19 Mart 2025 08:50
647
İQTİSADİYYAT
A- A+
AFAQ fermer qadınların yanındadır

AFAQ fermer qadınların yanındadır


Qadın sahibkarlar Azərbaycan iqtisadiyyatında, xüsusən aqrar sektorda getdikcə mühüm qüvvəyə çevrilirlər. Bununla onlar iqtisadi gücün və imkanların vacib olduğu  indiki zamanda  ölkənin inkişafına töhfə verirlər. 

Bir zamanlar kənd yerlərində məşğulluğun təmin olunması üçün qadınlar  təndirxana, xalçatoxuma sexi, inkubator kimi kiçik biznes sahələrinə maraq göstərsələr də, indi daha çox pambıqçılıq, bağçılıq, tərəvəzçilik sahələrinə üstünlük verirlər. Səbəbi bu istiqamətlərdə həyata keçirilən tədbirlərin və dəstəyin müsbət nəticə verməsidir. Həmin dəstək və tədbirlər bu gün də davam edir. Məsələn, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz biznesini qurmaq və sahibkarlıq fəaliyyətlərini genişləndirmək üçün qadınlara hər cür kömək edir. Təkcə 2024-cü ildə 4 mindən çox qadın sahibkar biznes sahəsində bilik və bacarıqlarını artırmaq üçün agentliyin təlim və məsləhətindən, 300-dən çox qadın biznes-planlarının hazırlanmasına dəstək xidmətlərindən yararlanıb. 10-dan çox qadın sahibkar və menecer isə Almaniyada beynəlxalq ixtisasartırma proqramında iştirak edib. 

İqtisadiyyat Nazirliyinin məlumatına görə, ötən il qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb, 8 qadın iş adamına  innovativ layihəsini vergidən azad edən "Startap" şəhadətnaməsi verilib. Məlumatda daha sonra bildirilir ki, 2024-cü ildə 250-yə yaxın qadın sahibkarın istehsal etdiyi məhsul və xidmətlərin satışına dəstək məqsədi ilə onların sərgi və yarmarkalarda iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib. Həmçinin qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi, qadın sahibkarların inkişafının dəstəklənməsi istiqamətində KOBİA tərəfindən mütəmadi olaraq görüşlər təşkil olunur, tərəfdaş qurumlarla birgə ünvanlı layihələr həyata keçirilir. 

Fermer qadınlara dəstək üçün hələ  2019-cu ildə Dövlət Aqrar Ticarət Şirkəti  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO) ilə birgə "Aqrar fəaliyyətli Azərbaycan qadınları"  (AFAQ) layihəsinə başlamışdır. Bu layihədə FAO-nun məqsədi aqrar sahədə qadınların məşğulluğunu və informasiya, resurs imkanlarını artırmaq, eləcə də  satış bazarlarına çıxışını asanlaşdırmaq, bununla da qadınların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına dəstək olmaqdır. Kənd təsərrüfatı sahəsində öz biznesini quracaq qadın sahibkarların formalaşdırılması, onların marketinq və satış sahəsində biliklərinin artırılması, qadınlar üçün kiçik istehsal müəssisələri və istixanaların yaradılması da AFAQ layihəsinə daxildir.  Bu qurum qadın sahibkarların sayının artırılmasına, onların həm özlərinin, həm də ailələrinin və kənd icmalarının sosial rifahının yaxşılaşmasına,  qadınlardan ibarət fermer qruplarının yaradılmasına, təbii ehtiyatlardan səmərəli istifadə etmək üçün  ətraf mühitin qorunmasına imkan yaradır. 

AFAQ-a qoşulan qadın fermerlər peşəkar mütəxəssislərdən faydalı məsləhətlər əldə etməklə öz təsərrüfatlarını inkişaf etdirə bilirlər. Üstəlik, layihəyə qoşulan qadın fermerlər digər AFAQ-çılarla bilik və təcrübə mübadiləsi etmək imkanı qazanırlar. Onlara həmin imkanı verən qurumlardan birinin bu istiqamətdə atdığı addımı qeyd etmək yerinə düşər. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC  "PAŞA Holding"in dəstəyi ilə  həyata keçirilən AFAQ layihəsi çərçivəsində bir  neçə gün əvvəl təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən Neftçala, Masallı, Cəlilabad rayonlarından olan qadın fermerlərlə görüş keçirib. Qiymətləndirmə sorğularına əsasən, 13 fermerə ümumilikdə təsərrüfatlarının ehtiyacı üzrə 7 yemdoğrayan, 2 südsağan, 2 inkubator, 2 dənüyüdən, 1 balsüzən təqdim edilib. Ümumilikdə region üzrə 299 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Eyni zamanda təsərrüfat sahələrinin inkişaf məqsədi ilə femerlərə quşçuliq və heyvandarlıq mövzularında təlimlər  keçirilib. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!