18 Aprel 2024 20:00
227
İQTİSADİYYAT
A- A+

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

 

Aprelin 18-də Ankara şəhərində Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində aqrar sahədə əməkdaşlıq üçün perspektiv istiqamətlər müəyyən edilib.

Daha sonra iki qardaş ölkənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi və İcra Komitəsinin 11-ci iclasının protokolu imzalanıb.

İkitərəfli əməkdaşlığın əhəmiyyətindən danışan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, imzalanan sənədlərin Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa, o cümlədən elmi-tədqiqat sahəsində məlumat mübadiləsinə, birgə elmi-tədqiqat işlərinin aparılmasına, müasir tədqiqat metodlarının tətbiqinə, ümumiyyətlə aqrar sahənin inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı isə öz növbəsində iki nazirlik arasında müəyyən edilən Fəaliyyət Planının bütün maddələrinin həyata keçirilməsinin vacibliyindən danışıb. “Azərbaycan ilə dialoq fəal şəkildə davam edir. Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artmasına xidmət edən əməkdaşlığa da böyük əhəmiyyət veririk”, - deyə türkiyəli nazir əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video