30 Aprel 2024 19:00
293
CƏMİYYƏT
A- A+

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

 

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə Qurumlararası Koordinasiya Qrupu və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə Minatəmizləmə üzrə Milli Direktorların və Birləşmiş Millətlər Təşkilatı Müşavirlərinin aprelin 29-dan mayın 1-dək keçirilən 27-ci beynəlxalq görüşündə iştirak edir.

Beynəlxalq görüşdə nümayəndə heyəti “Həyatın qorunması. Sülhün qurulması” əsas mövzusu ilə minatəmizləmə fəaliyyəti sahəsinin üzləşdiyi aktual problemlərlə bağlı müzakirələrə qoşulub.

Tədbirlər çərçivəsində aprelin 30-da Agentlik və BMT-nin İnkişaf Proqramı tərəfindən “Minatəmizləmə fəaliyyətində milli nailiyyətlər – inkluziv yanaşma və DİM-lər” mövzusunda yan tədbir təşkil edilib.

Yan tədbirdə açılışda çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin insanların sağlamlığına, yaşam mühitinə, ətraf mühitin çirklənməsinə təhlükə yaratmasını, regionun inkişaf səylərinə əhəmiyyətli dərəcədə mənfi təsirini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması və onun fəsadlarının azaldılması sahəsində həyata keçirilən qətiyyətli tədbirlər və qazanılan nailiyyətlərə dair məlumat təqdim edib. Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması barədə bəhs edən Agentliyin sədri mina təhlükəsi ilə mübarizə təşəbbüslərinin səmərəli və davamlı şəkildə həyata keçirilməsi üçün inklüziv yanaşmaların vacibliyini vurğulayıb.

Yan tədbir çərçivəsində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dayanıqlı inkişaf üzrə təşviqi, partlayıcı sursatların mədəniyyət nümunələrinə mənfi təsirləri, habelə gender və inklüziv yanaşmalar vasitəsilə mina təhlükəsi ilə mübarizə istiqamətində fəaliyyətlərin gücləndirilməsi mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video