10 Aprel 2024 09:50
2693
Oxucu məktubları
A- A+

Aran qəsəbəsinin yolu təmir olunacaq

 

Yevlax rayonunun Aran qəsəbəsində keçirilən səyyar qəbullar zamanı vətəndaşların qəsəbə yolunun təmir olunmasında köməklik göstərilməsi barədə xahişləri əsasında tərəfimizdən aidiyyəti qurumlara müraciət olunmuşdur. 
Müraciətimizə cavab olaraq Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 302-ci kilometrindən ayrılan Yevlax rayonu Aran qəsəbə yolunun 10,8 kilometrlik əsas hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2024-2028-ci illərdə dövlət investisiya xərcləri hesabına təmir olunacaq avtomobil yollarının siyahısına daxil edildiyi bildirilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, avtomobil yollarının təmiri aidiyyəti qurum tərəfindən mərhələli şəkildə və növbəlilik əsasında həyata keçirilir.    

Elnarə ƏZİZOVA,
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video