08 Mart 2020 01:17
6920
Mədəniyyət
A- A+
Ana qarşısında səcdə fəxarətdir

Ana qarşısında səcdə fəxarətdir


Ananın böyüklüyü, müqəddəsliyi əbədiyyatın da əbədi mövzularından biridir. Bu mövzuda ilk əsərlər şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında yaranmağa başlayıb. Özü də anaların yalnız sevgisindən, şəfqətindən, mərhəmətindən, qayğısından, nəvazişindən bəhs olunmayıb. Onların həm də fədakarlığı tərənnüm edilib.

Bu ədəbi qəhrəmanlar təkcə yaradıcı insanların təfəkküründən, xəyallarından yaranmayıb. Pərvanə tək ulusunun, el-obasının başına dolanan, ocağının odunu sönməyə qoymayan mərd analar hər zaman çox olub. Bugünədək qəhrəmanlıq, mübarizlik mücəssəməsi kimi təqdim etdiyimiz hökmdar Tomris belə analardan biri idi. Mənbələrdə yazılır ki, həyat yoldaşını vaxtsız itirən, bir dövləti idarə etmək qayğısı, məsuliyyəti çəkən Tomris bütün bunlardan öncə övladını çox sevən anadır. Bu mərd, dürüst hökmdar hiylə və namərdliklə qarşılaşır. Hökmdar Kir hələ döyüşə girməmiş gənc şahzadəni aldadaraq tələyə salır. Tomris övladının qətlə yetirildiyi xəbərini alır. Oğlu öldürülmüş ana dərdinə yenilmir, qüssəsinin, kədərinin əsiri olmur. Kirin hiyləgərliyi, namərdliyi onu qəzəbləndirir. Düşmən üzərinə hücuma keçir. İgid Tomris qəddar Kirdən intiqamını alır. Onu məğlub edəndən sonra başını kəsib bir tuluğa salır və deyir: "Mən sağ qaldım və döyüşdə səni məğlub etdim, sən isə oğlumu hiylə ilə tutmuşdun. Buna görə də səni, necə ki hədələmişdim, qanla doyduracağam”. Tomirisin düşmən üzərində bu qələbəsini, mübarizliyini Herodot "Tarix” kitabında vəsf etdi. Sonra da tarixçilər, tədqiqatçılar bu barədə dönə-dönə yazdılar. Hökmdar, ana Tomrisin şücaəti ədəbiyyatın da dilinə düşdü. Əsrlərdir ki, Tomrisin adı mübarizlik, igidlik simvoluna çevrilib.

Ədəbiyyatımızda müdriklik nümunəsi kimi vəsf olunan Sara Xatun da tarixi şəxsiyyətdir. O, Azərbaycanın ilk qadın diplomatı, hökmdar anasıdır. Belə nümunələr çoxdur.

Yalnız Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatında anaya həsr olunmuş ən gözəl şeirlərin birinin müəllifi, fikrimizcə, Cəfər Cabbarlıdır. O, anaya heyranlığını belə ifadə edib:

Fəqət nə güclü, zəif bir vücud var, yahu,

Ki hazıram yıxılıb xaki-payinə hər gün,

Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana... O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir.

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Bu şeirin qəhrəmanı da şairin təxəyyülündən yaranmayıb. Kiçik yaşlarında atasını itirən Cəfər Cabbarlı anasının kasıblıq, yoxsulluq içərisində övladlarını nə zillətlə böyütdüyünün şahidiydi. Təndirdə çörək bişirib satan, ağır işlərə qatlaşan Şahbikə ananın belə ağır güzəranın içərisində oğlunun təhsil almasını düşünməsi, Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə Cəfər Cabbarlı kimi bir dahi bəxş etməsi özü böyük bir fədakarlıq idi. Belə analarımız ən böyük sevgiyə layiqdirlər.

Ədəbi-bədii nümunələrimizdə heyranlıqla təsvir olunan bütün ana obrazlarının prototipi olmasa da, müəlliflərinin real hadisələrdən təsirləndikləri şübhəsizdir. Odur ki, Azərbaycan ədəbiyyatında, eləcə də dünya ədəbiyyatında ideal ana obrazları çoxluq təşkil edir.

Hüseyn Cavidin "Ana” dramında Səlma ananın mətanəti, dözümü, mərdanəliyi oxucunu heyrətləndirir, Evinə qəbul etdiyi qonağın oğlunun qatili olduğunu öyrənən ana sarsılır. Ancaq "Qonaq Allah qonağıdır”, "Qonağa zaval yoxdur” düşüncəsi ilə düşməninə aman verir. Əsər faciə ilə sonlansa da, Səlma ananın möhtəşəm obrazı oxucunun yaddaşında silinməz iz buraxır.

Yazıçı Mir Cəlalın "Bir gəncin manifesti” əsərindəki Sona ana da həyatın ağır sınaqlarından keçir. O, öz əlləri ilə toxuduğu xalçanı böyük maddi ehtiyacı olmasına baxmayaraq, ölkəsinə xoş niyyətlə gəlməmiş birinə satmaqdan imtina edir. Deyir: "İtə ataram, yada satmaram”.

Bütün müharibələr ən böyük ağrını, yaranı analara vurur. Çünki onlar cəbhəyə, odun-alovun içərisinə ciyərparələrini yola salmalı olurlar. Süleyman Rüstəmin "Ana və poçtalyon” şeirindəki ana Böyük Vətən müharibəsində iştirak edən bütün döyüşçülərin analarının ümumiləşdirilmiş obrazıdır.

Qalxırdı yatağından dan yeri söküləndə…

Hər qapı açılanda, hər qapı döyüləndə,

Dikilirdi ananın gözləri bir nöqtəyə.

Sevinirdi: - "Oğlumdan bəlkə məktub var!”

- deyə.

Dörd aydır övladından məktub almayan ananın çəkdiyi iztirabları şair belə, olduqca səmimi bir dillə təsvir edib.

Hansı cəmiyyətdə müharibə, sağalmaz xəstəliklər, aclıq, səfalət, haqsızlıq, ədalətsizlik varsa, orada anaların qəlbi narahatdır. Hətta öz evində, ailəsində rahatlıq, bolluq olsa belə, əsl analar başqalarının da övladlarını düşünürlər. Cəlil Məmmədquluzadənin məşhur "Anamın kitabı” əsərinin qəhrəmanı Zəhrabəyim ana isə bütövlükdə vətəni təmsil edir. Ana hərəsi bir ölkədə təhsil alaraq doğma ocağına dönən oğullarına baxdıqca, fərəhlənmək, qürurlanmaq əvəzinə qüssələnir. Çünki onların milli düşüncədən məhrum olduqlarını, öz ana dillərinə xor baxdıqlarını görür. "Anamın kitabı”nda deyilir: "Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhrabəyimin ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamil-həyat əziyyət edəcək: nə qədər canında nəfəs var peşiman olacaq”.

Cəlil Məmmədquluzadənin "Ölülər”, "Danabaş kəndinin əhvalatları” və digər əsərlərində təsvir olunan ana obrazları bir daha təsdiq edir ki, haqsızlığın, ədalətsizliyin, həllini tapmayan problemlərin olduğu cəmiyyətdə anaların gözləri yaşlı, ürəyi dərdlidir. Hüseyn Cavid də buna görə yazırdı:

Qadın gülərsə, şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Əzab-əziyyətlə böyütdüyü övladının qədirbilməzliyi, nankorluğu bəzən anaya ən böyük dərd olur. Əli Kərim "Qaytar ana borcunu” şeirində belə oğula üz tutub:

Deyirəm ki, o boyu, buxunu qaytar geri,

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar onun borcunu, o borc sənin

özünsən, özünü qaytar geri!

- deyib. Ən kədərlisi bir də odur ki, nə qədər dərd versə də, əməyini itirsə də, ona qarşı laqeyd, etinasız olsa da, ana heç zaman övladına qıymır. Ən çətin günündə də balasına yalnız xoşbəxtlik arzulayır.

Ulularımız belə deyiblər: "Ana haqqı ödənməz”. Nə qədər çalışsaq da, sevsək, əzizləsək də yenə bu müqəddəs varlığa borcluyuq. İnsan özü hansı yaşa çatırsa çatsın, ən böyük təşvişi, kədəri anasının qocaldığını düşünməkdir. Anasının ağaran saçlarına baxdıqca bir zamanlar Cabir Novruzun kədərlə verdiyi bu sualı hər kəs özünə verir:

Gözüm görə-görə qocalır anam,

Görən niyə belə qocalır anam?!.

Qocalıq həyatın qanunauyğunluğudur. Ən əsası odur ki, anaların ürəyi qocalmasın. Bunun üçün isə övladları gözlərinin önündə sağlam, xoşbəxt olmalı, bütün bəşəriyyətdə sülh, əmin-amanlıq, firavanlıq hökm sürməlidir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!