04 Oktyabr 2023 10:20
897
SİYASƏT
A- A+
3 il öncə Gəncəni raket atəşinə tutmaları bu gün xislətlərinin qurbanı olan ermənilərin iç üzü idi 

3 il öncə Gəncəni raket atəşinə tutmaları bu gün xislətlərinin qurbanı olan ermənilərin iç üzü idi 

 

Şəhər əhalisi həmin dəhşətli günləri hələ də gözüyaşlı xatırlayır

 

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi dövründə gəncəlilər də böyük sarsıntılar keçirdilər. Ermənilərin 5 dəfə qədim Nizami yurduna raket atması şəhərdə böyük dağıntılar törətməklə yanaşı, çoxsaylı insan tələfatına da səbəb oldu. 
İlk hücum oktyabrın 4-də baş verdi və bir mülki şəxsin həlak olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələndi. İkinci raket bir gün sonra - oktyabrın 5-də atıldı. Bu hücum nəticəsində 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumu oktyabrın 8-də törədildi. Bu dəfə xoşbəxtlikdən həlak olan və yaralanan olmadı. Əvəzində oktyabrın 11-də atılan 4-cü raket 10 mülki şəxsin həyatına son qoydu, 40-dan çox gəncəlini yaraladı. Yalnız mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə oktyabrın 17-də gecə saat 1 radələrində törədildi. Hücum nəticəsində 16 mülki şəxs həlak oldu, 55 nəfər yaralandı. Şəhərin infrastrukturuna, yaşayış binaları və digər tikililərə, avtomobillərə xeyli ziyan dəydi.
Bəs işğalçı Ermənistan ordusunun cəbhə xəttindən aralı dinc şəhəri raket atəşlərinə tutmasında məqsədi nə idi? Təbii ki, Qarabağda və Şərqi Zəngəzurda məğlubiyyətlərini ört-basdır etməklə daxili təpkini zəiflətmək. Amma bu zaman unutdu ki, dinc yaşayış məntəqələrinə, şəhər və rayonlara raket qurğularından atəş açmaqla o özünün nə qədər qəddar olduğunu göstərirdi. Göstərirdi ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur, dinc əhalini hədəfə almaqla yaşlılara və azyaşlı uşaqlara qarşı soyqırımı törədir. Humanitar atəşkəsin imzalandığı vaxtdan cəmi 14 saat sonra Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə uzaqvuran ballistik raketlərin atılması nə müharibə qanunlarına, nə də insanlığa sığırdı.
Söz yox ki, Ermənistanın bu cinayətkar əməlləri cəbhədəki uğursuzluqları ört-basdır edə bilməzdi. Çünki Azərbaycan Ordusunun cəbhədə ard-arda qələbə qazanmasına bütün dünya şahidlik edirdi. Üstəlik, azğınlaşmış düşmənin bu vandalizmi gəncəlilər, bütün Azərbaycan xalqı kimi, cəbhədəki əsgər və zabitlərimizi də hiddətləndirmişdi. Hər raket atəşindən sonra ordumuz düşmənə qarşı daha qətiyyətlə, daha nifrətlə döyüşürdü. Gəncəlilərin isə bütün dünyanın terror adlandırdığı raket atəşlərindən sonra qələbəyə inamları daha da artırdı. Çünki baş verənlər onların əzmini qıra bilməmişdi. "Biz dözərik, təki Qarabağımız işğaldan azad olunsun" - bu, həmin günlər bütün şəhər əhalisinin ucadan səsləndirdiyi ən məşhur şüar idi. O günlər raketlərin dağıtdığı ərazilər qərənfillərdən görünməz olmuşdu. Gəncəlilər dağıntıların üzərində "Burada uşaq var", "Erməni terroruna son!", "Erməni işğalına son!" çağırışları yazılmış tablolar qoymaqla dünya ictimaiyyətinin diqqətini erməni terroruna yönəldirdilər.
Həmin dövr Gəncəyə gələn onlarca xarici jurnalist bu dəhşəti görərək, onu əsl vandalizm adlandırırdı. Onlar Gəncənin Ermənistan tərəfindən heç bir ölçüyə gəlməyən raket hücumları ilə bombardman edilməsi nəticəsində həyatlarını itirən və yaralanan insanların harayını, nifrətini dünya ictimaiyyətinə çatdırırdılar. Rusiyalı hərbi fotomüxbir Mixail Voskresenskiy yazırdı: "Sentyabr ayının sonunda bu münaqişənin qaynar mərhələyə qədəm qoyduğunu eşidən kimi oraya gedib hadisələri yerindəcə izləmək qərarına gəldim. Ayın 29-da Bakıya gəldim. Azərbaycan tərəfi bizi yaxşı qarşıladı, həm paytaxtda, həm də bölgələrdə işləməyimiz üçün hər cür şərait yaratdı. Birbaşa döyüş şəraitində çəkiliş aparmaq imkanları məhdud olsa da, dinc şəhərlərə Ermənistan ordusunun hücumlarının fəsadlarını çəkə bildim. Bir çox yerdə olduq. Amma Gəncəyə raket hücumundan sonrakı mənzərə məndə daha ağır təəssürat yaratdı. Oraya hadisədən iki saat sonra - gecə gəlib çatdıq. Dağıntılar altında ölənlərin axtarışı aparılırdı. Xilasedici və əsgərlərin dağıntılar altından çıxardıqları bir neçə meyiti çəkə bildim. İnsanların yaxınlarını dağıntılar altında necə axtardıqlarını, ölüsünü tapanda da bu itkini qəbul etmək istəmədiklərini görmək olduqca ağır idi. Onlar həmin dağıntıları əlləri ilə yığışdırmağa çalışırdılar".
Ümumiyyətlə, Gəncəyə səfər edən elə bir xarici jurnalist, elə bir əcnəbi siyasətçi yox idi ki, dağıntıları görüb dəhşətə gəlməsin. O zaman İsrailin Azərbaycandakı səfiri Corc Dik, Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Barkoviç, İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyası rəhbərinin müavini Maria Rizotti, ukraynalı jurnalist Taras Berezovets və başqaları ermənilərin törətdikləri vəhşilikləri vandalizm adlandırmış və dünya birliyi ölkələrini bu faciəyə real qiymət verməyə çağırmışlar. 
Ermənistanın törətdiyi bu terror aktları onun əməllərini ifşa etməklə yanaşı, Azərbaycanın siyasi mövqeyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha bəyan etdilər. Münaqişənin tənzimlənməsinin mümkünlüyü ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacağı qeyd edildi. Nəhayət, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəsarəti, "dəmir yumruğ"u ilə 200 illik erməni təcavüzünə son qoyuldu. 44 günlük Vətən müharibəsində şanlı əsgər və zabitlərimizin inamlı qələbəsi Böyük Zəfər kimi tarixə qızıl hərflərlə yazıldı. Bu zəfərin əks-sədası bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu qısa vaxt ərzində müasir hərb tarixinə əsl qəhrəmanlıq dastanı yazdı. Ermənilər tərəfindən 30 il işğala məruz qalan Azərbaycan torpaqları azad edildi. Bu isə həm də o demək idi ki, 3 il öncə erməni terrorunun qurbanı olmuş gəncəlilərin qanı yerdə qalmadı. 

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!