Anklav kəndlərimiz də azad ediləcək
"Qazax rayonunun 4 qeyri-anklav kəndinin bir güllə belə atılmadan Azərbaycana qaytarılması ölkəmizin növbəti tarixi qələbəsidir. Bu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin növbəti parlaq uğurudur. Ermənistan və havadarlarının təzyiq və təxribatlarına baxmayaraq, dövlətimizin başçısının siyasi iradəsi və qətiyyəti bu tarixi qələbəni təmin etdi".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Deputat qeyd edib ki, Prezident İlham Əliyev dövlətimizin və xalqımızın milli maraqlarını hər zaman üstün tutub və bir qarış torpağımızın da işğal altında qalmayacağını dəfələrlə vurğulayıb: "Sərhədlərin delimitasiyası prosesində atılan bu real addımın heç bir vasitəçi olmadan iki dövlətin rəsmi şəxsləri tərəfindən razılaşdırılması müsbət haldır. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, iki dövlət arasında mövcud problemlər üçüncü tərəf olmadan həll olunmalıdır. Güman edirəm ki, Ermənistan rəhbərliyi bu həqiqəti anlayır. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addım kimi yüksək dəyərləndirilməlidir. Və xüsusi qeyd olunmalıdır ki, delimitasiyanın bu istiqamətdə başlaması məhz Azərbaycanın təkidi ilə oldu".
Kamilə Əliyeva Qazax rayonunun anklav olmayan 4 kəndinin sahiblərinə qaytarılmasını zəfər zəncirimizin növbəti halqası adlandırıb. "Vətən müharibəsindəki qələbəmiz, 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası, Laçın nəzarət-buraxılış məntəqəsinə nəzarətimiz, rusiyalı sülhməramlıların Azərbaycanı tərk etməsi və digər nailiyyətlər xalqımızın qürur yeridir. Bu uğurlar daha sonra kəndlərimizin bir güllə atılmadan geri qaytarılması Azərbaycan torpaqlarını qarış-qarış bir araya toplayan Prezident İlham Əliyevin xalqımıza növbəti müjdəsidir", - deyə müsahibimiz söyləyib.
Deputat vurğulayıb ki, delimitasiya prosesinin Sovet İttifaqının süqutu zamanı mövcud olan hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun həyata keçirilməsi təqdirəlayiqdir: "Vətən müharibəsindən dərhal sonra İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh danışıqlarında da delimitasiya prosesinin məhz bu şərtlər üzrə aparılması təklif edilmişdi. Bu mənada Bakının haqlı mövqeyi ilə razılaşan İrəvan doğru addım atıb. Çünki bu razılaşma təkcə Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına deyil, həm də regionda sabitliyin bərpasına səbəb ola bilər. Bakının beynəlxalq hüquqa söykənən bu mövqeyi əsasında razılığa gəlmək Ermənistan üçün heç bir təhdid yaratmır".
Kamilə Əliyeva deyib ki, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən erməni ordu hissələrinin çıxarılaraq həmin məntəqələrin təhvil verilməsindən sonra sərhəd xəttinin razılaşdırılmış hissələrində Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərinin yerləşdirilməsinə başlayacaqlar: "Bu təşəbbüs də uğurla tamamlanan kimi növbə anklav kəndlərə çatacaq. Unutmaq olmaz ki, dövlət başçısı 2024-cü il yanvarın 10-da verdiyi bəyanatında ifadə edib ki, "Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir". Bu yolda uğurla addım atan Azərbaycanın yaxın gələcəkdə ermənilərdə qalan kəndlərimizi də azad edəcəyinə şübhə yoxdur".
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03 May
Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub...
03 May
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
03 May
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
03 May
“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub
03 May
Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhf...
03 May
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
03 May
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
03 May
AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib
03 May
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!