01 Oktyabr 2026 08:15
1380
Milli Məclis
A- A+
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı


Xalqımızın tarixi yaddaşında xüsusi yer tutan 27 sentyabr günü sarsılmaz milli birliyimizin rəmzi olaraq böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın əzəli torpaqlarının işğalına son qoyulmasına və tarixi ədalətin bərpasına, dövlətimizin suveren hüquqlarının onun bütün ərazisində bərqərar edilməsinə gətirib çıxaran üçillik Zəfər yürüşünün başlanğıcı olmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 sentyabrın Anım Günü elan edilməsi dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərə dövlətin və xalqın dərin ehtiramının ifadəsidir. Şəhidlərimizin mərdliyi və şücaəti vətənpərvərliyin mənəvi zirvəsinə, onların və döyüş yoldaşlarının fədakarlığı sayəsində əldə edilmiş tarixi qələbə isə Azərbaycanın ləyaqət və gücünün əbədi təcəssümünə çevrilmişdir. 

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri 30 ilə yaxın Ermənistan Respublikasının işğalı altında olan torpaqlarımızın böyük bir hissəsinin azad  edilməsinə gətirib çıxarmış və əvvəlki onilliklər ərzində regionda yaranmış hərbi-siyasi reallığı dəyişmişdir. 

Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal edilmiş torpaqların azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış məlum 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin etmişdir. 

Bu tarixi qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq, dövlətin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, müdafiə potensialının artırılması, müasir peşəkar ordu yaradılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, gənc nəslin vətənpərvərlik və ölkənin taleyi üçün məsuliyyət ruhunda tərbiyələndirilməsi üçün uzun illər aparılan məqsədyönlü işin nəticəsi olmuşdur. 

44 günlük Vətən müharibəsində qələbənin ən mühüm amili Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi olmuşdur. Döyüş əməliyyatlarının getdiyi şəraitdə dövlət idarəçiliyinin, ordunun və cəmiyyətin birliyi, operativ qərarlar qəbul etmək və ölkənin ehtiyatlarını qarşıya qoyulmuş məqsədin əldə edilməsinə yönəltmək qabiliyyəti mühüm rol oynamışdır. Onun nümayiş etdirdiyi sərkərdəlik məharəti, sarsılmaz siyasi iradə və strateji uzaqgörənlik müəyyən olunmuş hədəflərin əldə edilməsinə müstəsna töhfə vermişdir. 

Hərbi qələbə Vətən qarşısında borcunu şərəflə yerinə yetirən Azərbaycan əsgərlərinin və zabitlərinin mərdliyi və qəhrəmanlığı sayəsində əldə edilmişdir. Azad olunmuş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətlərinə şahid olmuşdur. Bir çox hərbi qulluqçular "Vətən Müharibəsi Qəhrəmanı" adına və digər yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Doğma torpaqlarının düşmən tapdağından azad edilməsi üçün canından və qanından keçmiş Azərbaycan oğullarının mərdliyi və rəşadəti xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biridir. 

Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlara ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir. Bu qanlı cinayətlər nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır. 

Düşmənin vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir. Torpaqlarımız döyüş meydanlarında qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.

2020-ci ilin payızında başlanmış hərbi-siyasi proseslər üç il sonra davam etdirilmişdir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu  olmuşdur. 

Azərbaycan xalqının ictimai şüurunda 27 Sentyabr - Anım Günü, 8 Noyabr - Zəfər Günü və 20 Sentyabr - Dövlət Suverenliyi Günü mahiyyətcə vəhdət təşkil edir. Anım Günü azadlığın hansı qurbanlar hesabına başa gəldiyini xatırladır, Zəfər Günü ədalətin təntənəsini təcəssüm etdirir, Dövlət Suverenliyi Günü isə Azərbaycan dövlətinin hüquqlarının onun bütün ərazisində bərqərar olduğunu ifadə edir. 

Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, tibbi reabilitasiyası, mənzil təminatı, məşğulluğu məsələlərini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə məqsədyönlü və davamlı tədbirlər həyata keçirir. 

Ölkədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ardıcıl iş aparılır. Memorial komplekslər, abidələr və muzeylər yaradılır, küçələrə, məktəblərə və digər ictimai obyektlərə qəhrəmanların adı verilir. 

Azərbaycan Respublikasının Milli Məclisi Vətən naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə ataraq böyük qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizə minnətdarlığını ifadə edir.  

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və fədakarlığın ən yüksək təzahürü kimi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.  Onların hünərləri heç zaman unudulmayacaq, adları isə dövlətçilik tariximizdə əbədi qalacaqdır. 

Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ən böyük abidədir.


(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il 30 sentyabr tarixli  iclasında qəbul edilmişdir).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FİFA U-15 yeniyetmələrin inkişafına və futbolun gələcəyinə mühüm töhfələr verir  

11:42
26 Oktyabr

Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi  

11:26
26 Oktyabr

Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə  

11:19
26 Oktyabr

Həftəsonu 54 cinayətin açılması təmin olunub

11:00
26 Oktyabr

Azərbaycan Hindistan üçün əhəmiyyətli tranzit ölkədir  

10:59
26 Oktyabr

Media: Türkiyə Prezidentinin Liviyaya səfəri dekabrın əvvəlinə planlaşdırılır  

10:55
26 Oktyabr

Neftin qiymətinin artması prosesi davam edir  

10:43
26 Oktyabr

Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb  

10:39
26 Oktyabr

Azərbaycan boksçusu Avropa çempionu olub

10:37
26 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:29
26 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:28
26 Oktyabr

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib 

09:38
26 Oktyabr

Netanyahu: İran seçkilərdən əvvəl İsrailə hücum edə bilər  

09:11
26 Oktyabr

Nigeriyada kəndə silahlı hücum nəticəsində 40 nəfər həlak olub  

09:01
26 Oktyabr

Zelenski danışıqlarda Ukraynanın “qırmızı xətlər”ini açıqlayıb

08:56
26 Oktyabr

Zelenski: Ukrayna və Rusiya enerji atəşkəsinə dair razılığa gələ bilər

23:23
25 Oktyabr

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib

21:51
25 Oktyabr

Premyer Liqa: "Sabah" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib

20:11
25 Oktyabr

Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb

19:25
25 Oktyabr

Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu olub

17:31
25 Oktyabr

Rusiya Ordusunun radar stansiyasına, komandanlıq-müşahidə məntəqələrinə hava zərbləri endirilib

14:57
25 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!