03 Aprel 2026 10:29
128
SİYASƏT
A- A+
Aprel döyüşləri Vətən müharibəsindəki Qələbənin konseptual başlanğıcı kimi tarixə düşdü 

Aprel döyüşləri Vətən müharibəsindəki Qələbənin konseptual başlanğıcı kimi tarixə düşdü 


2016-cı ilin Aprel döyüşləri hərbi baxımdan məhdudmiqyaslı əməliyyat kimi qiymətləndirilsə də, onun hərbi, siyasi, diplomatik və psixoloji nəticələri regionun siyasi-təhlükəsizlik arxitekturasında ciddi dönüş yaratdı. Dörd gün davam edən bu hərbi əməliyyatlar 4 il sonra baş verən və 44 gün davam edən Vətən müharibəsi üçün strateji zəmin rolunu oynadı və Azərbaycan dövlətinin hərbi-siyasi kursunun effektivliyini nümayiş etdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

O xatırladıb ki, Aprel döyüşləri zamanı Azərbaycan Ordusu qısa müddətdə mühüm taktiki uğurlar əldə edərək bir sıra strateji əraziləri nəzarətə götürdü. Bu əməliyyatların ən mühüm nəticələrindən biri təxminən 2000 hektara yaxın ərazinin işğaldan azad edilməsi oldu ki, bu da uzun illər dəyişməz qalan təmas xəttində ciddi irəliləyiş demək idi. Azad edilən Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı ətrafı ərazilər, Talış kəndi ətrafındakı yüksəkliklər, Suqovuşan istiqamətində yollar və mövqelər, Gülüstan və Qazaxlar kəndləri istiqamətlərində mövqelər– strateji nəzarət nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyırdı.

“Hərbi-strateji əhəmiyyəti həm də onunla ölçülürdü ki, məsələn, Lələtəpənin azad edilməsi nəticəsində geniş əraziyə vizual və atəş nəzarəti təmin olundu. Talış istiqamətində yüksəkliklərin ələ keçirilməsi düşmənin müdafiə xəttini zəiflətdi. Azad edilən ərazilər yaxın yaşayış məntəqələrinin təhlükəsizliyini artırdı. Beləliklə, Aprel döyüşlərində əldə edilən ərazi üstünlüyü təkcə taktiki nailiyyət deyil, həm də gələcək döyüş əməliyyatların konturlarını müəyyən edən mühüm hərbi-strateji göstərici kimi qiymətləndirilir”, - deyə R.Nəbiyev qeyd edib.

Deputat vurğulayıb ki, Aprel döyüşləri, həmçinin Azərbaycan Ordusunun uzun illər ərzində formalaşdırdığı hərbi potensialın real döyüş şəraitində ilk ciddi sınağı oldu. Buna görə də, şanlı Aprel döyüşləri hərbi müstəvidə həm də “sınaqdan keçmiş güc modeli” kimi dəyərləndirilir. Bu baxımdan, Aprel döyüşləri gələcək genişmiqyaslı müharibə üçün taktiki yanaşmaların test edilməsi, komanda-idarəetmə sisteminin yoxlanılması, real döyüş koordinasiyasının formalaşdırılması kimi mühüm funksiyaları yerinə yetirdi.

“Aprel döyüşlərinə qədər regiondakı mövcud vəziyyət uzun müddət “dondurulmuş münaqişə” kimi təqdim olunurdu və Azərbaycanı bu nəticəni qəbullandırmağa məcbur etmək taktikası həyata keçirilirdi. Lakin Aprel döyüşləri işğal altındakı ərazilərin dəyişməzliyi mifini sarsıtdı, ən mühümü yeni siyasi reallıq formalaşdırdı: status-kvo dəyişdirilə bilər. Bu reallıq daxili müstəvidə dövlət və cəmiyyət arasında birliyin daha da möhkəmlənməsinə əlavə stimul verdi, milli həmrəyliyimiz daha da gücləndi. Diplomatik müstəvidə isə ciddi mesaj xarakteri daşıdı. Uzun illər davam edən, lakin nəticəsiz qalan danışıqlar fonunda Azərbaycan ilk dəfə açıq şəkildə sübut etdi ki, münaqişənin həllində hərbi həll yolu real və tətbiq oluna bilən variantdır”, - deyə o diqqətə çatdırıb.

R.Nəbiyev, həmçinin bildirib ki, Aprel döyüşlərindən sonra Azərbaycan diplomatiyası beynəlxalq platformalarda daha fəal mövqe nümayiş etdirməyə başladı, informasiya müharibəsində üstünlüyünü artırdı. Bu isə gələcək hərbi əməliyyatlar üçün siyasi və hüquqi zəminin formalaşdırılmasına xidmət edirdi. Beləliklə, “güc amili” ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı beynəlxalq müzakirələrdə real və legitim alət kimi qəbul olunmağa başladı.

“Aprel döyüşləri ardıcıl strategiyanın tərkib hissəsidir. Sonrakı dövrdə baş verən proseslər bu xəttin davamı kimi çıxış etdi. Bu kontekstdə Aprel döyüşləri hərbi hazırlığın real sınağı, siyasi iradənin möhkəmlənməsi, diplomatik zəminin formalaşması, cəmiyyətin psixoloji hazırlığı kimi faktorları bir araya gətirərək 2020-ci ildə tammiqyaslı müharibəyə keçidi mümkün etdi. Bir sözlə, Aprel döyüşləri Azərbaycanın sonrakı strateji qalibiyyətinin – Vətən müharibəsindəki Qələbənin – ilkin mərhələsi və konseptual başlanğıcı kimi tarixə düşdü”, - deyə deputat əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

Ötən gün 59 cinayətin açılması təmin edilib

11:01
03 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər 

10:53
03 Aprel

Çingiz Hüseynzadə: Azərbaycan futbolu inkişaf edir

10:47
03 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

Antonio Quterreş Yaxın Şərqdə müharibənin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib  

10:34
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!