06 Fevral 2026 09:15
1000
Mədəniyyət
A- A+
Amalı gənc nəslin milli ruhda yetişməsinə töhfə verməkdir

Amalı gənc nəslin milli ruhda yetişməsinə töhfə verməkdir


Dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev müəllim əməyinə yüksək dəyər verərək demişdir: "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir". 

Belə müəllimlərdən biri də qonşu Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində taleyini həmişəlik müəllimlik peşəsinə bağlamış, "Şərəf" ordenli Bayram Abbasovdur. O, azərbaycanlıların kompakt yaşadığı Faxralı kənd orta məktəbində uşaqlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən bacarıqla gəlir.

Bayram müəllim 75 il bundan əvvəl, 1951-ci il yanvarın 1-də elə bu kənddə ziyalı ailəsində anadan olub. O, 1967-ci ildə Faxralı orta məktəbini, daha sonra Tbilisidə Azərbaycan Pedaqoji İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirib. 1972-ci ildə boya-başa çatdığı doğma kəndlərindəki orta məktəbə təyinatla müəllim işləməyə göndərilib.

Uşaqlıqdan arzusunda olduğu müəllimlik peşəsinin çətinliklərinə şövqlə sinə gərir, mövzunu qavrama qabiliyyətini diqqətdə saxlamaqla şagirdlərinə xüsusi qayğı göstərirdi. Şagirdləri isə qayğıkeş və yaxşı müəllim kimi Bayram müəllimin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirdi. Gənc müəllimin zəhməti bəhrə verdikcə qəlbən çox sevinirdi. Altı ilə yaxın bu qaydayla dərs keçən Bayram müəllim 1991-ci ildə Faxralı 1 saylı ictimai məktəbin direktorunun tərbiyə işləri üzrə müavini vəzifəsinə irəli çəkilir. Daha sonra Talaveri 2 saylı (Faxralı) əsas məktəbinin direktoru təyin edilir. Beş il bu vəzifədə çalışdıqdan sonra özünün təşəbbüsü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ona həvalə olunur. Bu illərdə Bayram müəllim gənc nəslə bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən bacarıqla gəlir, onun tələbkarlığı sayəsində məktəbdə nizam-intizamın və təhsilin keyfiyyəti yüksəlir. Talaveri 2 saylı (Faxralı) əsas məktəbi rayonun qabaqcıl və istinad məktəbi kimi tanınır. Bayram Abbasovun təşkilatçılıq bacarığı və pedaqoji fəaliyyəti respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, Gürcüstan Prezidentinin 2003-cü il 28 avqust tarixli sərəncamı ilə gənc nəslin təlim-tərbiyəsində şəxsi nümunəsinə, təhsil islahatı prosesində fəal iştirakına, məhsuldar ictimai-pedaqoji fəaliyyətinə və respublikada gürcülərin və azərbaycanlıların dostluğunun daha da möhkəmlənməsində yüksək xidmətinə görə Gürcüstanın maarif işçisi Bayram İsrafil oğlu Abbbasov "Şərəf" ordeni ilə təltif edilir.

Bayram müəllimin rayonun ictimai-siyasi həyatında da fəaliyyəti diqqətçəkəndir. O, 2014-cü ildə Bolnisi rayon bələdiyyəsinə üzv seçilir. Şərəfli müəllimlik peşəsi ilə bərabər, Bolnisi rayon bələdiyyəsində ictimai-siyasi fəaliyyətini davam etdirir, ölkənin inkişafı naminə əlindən gələni edir. 2012-ci ilin parlament və 2013-cü ilin prezident seçkilərində Bayram müəllim əsl iradə göstərərək siyasi baxışından dönməyərək dövlətə bir daha sadiqliyini nümayiş etdirir. Bayram müəllimin sayəsində Faxralının yerli əhəmiyyətli bir çox problemi həllini tapır, Adgözəlli, Vəlioğlü, Dadaşlar, Musalar, Göyüşlər adlanan məhəllələrin əhalisi içməli su ilə təmin olunur, kəndlə rayon mərkəzini əlaqələndirən nəqliyyatın hərəkəti qaydaya salınır, onun rayon rəhbərliyinə müraciəti əsasında qəbiristanlıq üçün əlavə ərazi ayrılır və s. Seçiciləri onun fəaliyyətinə, habelə işgüzarlığına yüksək qiymət verir və razılıq edirlər. Onun üstün əxlaqi keyfiyyətlərindən, Vətənə, torpağa bağlılığından, yüksək intellektual səviyyəsindən, təcrübəli və savadlı pedaqoq olmasından qürur duyurlar.

"Şərəf" ordenli müəllim həm də yaxşı ailə başçısıdır. Həyat yoldaşı Svetlana xanım özü ilə bərabər, məktəbdə 40 ildən çoxdur ki, müəllim işləyir. Hər iki qızı - Elnarə və Elonora ali təhsillidir. Elnarə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini, Elonora isə Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.

75 yaşlı Bayram müəllim 55 illik pedaqoji fəaliyyəti dövründə təşkilatçılıq bacarığı və gənc nəslin təlim-tərbiyəsində, habelə ictimai-siyasi sahədə əldə etdiyi uğurlara görə dəfələrlə diplom, fəxri fərman və təşəkkürnamələrə layiq görülüb. Ötən ay Gürcüstan Azərbaycanlıları Konqresində Bolnisi rayonunun fəxri vətəndaşı Bayram Abbasovun 75 illik yubileyi böyük təntənə ilə qeyd olunub. Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri və Qafqaz Türk Medianın yaradıcı heyətinin, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Bayram Abbasov azərbaycanlı və gürcü gənclərin milli ruhlu vətənpərvər kimi formalaşmasında əməyinə, eləcə də ölkənin ictimai-siyasi həyatındakı xidmətlərinə görə GAK-ın fəxri fərmanı ilə təltif edilib.

Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşür. Məmnunluq doğuran odur ki, maarif fədaisi Bayram müəllim bu gün də gənc nəslin gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edərək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində əlindən gələni edir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Şimali Kiprdə 6 ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirib

14:01
09 Mart

Bəhreyn neft şirkəti fors-major elan edib

13:51
09 Mart

Azərbaycan səfirliyi Cənub-Şərqi Asiyanın ən böyük məscidində iftar süfrəsi açıb

13:42
09 Mart

Azərbaycanın və Pakistanın parlament sədrləri arasında telefon danışığı olub

13:36
09 Mart

Naxçıvan aeroportunun dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır 

13:23
09 Mart

Gün ərzində 5 nəfər İrandan Azərbaycana təxliyə olunub 

13:15
09 Mart

Sabah Bakıda hava yağmursuz keçəcək, dağlıq ərazilərdə qar yağacaq

12:27
09 Mart

Ukrayna İordaniyadakı ABŞ hərbi bazalarını qorumaq üçün tutucu dronlar və bir qrup mütəxəssis göndərib

12:27
09 Mart

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir 

12:10
09 Mart

Paytaxtda daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb 

11:11
09 Mart

Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib 

10:53
09 Mart

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

10:42
09 Mart

Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub  

10:23
09 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna yekun vurulub  

10:09
09 Mart

İranın yeni ali rəhbəri bu gün sədaqət andı içəcək  

09:47
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

23:34
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın edib

22:34
08 Mart

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!