Berlində dərin ehtiramla yad olunub VİDEO  

12:21
20 Yanvar

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

12:16
20 Yanvar

Türkiyənin Almaniyadakı səfiri: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsidir

12:11
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib  

12:08
20 Yanvar

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

12:02
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!