02 Fevral 2026 17:01
608
CƏMİYYƏT
A- A+
AKTİ Azərbaycan Gəncləri Gününə həsr edilmiş silsilə tədbirlər keçirib

AKTİ Azərbaycan Gəncləri Gününə həsr edilmiş silsilə tədbirlər keçirib

Ulu Öndər Heydər Əliyevin gənclərin cəmiyyətdə fəal iştirakının təmin olunması məqsədilə irəli sürdüyü təşəbbüslər bu sahədə dövlət siyasətinin əsasını təşkil edib. Məhz bu siyasi xəttin nəticəsi olaraq gənclər üçün açıq dialoq və müzakirə mühitinin formalaşdırıldığı ilk forumun keçirildiyi tarix 1997-ci ildən etibarən ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu ənənə gənclər siyasətinin Azərbaycan dövlətinin sosial inkişaf strategiyasında və insan kapitalının gücləndirilməsində prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir. Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) silsilə tədbirlər həyata keçirib.

AKTİ-dən verilən məlumata görə, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər və əklil qoyublar.

İttifaq tərəfindən üzv könüllü təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dayanıqlı inkişafının təmin edilməsi, könüllü təşkilatları arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək məqsədilə Bakı Konqres Mərkəzində “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” həyata keçirilib. 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş forumda dövlət rəsmiləri, AKTİ-yə üzv könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri iştirak ediblər. Forum zamanı gənc regional nümayəndələr və bir qrup könüllü gənc Gənclər Günü münasibətilə səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar.

Silsilə tədbirlər çərçivəsində Bakı Dövlət Universitetində Gənclər Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forumda Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə gənclər və könüllü təşkilatlarının, gənclər evlərinin təcrübə və könüllülük proqramlarının sərgisi olub.

Bundan əlavə, AKTİ və “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə “Könüllülər birliyi” layihəsi həyata keçirilib. Azərbaycan Könüllüləri “Könüllü DOST”larla birlikdə DOST mərkəzinə müraciət edən vətəndaşların qarşılanmasında, xidmət pəncərələrinə yönləndirilməsində, rəy sorğularının keçirilməsində iştirak edib. Daha sonra Azərbaycan Könüllüləri təşəkkürnamələr və simvolik hədiyyələrlə təltif olunublar.

Gənclər Gününün ölkəmizdə geniş şəkildə qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, AKTİ-nin tərəfdaşlığı ilə gənclər festivalı “GəncLand”, ölkənin ən böyük fərdi intellektual yarışı “Gəncİntellekt”, ideyaton “GəncVizyon” və motivasiya platforması olan “GəncTalks” layihələri həyata keçirilib.

“Əminliklə qeyd etmək olar ki, ölkəmizdə gənc nəslin cəmiyyətin fəal və layiqli üzvü kimi formalaşması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycan gəncliyinin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu siyasətin mərkəzində gənclərə göstərilən xüsusi diqqət və qayğı dayanır. Prezident İlham Əliyevin gənclərə olan etimadı və dəstəyi onların cəmiyyətdə fəal iştirakını stimullaşdıran əsas amillərdəndir. Dövlətimizin başçısının gənclərlə bağlı səsləndirdiyi səmimi fikirlər dövlət–gənclər münasibətlərinin yüksək səviyyədə qurulduğunun bariz göstəricisidir. Bu gün hər bir Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın birliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq proseslərində gənclərin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhu, dövlətə və milli dəyərlərə bağlılığı onların bu tarixi prosesdə də üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəklərinə əsas verir”, - deyə məlumatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!