23 Fevral 2026 15:57
369
CƏMİYYƏT
A- A+
“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb  

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb  


Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2025-ci il üzrə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinə dair illik hesabat təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin birinci hissəsində “ASAN xidmət indeksi” üzrə qiymətləndirilmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin yekunlarına dair qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti, hüquqi şəxslər və digər büdcə təşkilatları üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının müvafiq Qanununa və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2025-ci ildə də davam etdirilib.

Əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2025-ci ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icra hakimiyyəti orqanının 253 xidməti və 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə 511 xidmət qiymətləndirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən, 2025-ci ildə də Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən göstərilən dövlət xidmətlərinin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsi davam etdirilib. Qeyd olunan 511 xidmətin 103 xidməti məhz Naxçıvanın 26 dövlət orqanına aiddir.

“ASAN müraciət” informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılıb. Sərəncama əsasən, “ASAN müraciət” informasiya sistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edir.

Hazırda sistem 77 yerli icra hakimiyyəti orqanı daxil olmaqla, ümumilikdə 99 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) fəaliyyət göstərir. Bugünədək “ASAN müraciət” mobil tətbiqinin istifadəçi sayı 80 mini keçib və sistemə 17 mindən çox müraciət daxil olub.

2025-ci il “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yer Dövlət Miqrasiya Xidməti, 2-ci yer Dövlət Su Ehtiyatları Agentliyi, 3-cü yerdə isə Dövlət Gömrük Komitəsi qərarlaşıb. Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yerdə Pirallahı Rayon İcra Hakimiyyəti, 2-ci yerdə Binəqədi Rayon İcra Hakimiyyəti, 3-cü yerdə isə Yasamal Rayon İcra Hakimiyyəti olub. Hüquqi şəxslər və digər büdcə təşkilatları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yerdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, 2-ci yerdə “Azəriqaz” İstehsalat Birliyi, 3-cü yerdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir. “ASAN müraciət” informasiya sistemi üzrə 2025-ci ilin yekunlarına əsasən, seçilən qurumlar arasında 1-ci yerdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, 2-ci yerdə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti, 3-cü yerdə isə Gəncə Şəhər İcra Hakimiyyəti qərarlaşıb.

Tədbir çərçivəsində dövlət qurumlarının nümayəndələrinə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələrinin geniş, interaktiv şəkildə təqdimatı keçirilib və suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında

02:23
24 Fevral

Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

02:22
24 Fevral

"Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:22
24 Fevral

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

02:21
24 Fevral

"İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında

02:20
24 Fevral

"Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

02:19
24 Fevral

Azərbaycan Respublikasının Vergi Məcəlləsində,"Banklar haqqında" və "Gömrük tarifi haqqında"Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:16
24 Fevral

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:15
24 Fevral

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:14
24 Fevral

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:12
24 Fevral

AQTA: Bakı-Abşeron və Sumqayıtda quş cəsədləri nümunələrində xüsusi xəstəlik aşkarlanmayıb  

18:52
23 Fevral

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib  

18:50
23 Fevral

Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətləri müzakirə olunub

18:48
23 Fevral

Şirvanda vətəndaşların Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

18:47
23 Fevral

Milli Məclisin deputatları və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər  

16:54
23 Fevral

Azərbaycanın və Qambiyanın xarici işlər nazirləri siyasi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər  

16:53
23 Fevral

Media: Avropa İttifaqı ABŞ ilə ticarət sazişini müvəqqəti dayandırmaq istəyir  

16:51
23 Fevral

Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan Trans-Xəzər boru kəməri layihəsini dəstəkləyir  

16:50
23 Fevral

Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib  

16:47
23 Fevral

Almaniya 2022-ci ildən bəri Ukraynaya 94 milyard avro yardım göstərib

16:45
23 Fevral

Amsterdamın mərkəzində “Xocalıya ədalət!” çağırışı

16:44
23 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!