23 Yanvar 2026 09:10
391
İQTİSADİYYAT
A- A+
Aqrar Sığorta Fondu şaxtavurmaya görə 915 min manat zərər ödənişləri edib

Aqrar Sığorta Fondu şaxtavurmaya görə 915 min manat zərər ödənişləri edib


Son günlər ölkənin müxtəlif ərazilərində müşahidə edilən qeyri-sabit hava şəraiti - qar yağıntısı, şaxtavurma və donvurma halları digər sahələrlə yanaşı, kənd təsərrüfatına da təsir edir.

Aqrar Sığorta Fondu müşahidə olunan qeyri-sabit hava şəraitində fermerləri öz əkin sahələrini, xüsusilə də meyvə bağlarını şaxtadan və qar yağmasından sığortalamağa çağırır. Eyni zamanda fond əkinlərini sığortalamış fermerləri öz bağlarındakı vəziyyəti izləməyə və hadisə baş verdikdə fonda vaxtında müraciət etməyə dəvət edir.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən şaxtavurma (donvurma) və normadan artıq qar yağması riskindən də sığortalayır.

Bu hadisələr nəticəsində əkin sahəsinə dəymiş zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır. Artıq şaxtavurma riski üzrə fermerlərə ödənişlər də başlayıb və sürətlə artmaqdadır. Belə ki, İndiyədək Aqrar Sığorta fondu tərəfindən şaxtavurma   hadisələri üzrə 915 min manat sığorta ödənişi həyata keçirilib. Aqrar sığorta ödənişləri badam, şaftalı, nektarin, limon, naringi, portağal, ərik, gavalı, gilas meyvələri üzrə həyata keçirilib.

Şaxtavurma riskindən sığortaya böyük maraq səbəbindən sığorta ödənişləri də hər il sürətlə artmaqdadır. 2023-cü ildə şaxtavurma (donvurma) riski üzrə cəmi 5 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişləri 130 min manata, 2025-ci ildə isə 780 min manata yüksəlib. 

Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 41 bitki növü və bitkiçilik məhsullarını, eləcə də heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir.

Aqrar Sığorta Fondu meyvə bağlarını və məhsulu dolu, fırtına-qasırğa, sel və subasma, normadan artıq qar yağıntaları, doludan keyfiyyət itkisi, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən sığorta edir. Sığorta haqqının 50 faizini  isə fermerin yerinə dövlət ödəyir.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azəralüminium”un ixrac gəlirləri 47 faizdən çox artıb

11:43
04 Mart

Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq

11:39
04 Mart

İrandan təxliyə - Azyaşlı üzvləri olan ailə Azərbaycana gətirilib 

11:34
04 Mart

Cənub Qaz Dəhlizi sabitlik və enerji təhlükəsizliyi platformasıdır  

11:21
04 Mart

Beynəlxalq axtarışda olan daha iki təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

11:12
04 Mart

Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  

11:07
04 Mart

Yaxın Şərq: Genişmiqyaslı köçkünlük və təchizat zəncirinin qırılması

11:01
04 Mart

Neft qiymətləri 2020-ci ildən bəri ən kəskin şəkildə bahalaşır

10:52
04 Mart

Ötən gün narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib

10:31
04 Mart

Dünya bazarında qızıl 46 dollardan çox bahalaşıb 

10:26
04 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:21
04 Mart

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

10:13
04 Mart

Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar açıq elan olunub

10:07
04 Mart

Macarıstan iqtisadiyyatı enerji şokunun təzyiqi altında  

09:57
04 Mart

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!