07 Aprel 2023 01:03
17816
Oxucu məktubları
A- A+

Ağac əkmək savabdır

 

Qubanı digər rayonlardan fərqləndirən həm də yaşıllığıdır. Rayonun inzibati ərazisinin başlanğıcından hər kəs hiss edir ki, meşələr və dağlar diyarına qədəm qoyub.
Amma Qubanın yaşıllığı təkcə təbiətin bizə bəxş etdiyi sərvət deyil. Biz özümüz də rayonda keçirilən ağacəkmə aksiyalarında iştirak edirik. Mən özüm taksi fəaliyyəti ilə məşğul olsam da, həmin aksiyadan kənarda qalmıram. Çünki Quba bizimdirsə, onun təbiətini qorumaq borcumuzdur.  
Bu günlər  rayon mərkəzində olanda eşitdik ki, yaxın vaxtlarda ağacəkmə kampaniyası keçiriləcək. Qərara gəldik ki, könüllü şəkildə həmin aksiyada iştirak edək.  
Səhər Bakı-Quba yolunun başlanğıcında xeyli insan vardı. Onlara yaxınlaşıb, aksiyada iştirak etmək istəyimizi bildirdik. Məmnunluqla qarşılandı. Öyrəndik ki, "Heydər Əliyev İli" çərçivəsində 500 ağacın əkilməsi nəzərdə tutulub. Sonra rəhbər vəzifəli şəxslər gəldi. Könüllü olduğumuzu biləndə təşəkkür etdilər. Bir qədər keçmişdi ki, tinglər gətirildi. Beləcə ağacəkmə kampaniyası başladı. Bir neçə saat ərzində yolun kənarında sıra ilə ağaclar əkildi. Daha sonra onlara su verildi və aqrotexniki xidmət göstərildi. 
Qürur hissi keçirdik. Çünki savab iş görmüşdük.  Ona görə də  qərara aldıq ki, növbəti aksiyada özümüz ağac gətirək və əkək. 

Akif  BƏŞİROV,
Səmayə QARAYEVA,
Quba rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video