23 Aprel 2024 14:33
162
CƏMİYYƏT
A- A+

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclasa sədrlik edən Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli iclasın gündəliyinə bir məsələnin - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının daxil edildiyini deyib.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 34-cü maddəsinin III hissəsinə və Ali Məclisin Daxili Nizamnaməsinin müvafiq maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hər il Ali Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin əvvəlki il üzrə fəaliyyəti haqqında hesabat verir. Daxili Nizamnaməyə əsasən Nazirlər Kabinetinin hesabatı Ali Məclisin iclasında baxılmamışdan əvvəl Ali Məclisin Hüquq siyasəti komitəsinə rəy verilməsi üçün təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov və Hüquq şöbəsinin müdiri Gülçin Dünyamalıyev layihə barədə məlumat veriblər.

Məsələ ətrafında aparılan müzakirələrdə cinayətkarlığın statistikasının, narkomaniya və alkoqolizmə qarşı maarifləndirmə tədbirlərinin nəticələrinin hesabatda öz əksini tapması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və bələdiyyə torpaqlarının ayrılması ilə bağlı prosedur qaydaları, hüquqi aktların ekspertizası ilə əlaqədar verilən rəylərin qənaətbəxş olmaması və digər mövzularda fikir, təklif və suallar səsləndirilib.

Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov və Hüquq şöbəsinin müdiri Gülçin Dünyamalıyev səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətirib, təkliflərin nəzərə alınması üçün qeydiyyatı aparılıb.

Müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, qəbul olunan qərarla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı irad və təkliflər nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə tövsiyə olunub.

Bununla da iclas öz işini başa çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video