15 Sentyabr 2026 17:01
237
İQTİSADİYYAT
A- A+
Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib

Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib


Ağcabədi Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Ağcabədi rayonunda növbəti Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, aqrar sahədə tətbiq olunan yeniliklər və müasir texnologiyalar barədə fermerlərin məlumatlandırılması, innovativ avadanlıqlara çıxış imkanlarının artırılması, eləcə də yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumların fermerlər üçün əlçatanlığının təmin edilməsi olub.

Aqrar Biznes Festivalında müxtəlif stendlərdə kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, gübrə və pestisidlər, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlar tərəfindən göstərilən aqrar xidmətlərə dair məlumatlar təqdim edilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun kənd təsərrüfatı potensialı, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətinə toxunub. Rayonun aqrar ənənələrinin qorunması və müasir yanaşmalarla inkişaf etdirilməsinin vacibliyini vurğulayan Rafil Hüseynov belə tədbirlərin fermerlərin dövlət qurumları və aqrar sahənin digər iştirakçıları ilə birbaşa əlaqələrinin gücləndirilməsinə xidmət etdiyini bildirib.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəflərindən danışıb. Bildirib ki, proqramın əsas məqsədləri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabət qabiliyyətinin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi, məhsuldarlığın yüksəldilməsi və müasir texnologiyaların tətbiqinin genişləndirilməsidir.

Digər çıxışlarda da Dövlət Proqramından irəli gələn hədəflər, fermerlər üçün yaradılan yeni imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.

Festivalda 10-dan çox arıçı müxtəlif növ bal və digər arıçılıq məhsullarını sərgiləyib. Həmçinin Arıçılar Assosiasiyası, Kənd Qadınları Assosiasiyası və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının qadın qrupları hazırladıqları məhsullarla iştirak ediblər.

Sərgi çərçivəsində mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası da keçirilib. Yarmarkanın əsas məqsədi fermerlərin yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara çıxışının təmin edilməsi, yerli toxum istehsalçılarının məhsullarının geniş auditoriyaya təqdim olunması və toxumçuluq sahəsində dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

Yarmarkada Ağcabədi rayonu və ətraf rayonlardan olan 20-dən artıq toxumçu məhsullarını sərgiləmək və nümayiş etdirmək imkanı qazanıb. Eyni zamanda, sərgidə ayrı-ayrı rayonların ixtisaslaşmasına uyğun yerli və xarici toxum nümunələri də təqdim olunub. Fermerlər toxumların məhsuldarlıq göstəriciləri, rayonlaşdırılması, istifadə xüsusiyyətləri və əldə olunma imkanları barədə məlumat alıblar.

Qeyd edək ki, 2026-cı il üzrə Toxum Sərgi-Satış yarmarkalarının kənd təsərrüfatı bitkiləri üzrə müəyyən edilmiş ixtisaslaşma nəzərə alınmaqla digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən etiraf edib  

19:18
15 Sentyabr

 Merkuri düşünüldüyündən daha sürətlə kiçilir

18:57
15 Sentyabr

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik  

17:50
15 Sentyabr

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

17:47
15 Sentyabr

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir  

17:46
15 Sentyabr

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  

17:20
15 Sentyabr

Bu il Gəncənin ümumtəhsil məktəblərində 47059 şagird təhsil alacaq

17:18
15 Sentyabr

Hacıqabul şəhərində yeni məktəb binası istifadəyə verilib  

17:16
15 Sentyabr

YAP-ın Vlll qurultayına nümayəndələr seçilmişdir  

17:14
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!