Dünya coğrafi, iqlim, ərazi fərqlilikləri ilə doludur.
Belə fərqliliklər etnik qrupların, millətlərin, xalqların da həyatında müşahidə edilir.
Söhbət təkcə irqi, dini, adət-ənənə və dil müxtəlifliyindən getmir.
Bunlar təbiidir!
Hər hansı bir millətin, xalqın özünəməxsus, başqalarında olmayan cəhət və xüsusiyyətləri də mövcuddur.
MƏSƏLƏN:
Afrikadakı tropik meşələrdə yaşayan qəbilələr geyimləri və həyat tərzləri ilə kimsəyə bənzəmirlər.
Şimalda yaşayan, ömürləri buzlaqlarda keçən aborigenlər də qida, "mənzil" və məişət sarıdan xeyli fərqlidirlər.
Bunlar iqlimdən və coğrafi ərazidən irəli gələn fərqliliklərdir.
Amma millətin mahiyyətindən doğan xüsusiyyətlər də olur!
Adətən qaraçılar köçəri həyat sürər, vətənsiz hesab olunar, dolanışıqlarını dilənməkdən çıxararlar.
Belə yaranıblar, əsrlər boyu bu cür yaşayırlar, həyatları da buna uyğunlaşıb.
Ermənilər də vətənsizdirlər.
Günləri harada xoş keçsə, orada kök salırlar.
Amma harada yaşasalar, sonradan həmin ərazinin əsrlər boyu onlara məxsusluğunu "sübut etməyə" çalışırlar.
Həmişə onlara yurd, çörək və dolanışıq verənlərə sonda xəyanət edirlər.
Özlərinə daim bir ağa taparaq ona nökərçilik etməyi, ağalarını hərdən dəyişməyi sevirlər.
Ən böyük istəkləri isə məzlum, fağır, soyqırımına uğramış millət kimi özlərini tanıtmaq və qəbul etdirməkdir!
Uzun illər buna çalışıb, xeyli pul xərcləyib senator, konqresmen, deputat, siyasətçi və digərlərini korrupsiya yolu ilə ələ alaraq bu "müqəddəs arzularına" xidmət edən alətə çeviriblər.
Yırtıcı xislətlərini məzlum, fağır libasında gizlətmək ən böyük şakərləridir! Buna "erməni xəstəliyi" də deyirlər.
***
Haylar əbədi arzularını "tarixiləşdirmək" üçün zaman və məkan da müəyyənləşdiriblər.
Guya bu "zavallı millət" Türkiyədə 1915-ci ildə "soyqırımı"na uğrayıb.
Səbəbindən çox danışmırlar.
Əvəzində saxta göz yaşları ilə "ümman"lar yaradırlar.
Müharibə aparan Türkiyənin kürəyinə arxadan bıçaq sapladıqlarını, onların xəyanətini zərərsizləşdirməkdən ötrü Türkiyə dövlətinin köçürülmə ilə bağlı xüsusi qərar qəbul etdiyini dilə gətirmirlər.
Öz arxivlərini dünyaya açan Türkiyənin erməni arxivlərinin açılması və birlikdə tədqiqat, araşdırma aparılması barədə təkliflərini qulaqardına vurduqlarını da gizlədirlər.
Yaxşı bilirlər ki, nə "erməni soyqırımı"nı sübut edən fakt, sənəd var, nə də "soyqırımına məruz qalanlar"ın sənədlə sübuta yetirilən siyahısı.
Bir sıra dövlətlər isə bu saxta iddiadan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətilə illər ərzində dəfələrlə saxta iddianı müzakirəyə çıxarır, müəyyən "sənədlər" qəbul edirlər.
Hər il aprelin 24-də haylar özlərinə "qara bayram" keçirirlər.
Bu da səmimiyyətdən doğmur...
"Erməni soyqırımı" mifini gündəmdə saxlamağa, saxta göz yaşları axıdaraq ianə və qrantverənlərin ürəyini yumşaltmağa, müxtəlif ölkələrin parlamentlərində korrupsiya yolu ilə yalançı sənədlər qəbuluna xidmət edir.
Üstəlik, erməni diasporlarının təşkilatçılığı ilə müxtəlif ölkələrdə pulyığma kampaniyaları keçirilərək ianələr hesabına yaşayan Ermənistana göndərilir.
Çoxsaylı ianə kampaniyalarında toplanan böyük məbləğdə vəsaitlərin bir hissəsini təşkilatçılar, bir hissəsini forpost dövlətin rəhbərləri mənimsəyirdilər.
Qalanı işğala dəstəkdən ötrü erməni ordusuna yönəldilirdi.
Burada da generalitet və qondarma qurumun "rəhbərləri" öz paylarını oğurlayırdılar.
Erməni xalqının və erməni hərbi hissələrində xidmət edənlərin payına düşən isə Yerablurun sahəsini genişləndirmək olurdu.
***
24 aprelin ən "həyəcanlı anı" isə həmin gün ABŞ prezidentlərinin bu "hadisə" ilə bağlı çıxışları və öz nitqlərində işlətdikləri "ifadə" olardı.
Dünya erməniliyi adəti üzrə çalışır ki, ABŞ Prezidenti hadisədən danışarkən "soyqırımı" ifadəsi işlətsin.
Bu zaman ermənilər özlərini hədsiz dərəcədə xoşbəxt sayırlar.
Belə bir xoşbəxtlik isə cəmi iki dəfə dünya ermənilərinə qismət olub.
Birinci dəfə 22 aprel 1981-ci ildə R.Reyqan "soyqırımı" ifadəsini işlətdi.
Bundan 40 il sonra 2021-ci ildə C.Bayden "soyqırımı" dedi.
ABŞ-nin iki prezidenti bu sözü işlədərkən dünya qopmadı.
Sadəcə olaraq seçkilər zamanı onlara səs vermiş erməni diasporunun borcundan çıxmış oldular.
Onların "soyqırımı" demələri heç bu nağıla inananların sayını da artırmadı.
Ermənilər diqqəti özlərinə cəlb etmələri və gündəmdə qalmaları üçün hələ ki "soyqırımı"ndan başqa bir şey icad edə bilməyiblər.
Xocalı soyqırımından, Qarabağda barbarlıqlar törətdikdən sonra o da "moddan" düşməkdədir.
Amma vərdişi tərgitmək də asan iş deyil.
***
Uzun illər ermənilərin "qara bayram"larına təəssüflə, təbəssümlə, bəzən də qəzəblə baxmışıq.
Çünki bu "bayram"la onlar vəhşi xislətlərini, murdar simalarını gizlətməyə can atırdılar.
Özlərini "zorakılığa məruz qalan", "məzlum", "günahsız" varlıq kimi təqdim etməklə bizə qarşı ərazi iddialarını, işğal faktını ört-basdır edəcəklərini düşünürdülər.
Əslində, buna inananlar yalnız dünya erməniliyindən, onun ayrı-ayrı ölkələrdəki diasporlarından maliyyə, seçkilərdə səs asılılığı olan dövlətlərdir.
Məsələn, ABŞ-nin keçmiş prezidenti R.Reyqan "soyqırımı" ifadəsini işlətdikdən sonra öz müşavirinə belə bir faktın doğruluğunu yoxlamaq tapşırığı vermişdi.
Araşdırmadan sonra saxtakarlığın mövcudluğunu dəqiqləşdirən müşavir bu barədə mətbuatda öz açıqlamasını yaymışdı.
Lakin illər sonra C.Bayden eyni ifadəni işlətdi.
Bilə-bilə ki, belə bir soyqırımı heç zaman olmayıb!
Çünki o, prezident seçkilərində D.Trampa məğlub olacağını başa düşmüşdü.
Bu səbəbdən ABŞ-dəki "erməni səsləri"nə möhtac idi.
Amma son məqamda Ermənistanla strateji müttəfiqlik barədə imzaladıqları sənəd də köməyinə çatmadı.
Fransa Prezidenti E.Makron isə prezidentliyinə görə təkcə "erməni səsi"nə deyil, Fransadakı erməni diasporunun maliyyəsinə də borcludur.
Odur ki, daim ermənidən də betər ermənilik edir, bu gün isə Ermənistanı silahlandırmaqla, ona siyasi dəstək nümayiş etdirməklə revanşa hazırlaşdırır.
Rusiya KİV-i də erməni diasporunun tam nəzarəti altındadır və Rusiyanın maraqlarından çox erməni maraqlarını qoruyur.
Ermənilərin müdafiəçiləri və dəstəkçiləri "soyqırımı günü" nə qədər göz yaşları axıtsalar da, bilirlər ki, artıq qatar gedib!
"Soyqırımı" iddiası da yalandır, "qara bayram" ağlaşması da faydasızdır!
"Dəmir yumruq" təkcə işğal faktını aradan qaldırmayıb, "erməni soyqırımı"nı da puça çıxararaq mənasız hala salıb!
***
Nə qədər ki Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlanmayıb, deməli, müharibə ilə sülh arasında seçim də hələ başa çatmayıb.
Azərbaycanın mövqeyi bəllidir və qətidir!
İlk dəfə sülh təşəbbüsü ilə çıxış edən də biz olmuşuq!
Ermənistan isə hələ də nala-mıxa döyür.
Müharibə etməyə özündə təpər yoxdur.
Ordusu qocaların və "haxcıxlar"ın hesabına komplektləşdirilir!
Lakin ilana zəhər verən kərtənkələlər - onu intensiv şəkildə silahlandıranlar və revanşa hazırlayanlar başqa niyyətdədirlər.
Ermənistan isə belələrinin küyünə gedərək atəşkəsi sistemli şəkildə pozur və xislətinə xas olaraq günahı Azərbaycanın üzərinə qoymaq istəyir.
Azərbaycan isə nə qədər sülh və Cənubi Qafqazda əməkdaşlıq tərəfdarı olsa belə qoyduğu şərtlər təmin edilməyənədək - Ermənistan öz Konstitusiyasında dəyişiklik apararaq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyincə, ATƏT-in Minsk qrupunun ləğvinə dəstək verməyincə və Azərbaycandan Azərbaycana sərbəst keçidi təmin etməyincə sülh müqaviləsi imzalanmayacaqdır!
"Dəmir yumruq" daim hazır vəziyyətdədir!
Azərbaycanın hansı silahlara və orduya sahib olduğunu təkcə Ermənistan deyil, onu qızışdıranlar da yaxşı bilirlər!
Yeni müharibənin başlayacağı təqdirdə isə Ermənistanın dəstəkçilərinin heç biri canlı qüvvəsini ona köməyə - ölümə göndərməyəcəkdir!
Hadisələrin gedişi isə göstərir ki, Paşinyan sülh yaratmaqla yox, hakimiyyətdə qalma ömrünü uzatmaqla məşğuldur.
Sonuncu fakta nəzər salaq:
Ermənistanın "ARAR" sivilizasiya araşdırmaları fondunun ictimai məsələlərlə bağlı keçirdiyi sosial sorğunun nəticələrinə görə, hayların 97,5 faizi Ermənistan Konstitusiyasında dəyişikliklərin əleyhinədir.
"Daşnaksütyun" partiyası isə Azərbaycanla imzalanacaq istənilən sazişi "satqınlıq", "ərazi itkiləri", yaxud "rəsmi təslimolma aktı" sayır.
Erməni keşişləri də dayanmadan hayları yeni müharibəyə çağırırlar.
Göründüyü kimi, dövlət vətəndaşını sülhə hazırlamır.
Atəşkəs rejimi isə sistemli qaydada pozulur.
***
30 illik işğal dövründə ermənilərin saxta 24 aprel soyqırımı günündə necə göz yaşları tökdüklərini, ABŞ, Fransa, Rusiya parlamenti üzvlərinin İrəvandakı yalançı soyqırımı abidəsinə necə əklillər qoyduqlarını, ermənilərə xoş gəlsin deyə hətta yalandan göz yaşları axıtdıqlarını dəfələrlə izlədik.
Saxta soyqırımının "anım günü"nü keçirən ermənilər əməldə Xocalı, Qaradağlı, Başlıbel, Ağdaban, Bağanıs-Ayrım soyqırımlarını törətdilər və onların bu vəhşilikləri sənədlərlə, foto və video çəkilişləri şahidlərin ifadələri ilə sübuta yetirilir.
Özlərini "qədim mədəniyyətə malik xalq" adlandıran haylar Qarabağda və Şərqi Zəngəzurda Azərbaycana məxsus bütün mədəni və tarixi abidələri qəsdən məhv etdilər.
Özlərini "xristianlığı birinci qəbul edən" millət kimi təqdim edən ermənilər Azərbaycan ərazisindəki bütün məscidləri dağıtdılar, içərisində mal-qara, donuz saxladılar, qəbiristanlıqlarımızı yerlə yeksan etdilər.
ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri onların bütün barbarlıqlarına göz yumdular, sülh danışıqlarını sonsuzadək uzadaraq işğalı əbədiləşdirmək və legitimləşdirmək yolunu tutdular.
Azərbaycan xalqı bütün bu ədalətsizliklərə dözdü.
Dözdü və qisas gününə hazırlaşdı!
Dözdü və torpaqları hərbi yolla azad etmək üçün zəruri tədbirlər gördü!
Həmin gün gəldi çatdı!
Müzəffər Ali Baş Komandan İlham Əliyev "irəli" əmrini verdi!
"Dəmir yumruq" işə düşdü!
44 gün ərzində Ermənistan ordusu məhv edildi, torpaqlar işğaldan azad olundu!
Lakin cənab İlham Əliyev tələsmədi...
Nəyi nə vaxt və necə etməyi yaxşı bildiyindən hər addımı vədəsində atdı.
2023-cü il aprelin 24-nə gözəl bir hədiyyə də hazırladı!
Qəhrəman hərbçilərimiz 2023-cü il aprelin 23-də Həkəri çayı üzərindəki körpüdə möhtəşəm bir hərbi əməliyyat keçirdilər.
Artıq xəyanət yoluna çevrilən, Qarabağa terrorçu, silah-sursat, mina daşınan Laçın dəhlizi bağlanaraq körpü üzərində Azərbaycana məxsus nəzarət-buraxılış məntəqəsi quruldu.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü də tam təmin edildi!
Bu, "dəmir yumruğ"un ikinci zərbəsi idi!
* Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə etdiyi xəbərdarlıqlardan nəticə çıxarmayan;
* RSK-nın ikiüzlü mövqeyindən istifadə edərək ölkəmizdə terror əməllərini davam etdirən;
* Qarabağdakı hərbi birləşmələri, terrorçu qruplaşmaları geri qaytarmayan;
* Üçtərəfli Bəyanatın bütün maddələrini icra etməyən Ermənistan ikinci böyük məğlubiyyətə uğradıldı!
İndi daha 24 aprel "soyqırımı günü" bizi qıcıqlandırmır!
Çünki bizim 23 aprel qələbəmiz həmin günü haylar üçün əsl matəmə çevirdi!
2023-cü il sentyabrın 19-20-də isə bütün saxtakarlıqlara son qoyduq!
"Böyük Ermənistan" xülyasını böyük qələbələrimizlə puça çıxardıq!
Bu isə "dəmir yumruğ"un üçüncü zərbəsi oldu!
***
"Axmaq baş sahibinə qapaz yedizdirər" - Azərbaycan atalar sözüdür.
Ermənistan ağıllanmasa, revanş fikri ilə axmaq addımlarını davam etdirsə, "dəmir yumruğ"un yeni qapaz-zərbələrini alacaqdır!
Həm də daha güclü və şiddətli şəkildə!
Bəxtiyar SADIQOV